Previous Next
Bağla

Çin Azərbaycana 20 min İKT avadanlıq verib-Foto

21-09-2017 12:28
Çin Azərbaycana 20 min İKT avadanlıq verib-Foto

 Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlıqlarının təhvil verilməsi barədə aktın imzalanma mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, İKT avadanlıqlarının təhvil verilməsi barədə aktı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua imzalayıb.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan və Çin arasında əməkdaşlıq daha geniş şəkildə inkişaf edir.

İki ölkə arasında təhsil sahəsində anlaşma memorandumu əsasında son iki ildə 43 Azərbaycan vətəndaşının Çində, 41 Çin Xalq Respublikası vətəndaşının Azərbaycanda qarşılıqlı təqaüd əsasında təhsil aldığını bildirən nazir qeyd edib ki, bu tələbələr təhsil almaqla yanaşı hər iki ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsində və xalqlar arasında dostluğun güclənməsində mühüm rol oynayacaq.

Nazir bildirib ki, 2016-cı ilin dekabr ayında bağlanmış müqaviləyə əsasən Çin Xalq Respublikası hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə Təhsil Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə 20 min ədəd noutbuk, elektron lövhə, proyektor, printer və digər İKT avadanlıqları təqdim edilib.

Daha sonra çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki,  İKT avadanlıqlarının verilməsi təkcə münasibətlərin inkişafı üçün deyil, eyni zamanda aqrar sahədə, təhsil sistemində bacarıqların təkmilləşdirilməsində, institutlarda elmi-tədqiqat işlərinin gücləndirilməsində, eləcə də informasiya-məsləhət xidmətinin genişləndirilməsində mühüm rol oynayacaq. 

Çinin Azərbaycandakı səfiri Vey Cinxua Azərbaycanla bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığa hazır olduqlarını söyləyib.

Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev ölkədə təhsil sahəsində kifayət qədər bilik və bacarığa malik olan gənclər hazırlandığını qeyd edərək yaxın zamanlarda peşə təhsili üzrə müasir avadanlıqların təhsil müəssisələrinə veriləcəyini diqqətə çatdırıb.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Təhsil müəssisələrinə nə qədər yeni İKT avadanlıq verilib?

Təhsil müəssisələrinə nə qədər yeni İKT avadanlıq verilib?

07-12-2017
Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023
İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

16-10-2023
Azərbaycan-Belarus sənədləri imzalanıb

Azərbaycan-Belarus sənədləri imzalanıb

19-11-2018
“Müəllimin peşəkarlığı İKT bacarıqlarından asılıdır”

“Müəllimin peşəkarlığı İKT bacarıqlarından asılıdır”

30-08-2017
Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

Prezident nazir Ramin Quluzadəyə yeni vəzifə verib

03-03-2020
Azərbaycanla Çin arasında elm, texnologiya və süni intellektə dair sənədlər imzalanıb

Azərbaycanla Çin arasında elm, texnologiya və süni intellektə dair sənədlər imzalanıb

12-06-2025
Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

24-11-2025
Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022
Azərbaycan və Qırğızıstan 18 sənəd imzaladı

Azərbaycan və Qırğızıstan 18 sənəd imzaladı

24-04-2024
Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019
Akademik Zərifə Əliyeva adına liseydə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib

Akademik Zərifə Əliyeva adına liseydə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib

14-01-2014
Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023
Nazir Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

11-04-2022
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10-12-2009
Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib

Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib

14-08-2025
“Kənd təsərrüfatı məhsulunun qiymətini göstərən elektron sistem hazırlanır”

“Kənd təsərrüfatı məhsulunun qiymətini göstərən elektron sistem hazırlanır”

23-09-2015
Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023
 Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

Nazir müavini Avstriya Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri ilə görüşüb

16-05-2022
Təhsil müəssisələrinə verilən İKT avadanlıqların statistikası açıqlanıb

Təhsil müəssisələrinə verilən İKT avadanlıqların statistikası açıqlanıb

30-11-2015
Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018
Təhsil müəssisələrinə 2480 noutbuk verilib

Təhsil müəssisələrinə 2480 noutbuk verilib

22-09-2016
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025
Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

02-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə