Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BPMTT) keçiriləcək.
Belə ki, Startap Günləri iyunun 29-30-da BPMTT-də baş tutacaq.
Mərkəzdən verilən məlumata görə, hazırda Startap Günlərinə hazırlıqlar davam edir.
Onu da bildirək ki, Mərkəzdə Startap Günləri ilə bağlı İşçi Qrup da yaradılıb.
Xeberler.az-ın məlumatına görə, artıq Startap Günlərinin proqramı da açıqlanıb.
Proqram ilə buradan tanış ola bilərsiniz.
Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.
Startap Günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.
Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.
Qeyd edək ki, Startap Günləri çərçivəsində yeni başlayan startapçılar üçün Təlimlər də keçiriləcək.
Startup Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.
Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
Startap Günləri Startap Azərbaycan və BPMTT təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişaı Dövlət Fondu dəstək verir.
Startap Azərbaycan tərəfindən həyata keçirilən Startap Günləri ölkəmizdə 2012-ci ildən təşkil olunur. Məlumat verdiyimiz kimi, ötən aylarda Qərbi Kaspi Universiteti, Azərbaycan Texniki Universitetində, UNEC-də təşkil olunan Startap Günüləri də uğurla başa çatıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri