Previous Next
Bağla

İsrail İnnovasiya Mübadilə Proqramı-nın məzunlarına sertifikatlar təqdim olunub

19-03-2019 17:59
İsrail İnnovasiya Mübadilə Proqramı-nın məzunlarına sertifikatlar təqdim olunub

Cari ilin 19 mart tarixində İsrailin Azərbaycandakı səfiri Dan Stav Yüksək Texnologiyalar Parkının reallaşdırdığı “İsrail İnnovasiya Mübadilə Proqramı”nı ("Israel Innovation Exchange Program") uğurla başa vurmuş iştirakçılarla görüşüb.

Xeberler.az  bildirir ki, görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edib. O, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlər və innovasiyaların tətbiqi barədə ətraflı məlumat verib.

Qeyd edək ki, “İsrail İnnovasiya Mübadilə Proqramı” Azərbaycan startaplarına və innovasiya ekosisteminin liderlərinə İsrailin akseleratorlarıyla əməkdaşlıq, qlobal investorlarla görüş imkanı yaradıb. Görüş zamanı Dan Stav proqram məzunları ilə tanış olub və onların səfər təəssüratlarını dinləyib. D.Stav səfirliyin dəstəklədiyi və əməkdaşlıq etdiyi mübadilə proqramlarının Azərbaycanda sahibkarlığın inkişafına dəstəyi mövzusunda çıxış edib.

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli proqram haqqında öz fikirlərini bölüşüb və gələcəkdə İsrailin akselerator və investorları ilə daha geniş əməkdaşlıq perspektivləri haqqında danışıb. Rəsmi hissədən sonra startaplar ilə birgə müzakirələr aparılıb və mübadilə proqramının məzunlarına səfir tərəfindən sertifikatlar təqdim olunub.

Xatırladırıq ki, 4-8 mart tarixlərində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə startap və innovasiya ekosisteminin nümayəndələrinin iştirakıyla “İsrail İnnovasiya Mübadilə Proqramı” çərçivəsində Qüds və Təl-Əviv şəhərlərinə işgüzar görüşlər keçirilib.

5 mart tarixində səfər iştirakçıları İsrailin Təl-Əviv şəhərində yerləşən İsrail İnnovasiyalar Agentliyinin baş direktoru Avi Luvtonla görüşüblər. Görüş zamanı İsrail İnnovasiyalar Agentliyinin fəaliyyəti barədə geniş məlumat verilib, dövlət, eləcə də özəl sektorun innovasiya ekosisteminə təsiri barədə müzakirələr aparılıb.

“MedTech Value Creation” şirkətinin rəhbəri Rani Şıfron ilə görüş zamanı isə səhiyyə sahəsində fəaliyyət göstərən startaplara faydalı məsləhətlər verilib və gələcək əməkdaşlıq imkanları müzakirə mövzusu olub. Bundan əlavə, iştirakçılar Peres İnnovasiyalar Mərkəzini ziyarət ediblər. 6 mart tarixində “İsrail İnnovasiya Mübadilə Proqramı” çərçivəsində səfər iştirakçıları İsrailin Beer Sheva şəhərində yerləşən Texnologiyalar Parkı ilə tanış olublar. Burada patentlərin kommersiyalaşdırılmasına dair universitetlərlə əməkdaşlıq istiqamətində İsrail təcrübəsi müzakirə olunub. Görüş zamanı “Tech 7” şirkətinin rəhbəri Yotam Tzuker tərəfindən Texnoparkın fəaliyyəti barədə geniş məlumat verilib, universitetlərin ekosistemin formalaşmasında böyük rolu olduğu vurğulanıb, startaplara faydalı məsləhətlər verilib və sualları cavablandırılıb.

Daha sonra Texnoparkın ərazisinə gəzinti təşkil edilib. İştirakçılar “WeWork” şirkətinin ofisi ilə, “Tech 7” şirkətinin startaplar üçün “Digital Innovation Lab” laboratoriyası ilə tanış olublar. Eyni zamanda, ölkəmizi təmsil edən “Onbranch”, “Tap2Doc”, “Virtual Surgery”, “ Healthy Living Support Platform” startapları investorlara (pitch) öz layihələrini təqdim ediblər. Səfər iştirakçıları İsrailin ən böyük “Sapir” kollecini də ziyarət ediblər. Kollecin rektoru və “Media” departamentinin rəhbəri keçirilən dərslər, tələbələr və əsas prinsipləri barədə geniş məlumat veriblər.
Nümayəndə heyəti səfər proqramının son günündə Qüds şəhərində “2019 OurCrowd Global Investors Summit” konfransında iştirak edib.

Ümumilikdə 1 trilyon dollar investisiya portfeli təqdim olunan konfrans zamanı dünyanın müxtəlif ölkələrindən olan startaplar, investorlar, aparıcı inkubasiya və akselerasiya mərkəzləri və vençur fondları ilə görüşlər keçirilib. İştirakçılar açılış panelində iştirak edib, müxtəlif innovativ mövzulara aid tanınmış investorların çıxışlarını dinləyib, İsrailin ən yaxşı startap layihələri ilə tanış olublar. Bundan əlavə, Azərbaycanın startapları öz layihələrini investorlara təqdim ediblər.

Tədbirin proqramına əsasən, iştirakçılar bağlanış panelindən sonra layihələri barədə geniş məlumat vermək üçün “ShukTech: Networking and Pitches” adlı sammitə də qoşulublar. Bundan başqa, səfər zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli İsrailin “Jerusalem Post” və “Kanal 9” televiziya kanalına müsahibə verib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018
İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

İsrailin İT şirkətləri Azərbaycan texnoparklarında rezidentlik ala bilərlər

23-08-2023
Keren Hayessod United Israel Appeal-ın təqdimatı keçirilib

Keren Hayessod United Israel Appeal-ın təqdimatı keçirilib

29-07-2019
Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025
Fast Track Akselerasiya proqramının qalibləri Silikon vadisi-ndə elan edildi

Fast Track Akselerasiya proqramının qalibləri Silikon vadisi-ndə elan edildi

07-11-2018
Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

24-07-2019
Polşalı investorlar texnoparkda olublar

Polşalı investorlar texnoparkda olublar

05-06-2018
Yüksək Texnologiyalar Parkında infosessiya keçirilib

Yüksək Texnologiyalar Parkında infosessiya keçirilib

25-06-2018
İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018
Azərbaycan Hindistanla texnoloji transferləri müzakirə edib

Azərbaycan Hindistanla texnoloji transferləri müzakirə edib

25-07-2019
YTP ilə İsrail şirkəti arasında anlaşma memorandumu imzalanıb

YTP ilə İsrail şirkəti arasında anlaşma memorandumu imzalanıb

19-11-2025
Azərbaycanla İsrail elm və texnologiya üzrə əməkdaşlıq edəcək

Azərbaycanla İsrail elm və texnologiya üzrə əməkdaşlıq edəcək

04-02-2026
XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023
Qazaxıstan nümayəndə heyəti Yüksək Texnologiyalar Parkını ziyarət edib

Qazaxıstan nümayəndə heyəti Yüksək Texnologiyalar Parkını ziyarət edib

03-04-2019
MTİ ilə Yüksək Texnologiyalar Parkı arasında razılıq əldə olunub

MTİ ilə Yüksək Texnologiyalar Parkı arasında razılıq əldə olunub

13-08-2018
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

01-07-2022
RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

08-01-2026
Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023
YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

02-09-2024
Yerli startapların Silikon Vadisinə səfəri təşkil olunacaq

Yerli startapların Silikon Vadisinə səfəri təşkil olunacaq

14-05-2018
Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023
Azərbaycan startapları Avstriyada investorlara təqdim olunub

Azərbaycan startapları Avstriyada investorlara təqdim olunub

12-03-2024
İsraillə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

İsraillə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

01-10-2015
BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə