Previous Next
Bağla

Microsoft Azərbaycanda ilk dəfə marketoloqlar üçün seminar keçirib

26-12-2016 12:19
Microsoft Azərbaycanda ilk dəfə marketoloqlar üçün seminar keçirib

Bakıda Microsoft Azerbaijan şirkətinin təşkilatçılığı, həmçinin Facemark.az marketinq portalı və Digital Air  təlim mərkəzinin dəstəyi ilə marketinq mütəxəssisləri üçün “Rəqəmsal hesablamalar dövründə internet-marketinq” mövzusunda seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, seminarda reklam kampaniyalarında rəqəmsal marketinqin səmərəliyini qiymətləndirmək istəyən internet-marketinq mütəxəssisləri və marketinq direktorları üçün bu sahədə tətbiq olunan ən son texnoloji yeniliklər barədə məlumat verilib. 

Bundan başqa, verilən məlumatların əyani nümayişini də əhatə edən seminarda iştirakçılara nəticələrin izlənilməsində biznes-analitikadan istifadə nümunələri də təqdim olunub.

Tədbiri giriş sözü ilə açıq elan edən Microsoft Azerbaijan şirkətinin baş meneceri Sərxan Həşimov bildirib ki,  böhran dövründə qabaqcıl innovasiya texnologiyalarını təqdim etməklə bizneslərin davamlı inkişafına dəstək olmağa çalışırlar:

"Bu cür əhəmiyyətli dövrdə şirkətlər üçün rolu əvəzsiz olan marketoloqların da xüsusi yanaşmaları ilə biz yeni bir dəyər yarada biləcəyimizə inanırıq”.

Seminarın aparıcısı qismində iştirak edən Convert şirkətinin (Ukrayna) direktoru Sergey Dovqaniç iştirakçılara Microsoft korporasiyasının təqdim etdiyi biznes-analitik rolunu oynayaraq məlumatların qısa zamanda səmərəli və keyfiyyətli təhlilini təmin edən Power BI xidməti haqqında ətraflı məlumat verib:

“Ənənəvi marketinqin səmərəliliyinin azaldığı bir dövrdə rəqəmsal marketinq bizi ölçüləbilən nəticələrlə təmin edir. Bu gün haqqında danışdığımız Power BI servisi biznes-təhlil rolunu oynayaraq məlumatların qısa zamanda səmərəli və keyfiyyətli analizini təmin edir. Power BI inteqrasiyası qısa zamanda hər hansı bir qurumun Google Analytics, Facebook və digər əhəmiyyətli platformalardan məlumatlarını zəngin vizual qrafiklər üzərində bir araya gətirir və ətraflı analizlərlə təmin edir. Bir toxunuşla hansı marketinq kampaniyasının daha gəlirli və effektiv olduğunu bildirən bu platforma əməliyyatların sayını və büdcənin istifadə tezliyini göstərməklə, xərcləri optimallaşdırılmağa da imkan verir".

Tədbirdə həmçinin bildirilib ki, reklam marketinqi artıq tədricən kontent marketinqin xüsusiyyətlərindən yararlanmağa başlayır. Belə ki, istifadəçilərin diqqətini cəlb edə biləcək məzmun yaratmaqla reklamın həm istehlakçı, həm də istehsalçı üçün faydalılığını təmin etmək mümkündür.

Keçirilən tədbirlərdə daim innovativ və maraqlı yanaşması ilə seçilən Microsoft Azerbaijan şirkəti bu dəfə marketoloqları da yaxşı mənada təəcübləndirə bilib. Belə ki, son zamanlar dünyada yeni bir cərəyana çevrilmiş Mannequin Challenge ilk dəfə olaraq Azərbaycanda biznes tədbirinin bir parçası olubvə qəhvə fasiləsi zamanı iştirakçılar həmin viral internet cərəyanına qoşulub.

Microsoft Azerbaijan şirkəti mütəmadi olaraq HR, IT və maliyyə rəhbərləri və mütəxəssisləri üçün seminarlar təşkil etməklə innovativ texnologiyaların yerli bizneslərə inteqrasiyasına töhfə verir.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft maliyyə rəhbərləri və HR- direktorları bir araya toplayıb

15-11-2016

Azexport.az-ın yaradılmasında hansı texnologiyadan istifadə edilib?

29-12-2016

Rəqəmsal marketinq üzrə konfrans keçiriləcək

30-09-2015

Rəqəmsal marketinqlə bağlı təlim keçirilib

23-02-2018

Microsoft Bakıda İT rəhbərlər üçün seminar keçirib

28-11-2016

Rəqəmsal Marketinq mövzusunda seminar keçiriləcək

07-01-2013

Rəqəmsal marketinq trendləri ilə bağlı seminar keçiriləcək

03-06-2016

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

12-03-2025

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015

İT-rəhbər və mütəxəssislər üçün seminar keçirilib

30-09-2015

Microsoft Bakıda böyük tədbir keçirəcək

15-02-2018

Microsoft Bakıda səhiyyə sektoru üçün seminar keçəcək

07-03-2017

Microsoft texnologiyaların inkişafına 12 milyard ayırıb

16-03-2017

Microsoft Bakıda proqramçıları bir araya topladı

28-02-2017

Hesab.az tələbələr üçün növbəti dəfə seminar təşkil edib

20-11-2019

Microsoft Bakıda ən yeni cihazlarını təqdim edib

30-10-2017

Microsoft Bakıda yeni qurğularını təqdim edib-Foto

13-12-2016

“İT mütəxəssisləri üçün Office 365” mövzusunda seminar keçiriləcək

20-11-2013

“Blokçeyin ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır”

15-09-2017

Microsoft Azerbaijan dövlət başçısına məhsullarını təqdim edib

08-12-2017

Startaplar üçün “Growth Hacking” mövzusunda seminar keçirilib

02-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə