Ticarət mərkəzinin rəhbərliyi qaydalara əməl etməyib - Açıqlama

26-03-2019 / 16:41

Yanğın barədə məlumat səhər saat 08:12 dəqiqədə daxil olub. Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən çox yanğınsöndürən avtomobil cəlb olunub".

Xeberler.az  məlumat verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib. 

O bildirib ki, ərazidə avtomobillərin çoxluğu və tıxac yanğınsöndürənlərin fəaliyyətinə və texnikanın hadisə yerinə çatmasına maneələr yaradıb. 

Ə.Novruzovun sözlərinə görə, yanğın təxminən 2 hekrata yaxın ərazini əhatə edib. Hadisə nəticəsində 4 mərtəbəli "Diqlas" Ticarət Mərkəzi ilə yanaşı ətrafda olan obyektlər də yanıb: "Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb". 

Qərargah rəisi qeyd edib ki, hazırda yanğınn səbəbləri araşdırılır. Bu barədə məlumat veriləcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.