Məlumat verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti Startap Günləri başlayıb.
Xeberler.az-ın məlumatına görə, Startap Günlərinin ikinci günü davam edir.
Bu gün gənc startapçılar üçün yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib.
Həmçinin, komandaların İT sektorunda tanınmış simalarla görüşü də baş tutub.
Belə ki, təlimlər Keepface startapının təsisçilərindən Elşad Yusifli, Buglance startapının təsisçisi, beynəlxalq bazarda bir çox layihələr həyata keçirən Toğrul Səməd, tanınmış startapçı, Waves platformasının Azərbaycan üzrə nümayəndəsi Orxan Əhmədov tərəfindən təşkil edilib.
Təlimçilər iştirakçılara ideyanın layihəyə çevirilməsi, təqdimatların hazırlanması, layihənin gəlir imkanları və qlobal bazara çıxış imkanları barədə məlumat verib.
Hazırda komandalar mentorların və ekspertlərin köməyi ilə bizes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlamağa davam edir.
Ekspert və mentorlar komandalara birbaşa dəstək və məsləhətlər verir.
Belə ki, Rəşid Əliyev, Rəşad Əliyev, Elşad Yusifli , Toğrul Səməd, komandlara layihələrinin təqdimatının hazırlamasına kömək edir.
Qeyd edək ki, bu gün, yekunda bu layihələrin münsiflər qarşısında təqdimatları və yarışı təşkil olunacaq.
Layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, UNEC-in, EY Azerbaijan eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
Startap Günləri Startap Azərbaycan və UNEC-in təşkilatçılığı ilə keçirilir. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri