Previous Next
Bağla

Delta Telecom-dakı yanğının səbəbləri niyə açıqlanmır?

07-12-2015 12:46
Delta Telecom-dakı yanğının səbəbləri niyə açıqlanmır?

Məlum olduğu kimi, noyabrın 16-da ölkənin əsas internet təchizatçısı Delta Telecom şirkətində yanğın baş vermişdi. Bunun da nəticəsində ölkədə 6 saat müddətində internet olmamışdı. Bu günlərdə Delta Telecom-dan bildirilib ki,   yanğından sonrakı fəsadlar aradan qaldırılıb və bərpa  işləri də tam başa çatdırılıb.

Məsələnin ən vacib tərəfi isə hələ də açıq qalıb. Belə ki, şirkətdə baş verən yanğının səbəbi ilə bağlı müxtəlif versiyalar səslənsə də, bununla bağlı rəsmi məlumat verilmədi.

Qeyd edək ki, indiyədək yanğının baş vermə səbəbi açıqlanmayıb.

Xeberler.az bu məsələni mütəmadi diqqətdə saxlayır.

Məlumat verildiyi kimi, Baş Prokurorluğun və digər qurumların hadisə yerində təhqiqat apardığı bildirilirdi.

Amma hələ də ortada bir nəticə və rəsmi açıqlama yoxdur. Yalnız Delta Telecom rəhbəri bildirib ki, yanğın MTN-nin Delta Telecom-dakı Data Mərkəzində baş verib və digər sahələrə yayılıb.

Ölkənin bütün internet trafiki məhz bu Mərkəzdən keçirdi. Telekommunikasiya haqqında Qanunun 39-cu Maddəsinə uyğun olaraq qurulan bu sistemin isə alternativi olmadığından bərpa prosesi uzun çəkib.

Bir sıra rəsmi şəxslər və ekspertlər isə yanğınla bağlı müxtəlif səbəblər, ehtimallar qeyd ediblər ki, hadisə buradakı kabellərdə, elektrik sistemində olan qısa qapanma və texniki qəza ilə bağlı ola bilər.

Həmçinin mediada yanğının təxribat-terror nəticəsində ola biləcəyi ehtimalları da qeyd edilib.

Məlumat verdiyimiz kimi, ekspertlər də müxtəlif məqsədlərlə bu hadisənin qəsdən törədilə biləcəyi ilə bağlı versiyalar səsləndiriblər.

“MTN işi” ilə bağlı proseslərdə XDMX-nin yaxından iştirak etməsi və əməliyat-axtarış tədbirləri ilə bağlı bu qurumun səlahiyyətlərinin artırılması səbəbindən qeyd olunan terrorun məhz bu qurumu və onun rəhbərliyini gözdən salmaq üçün edilə biləcəyi ilə bağlı versiyalar da irəli sürülüb.

Ümid edirik ki, yaxın zamanda problemlə bağlı ətraflı, rəsmi açıqlama veriləcək. O zaman bu versiyaların hansının doğru olduğu məlum olacaq.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Delta Telecom-dakı yanğının prezidentin ölkədə olmadığı zaman baş verməsi təsadüfdürmü?

24-12-2015

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015

Delta Telecom: “Yanğının fəsadları tam aradan qaldırılıb və alternativ sistem qurulub”

03-12-2015

Mobil internetlə WhatsApp zəngi etmək hələ də mümkün deyil

04-12-2015

RYTN Delta Telecom -da baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

17-11-2015

Delta Telecom-dakı yanğında MTN izi

30-11-2015

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015

Azərbaycanda internet bərpa olunub- Əlavə edilib

17-11-2015

İltimas Məmmədov: “Delta Telecom-da avadanlıqların köçürülməsi başa çatır”

20-11-2015

Azərbaycanda bütün rəsmi saytlar dayandı

25-09-2018

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

Balakəndə 7 saat müddətində internet olmayıb

29-07-2019

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015

Provayderlər qiymətləri qaldırdı

25-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə