Previous Next
Bağla

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015 01:05
Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

Məlumat verdiyimiz kimi, bu gün ölkənin əsas internet təchizatçısı Delta Telecom şirkətində yanğın olub.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, yanğın texniki problemlərə səbəb olub və Azərbaycanın əksər istiafadəçilərinin uzun müddət  internət bağlantısı mümkün olmayıb. 

Delta Telecom şirkətindən Xeberler.az –a verilən məlumata görə, artıq yanğının nəticələri aradan qaldırılmaqdadır. Yanğının əsasən şirkətin müştəri avadanlıqları hissəsində baş verdiyi bildirilib. Qeyd olunub ki,  artıq yanğın nəticəsində ölkəyə daxil olan internet trafikində yaranan poblemlərin bir hissəsi bərpa olunub.

Xeberler.az –ın əldə etdiyi məlumata görə, yanğın yeraltı kabellərdə başlanıb və oradan da digər hissələrə, optik kabellərə keçib. Yanğının səbəbi isə hələlik bəlli deyil. Müəyyən ehtimalların olduğu bildirilib.

Belə ki, yanğın nəticəsində yaranan tüstü səbəbindən, həmçinin xüsusi avadanlıqlarda və kabellərdə, xüsusi serverlərdə baş verən yanğının tez bir zamanda söndürülməsi ilə bağlı müəyyən problemlərin olduğu bildirilir. Həmçinin də yanğınsöndürənlərin də hadisə yerinə bir qədər gec gəldikləri qeyd edilir.

Bu tip yanğınlarda sudan istifadə edilməsinin mümkün olmadığı məlumdur.

Xeberler.az yanğının nə üçün gec söndürüldüyünü, sistemin nə üçün bu qədər gec bərpa edildiyini  və hansı texnologiyalardan istifadə edilərək söndürüldüyünü hələlik dəqiqləşdirə bilməyib.

Bununla belə əsas hissədə yanğın söndürülərkən sudan istifadə edilmədiyi bildirilib.

Şirkətdən Xeberler.az –a o da bildirilib ki, milli internet resursların yerləşdiyi Data Mərkəzi yanğın baş verən ərazidən kənarda olduğundan hər hansı informasiya bazalarının və informasiya resurslarının sıradan çıxması halı baş verməyib.  

Ötən dəqiqələrdə artıq məlum olub ki, Delta Telecom-dan internet xidməti alan provayderlərin  müştəriləri internetə bağlana bilirlər.

Şirkətdən bildirilib ki, hazırda addım-addım fəsadların aradan qaldırılması davam edir.

Məlumatda o da bildirilib ki,  hazırda yanğının səbəblərini öyrənmək üçün Baş Prokurorluq, MTN və XDMX –nin xüsusi qrupları şirkətdə araşdırmalar aparır. Araşdırmalardan sonra baş verən hadisənin  səbəbləri haqqında ətraflı məlumat veriləcəyi bildirilib.

Delta Telecom-dan Xeberler.az –a  verilən məlumatda qeyd edilib ki, səhərədək artıq bütün ölkə ərazisində internet təminatı həll ediləcək.

Eyni zamanda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az- a bildirib ki,  uzun müddət ölkənin qlobal dünyadan ayrılması, informasiya münasibətlərinin  kəsilməsi ölkənin informasiya təhlükəsziliyi üçün ciddi təhdiddir.

O, baş verən hadisəni informasiya təhlükəsizliyi üçün ciddi təhlükə kimi dəyərləndirib.

Osman Gündüz ölkənin informasiya təhlüksəizliyi sisteminin daha dayanıqlı qurulması və informasiya fəzasının da alternativlər üzərində qurulmasının çox vacib olduğunu diqqətə çatdırıb.  

Forum prezidenti geniş miqyaslı  bir qəza nəticəsində şirkət tərəfindən internet bağlantısının təmin olunmasını da müsbət dəyərləndirib.


Bununla belə,  baş verən hadisənin ciddi olaraq araşdırılmasının, bunun təxribat və ya sabotaj olmasının müəyyən edilməsi istiqamətində təhqiqat aparılmasının, bununla bağlı  ictimaiyyətə yetərli məlumat verilməsinin vacibliyini də diqqətə çatdırıb.

 O, baş verən hadisə ilə bağlı  sabah AİF-in  açıqlaması olacağını da qeyd edib .

 

  Saat  23.00

Saat 23  radələrindən etibarən Delta Telecom –dan internet xidməti alan bəzi provayderlərin müştəriləri artıq internet bağlantısının mümkün olduğunu bildirib.

 

  

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015

Delta Telecom-dakı yanğının səbəbləri niyə açıqlanmır?

07-12-2015

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

RYTN Delta Telecom -da baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

17-11-2015

Delta Telecom-dakı yanğının prezidentin ölkədə olmadığı zaman baş verməsi təsadüfdürmü?

24-12-2015

Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016

Delta Telecom: “Yanğının fəsadları tam aradan qaldırılıb və alternativ sistem qurulub”

03-12-2015

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015

Şirvandakı yanğın yerinə helikopter cəlb edildi

26-07-2016

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

Balakəndə 7 saat müddətində internet olmayıb

29-07-2019

İltimas Məmmədov: “Delta Telecom-da avadanlıqların köçürülməsi başa çatır”

20-11-2015

Delta Telecom-dakı yanğında MTN izi

30-11-2015

Növbəti yanğın enerji paylayan şəbəkələrə təsir etmədi

05-07-2018

Ticarət mərkəzinin rəhbərliyi qaydalara əməl etməyib - Açıqlama

26-03-2019

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Mobil internetlə WhatsApp zəngi etmək hələ də mümkün deyil

04-12-2015

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015

Delta Telecomda nə baş verir?

21-04-2020

Delta Telecom ilin sonundan mobil rabitə xidməti göstərəcək

30-09-2015

Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

14-01-2016

Azərbaycanda internet bərpa olunub- Əlavə edilib

17-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə