Previous Next
Bağla

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017 11:00
Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı  Belçikanın paytaxtı Brüssel şəhərində, Avropa Komissiyasının təşkilatçılığı ilə reallaşan “EU4Business” adlı beynəlxalq toplantıda çıxış edib.

Bu tədbirdə tərəfdaş ölkələrdən yüksək səviyyəli rəsmilər, müxtəlif təşkilatlardan nümayəndələr iştirak edib.

Xeberler.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışı zamanı kiçik və orta sahibkarlığın maliyyə çıxışı, innovativ inkişafı və qloballaşması barədə danışıb.

O, Azərbaycanda yeni yaradılan Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı barədə tədbir iştirakçılarına geniş məlumat verib. İcraçı direktor bildirib ki, bu təşəbbüs Azərbaycanın rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.

 Vüsal Qasımlının təqdimatı tədbir iştirakçılarının marağına səbəb olub və Azərbaycanda belə bir rəqəmsal qovşağın yaradılmasını müsbət hal hesab edilib.

 Onların qənaətinə görə,  Rəqəmsal Ticarət Qovşağı elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq.

Qeyd edək ki, “EU4Business”  təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının  kiçik və orta sahibkarlığa dəstəyini ehtiva edir. Bu təşəbbüsə  kiçik və orta  sahibkarlığın inkişafına xidmət edən 27 regional və ikitərəfli layihə, 6 milli hökümətin biznesə dəstək təşkilatları daxildir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

30-06-2017

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017

Bakıda rəqəmsal ticarətlə bağlı konfrans keçirilir

19-10-2017

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021

Bakcell beynəlxalq konfransa dəstək olub

25-10-2017

Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

20-11-2018

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

16-09-2019

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

24-09-2019

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021

Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib

18-04-2019

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020

İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

28-08-2018

Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

18-01-2020

Rəqəmsal ticarət qovşaqlarının inkişafı müzakirə ediləcək

13-10-2017

Koronavirus rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir

19-03-2020

Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

04-03-2022

"Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb"

28-11-2019

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə