Təhsil müəssisələrinə nə qədər yeni İKT avadanlıq verilib?

07-12-2017 / 11:09

Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ümumtəhsil məktəblərinin İKT avadanlıqları ilə təchizatı üçün 20880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor və 20 ədəd masaüstü kompüter avadanlığı çatdırılıb.

Hazırda avadanlıqların bölgüsü üzərində iş aparılır.

Bu barədə Xeberler.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, eyni zamanda, cari ildə təsdiq olunmuş bölgü üzrə təhsil müəssisələrinə 555 ədəd proyektor paylanıb:

“Bundan əlavə, avqustun 30-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Müəllimlərin potensialının artırılması və  Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım (qrant) layihəsi üzrə müzakirə protokolu imzalanıb. Layihənin əsas məqsədi təhsil informasiya sisteminin, müəllimlərin təlimi üçün onlayn elektron tədris portalının yaradılması, Koreya texnologiyalarının əsaslarını və inkişaf təcrübəsini bölüşməklə müəllimlərin təkmilləşdirilməsinə töhfə verilməsidir”.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.