Türkiyədən startap sahəsi ilə bağlı rekord

11-01-2017 / 14:16

Türkiyə ötən il ümumi olaraq  7,7 milyard dollarlıq 248 birləşmə və satınalma fəaliyyəti ilə  (M & A) başa vurub.

Xeberler.az Türkiyə mediasına istinadən məlumat verir ki, iqtisadi baxımdan olduqca çətin bir dövrdən keçən Türkiyədə birləşmə və satınalma əməliyyatlarının ümumi həcmi 2015-ci ilə görə 53 faiz azalıb.

Bu da 2009 böhranından sonra ən aşağı  göstərici olub. Xarici yatırım həcmi isə  2015-ci illə müqayisədə 67 faiz  azalaraq  tarixin ən aşağı göstəricisi kimi qiymətləndirilib.

Deloitte-ın Türkiyədə satın alınan və birləşən şirkətlərlə bağlı Annual Turkish M&A Review hesabatı göstərir ki, 2016-cı ilin nəticələri Türkiyə üçün o qədər də xoş olmayıb.

Hesabatda Türkiyədəki startap bazarı ilə bağlı bəzi məqamlar diqqət çəkib.

Belə ki, qeyd edilir ki, Türkiyə ötən il, startap sərmayəsi və mələk yatırımçıları ilə bağlı rekord qırıb.

Deloitte-ın hesabatına görə, startap sərmayəsi və mələk investorla bağlı ötən il 100 əməliyyat həyata keçirilib. Ümumi olaraq bu sahəyə 40 faiz nisbətində fayda verən investorlar 1, 6 milyard yatırım edib.

Qeyd edildiyi kimi, investisiya sayı artsa da, həyata keçirilən fəaliyyət nisbətində 48 faiz geriləmə olub.

Qeyd edək ki, 100 investisiyanın 68-ni isə startap şirkətləri edib.

Özəl sərmayə fondları ilə 12 çıxış əməliyyatı ( exit) həyata keçirilib.

İnvestorların ən çox maraq göstərdiyi  sahələr isə ötən il olduğu kimi internet-mobil xidmətlər və texnologiya ilə enerji sahəsi olub.

İki sektora edilən investisiyalar ümumi əməliyyat sayının 43 fazini təşkil edib.

Xeberler.az

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.