Reyhan Camalova Qlobal Sammitdə iştirak edib

15-05-2018 / 17:47

İsrailin Təl-Əviv şəhərində ABŞ-ın məşhur Forbes jurnalı tərəfindən istehsal və enerji sənayesi sahəsində 30 yaşadək olan 30 (30 Under 30) ən perspektivli iş adamı və ixtiraçılar üçün Qlobal Sammit təşkil olunub.

35 müxtəlif ölkədən 20 kateqoriya üzrə 750 gənc sahibkarın iştirakı ilə ilk dəfə təşkil olunan sammitdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ideya müvəkkili Reyhan Camalova və İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova da iştirak ediblər.

Bu barədə Xeberler.az-a qurumdan məlumat verilib.

Sammitin açılış mərasimindən sonra innovasiyalar üzrə tanınmış biznes liderlərinin çıxışları dinlənilib .

Tədbir zamanı Reyhan Camalovanın yağış suyundan enerji əldə etməyə imkan verən Rainergy layihəsi investorların diqqətini cəlb edib və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, cari ilin mart ayında Forbes jurnalının "Asiyanın gələcəyi üçün çalışan 30 yaşı tamam olmayan 30 gənc ixtiraçı" adlı hesabatında Asiya qitəsində yerləşən müxtəlif ölkələrdən olan gənclərin ətraf mühitin qorunması və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair hazırladıqları ixtiralar yer alıb. Gənc ixtiraçı Reyhan Camalovanın adı jurnalının istehsal və enerji sənayesi sahəsində 30 yaşadək olan 30 (“30 Under 30”) ən perspektivli iş adamı və ixtiraçıları reytinqinə daxil edilib.

 Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.