Tələbələr universitetə daxil olan telefon müraciətlərinə cavab verəcək

20-05-2016 / 16:59

Azərbaycan Universitetində yeni Sosial xidmət mərkəzi – telefon məlumat xidmətinin yaradılması layihəsinin təqdimatı keçirilib.

Universitetdən Xeberler.az-a verilən məlumata görə,  layihənin məqsədi həssas təbəqədən olan insanların ehtiyaclarını müəyyənləşdirərək, onları sosial xidmətlər barədə məlumatlandıraraq, müvafiq xidmətlərə yönəltməkdir.

Telefon-məlumat xidmətinin universitetin Sosial iş fakültəsinin nəzdində yaradılması nəzərdə tutulur.  

Tədbiri Sosial iş fakültəsinin dekanı Aygün Musayeva açaraq iştirakçılara layihə haqqında məlumat verib.

Dekan qeyd edib ki, ölkədə sosial xidmətlər üzrə vahid məlumat bazasının olmaması, mövcud xidmətlərin pərakəndə şəkildə təqdim edilməsi və bu sahədə koordinasiyanın zəif olması yeni sosial xidmət mərkəzinin – telefon məlumat xidmətinin yaradılmasını gündəmə gətirib. Yaradılacaq sosial xidmət mərkəzinə həssas təbəqədən olan şəxslər tərəfindən gələn zənglər xüsusi təlimləndirilmiş Sosial iş tələbələri tərəfindən cavablandırılacaq. Tələbələr həmçinin bu əhali qrupu ilə telefonla ünsiyyət qaydalarını da öyrənəcəklər. Zənglərin konfidensiallığı qorunacaq və tələbələrin fəaliyyətinə fakültənin müəllim heyəti tərəindən nəzarət ediləcək.

Tədbirdə sosial xidmət göstərən dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri  ilə yanaşı “Azərbaycanda sosial xidmət təminatının inkişafı” tvininq layihəsinin xarici ekspertləri də iştirak edib. Tədbirin ikinci hissəsində  “Sosial xidmət təminatının keyfiyyət standartı” işçi sənədinin ilkin müzakirəsi də aparılıb.

 

 Günel 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə