Rəqəmsal ticarət qovşaqlarının inkişafı müzakirə ediləcək

13-10-2017 / 12:06

İqtisadi İslahatların Təhlili  və Kommunikasiya Mərkəzi oktyabr ayının 19-da “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edir.

Xeberler.az-ın məlumatına görə, konfransda rəqəmsal ticarət qovşaqlarının inkişafı ilə bağlı ümumi konsepsiya, bu sahədə əməkdaşlıq, elektron imzaların tətbiqi və qarşılıqlı tanınması mövzusunda təqdimatlar olacaq.

Məruzəçilər ixrac prosedurlarının sadələşdirilməsi üçün yeni imkanlar, qeyri-rezidentlərə elektron imzaların verilməsi, məsafədən şirkət qeydiyyatı və idarə olunması, elektron bankçılıq üçün yeni həllərlə bağlı təqdimatlar edəcəklər.

Konfrans çərçivəsində İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi, Rusiyanın“Gazinformservis, UTS GIS və Polşanın Asseco Data System şirkətləri arasında elektron hüquqi əhəmiyyət kəsb edən sənədlərin transsərhəd mübadiləsi və elektron imzaların qarşılıqlı tanınması istiqamətində əməkdaşlıq haqqında Memorandumların imzalanması nəzərdə tutulur.

Beynəlxalq tədbirdə Avropa İttifaqı, Dünya Bankı, UNDP başda olmaqla beynəlxalq təşkilatlar, Rusiya, Estoniya, ABŞ, Polşa, İsveçrə, Əfqanıstan, Çin, Mərakeş, Ukrayna, və digər ölkələrdən biznes nümayəndələr, habelə Azərbaycanın dövlət qurumlarının və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Beynəlxalq konfransla bağlı bütün məlumatlar burada.

 

 Xeberler.az

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.