Startap Günlərinin qalibləri seçilib-Foto

27-05-2018 / 20:23

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 gün davam edən Startap Günləri dünən başa çatıb.

Xeberler.az-ın məlumatına görə, ötən gün tədbirin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN)  Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rəşad Əzizov, UNEC-in İqtisadi məsələlər üzrə prorektoru Mikayıl Zeynalov, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz, ekspert Rəşad Əliyev, Rəşid Əliyev, Orxan Əhmədov və digər maraqlı tərəflər iştirak edib.

Tədbirdə 2 gündür yarışan komandlar arasından qaliblər müəyyən edilib.

Qeyd edək ki, UNEC-də keçirilən Startap Günlərində səsləndirilən 15-ə qədər ideyadan 5-i seçilib. Yarışda 5 komanda qalib olmaq uğrunda mübarizə aparıb.

Ötən gün münsiflərin seçimi əsasında qalib komandaların adı açıqlanıb və onlar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Belə ki, növbəti Startap Günlərində 1-ci yerə TourX Cycle, 2-ci yerə Waste Management , 3-cü yerə isə Cake Al layihəsi layiq görülüb.

Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, UNEC-in, EY Azerbaijan  eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günləri Startap Azərbaycan və UNEC-in təşkilatçılığı ilə keçirilir. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

Tədbirlə bağlı bütün fotolar Startap Günlərinin rəsmi Facebook səhifəsində paylaşılıb. 

Xeberler.az

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.