Startap Günlərinin ilk günü necə keçdi?-Foto

26-05-2018 / 12:25

Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti Startap Günləri başlayıb.

Xeberler.az-ın məlumatına görə, tədbirin açılış mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı və digər qurumların nümayəndələri, ekspertlər iştirak edib.

Açılış mərasimində Startap Azərbaycan Təşkilatının rəhbəri Osman Gündüz, NRYT Nazirliyinin nümayəndəsi Bəhram Cəfərli, Universitetin İqtisadi məsələlər üzrə prorektoru Mikayıl Zeynalov, İT-nin İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov, Yüksək Texnologiyalar Parkının rəsmisi Vahid Əliyev, ekspert Rəşad Əliyev  və digərləri çıxış edib.

Tədbirdə digər universitetlərin tələbələri və nümayəndələri də qatılıb.

Daha sonra ekpsert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes - ideyaların irəli sürülməsi, bunun müzakirəsi və ideyaların yarışı başlayıb.

Bu mərhələdə tələbələr 15-ə yaxın ideya səsləndirib.

Daha sonra auditoriya və ekspertlərin qiymətləndirməsi ilə ən yaxşı 5 ideya seçilib.

Qalib ideyalar- Cycle Waste Management Company, Cake.up, Green Pac, Criptopuzzle, Turist bələdçi sistemi ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb.

Startap Azərbaycan-ın ekspertləri komandalara öz tövsiylərini verib.

Qeyd edək ki, sabah, Startap Günlərinin ikinci günündə Universitetin yeni başlayan startapçıları üçün ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək. Startap komadadaları layihələrin tamamlanması üzrə işləri davam etdirəcək. Bu işdə onlara mentor və ekspertlər kömək edəcək.

Yekunda bu layihələrin münsiflər qarşısında təqdimatları və yarışı təşkil olunacaq. Layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, UNEC-in, EY Azerbaijan  eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günləri Startap Azərbaycan və UNEC-in təşkilatçılığı ilə keçirilir. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.