Vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklər

16-06-2017 / 15:33

Bu gün Vergilər Nazirliyi tərəfindən vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimat mərasimi keçirilib.

Bu barədə Xeberler.az-a Nazirlikdən məlumat verilib.

Qeyd edilib ki,  Prezidentin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən xarici ölkələrlə elektron imza, o cümlədən ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir.

Bu yenilik elektron imza, o cümlədən ASAN imza vasitəsilə DTA formalarının xarici ölkə ərazilərində də elektron qaydada təsdiq edilməsi imkanını yaratmaqla onlardan daha rahat və geniş şəkildə istifadə edilməsi mümkün olacaqdır.

Vergi sistemi üzrə aparılan kompleks islahatlar çərçivəsində vergi inzibatçılığının sadələşdirilməsinin davamı olaraq xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyicilərinə münasibətdə ƏDV inzibatçılığının elektronlaşdırılması qarşıya hədəf kimi qoyulub. Bu məqsədlə, ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olma sertifikatının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən nazirliyin İnternet Vergi İdarəsində e-Sertifikat  modulu yaradılıb.

Tədbirdə sıfır dərəcə ilə ƏDV üzrə sertifikatın alınması prosesinin elektronlaşdırılması barədə məlumat verilib.

Qeyd edilib ki, e-sertifikatın alınması təchizatçının sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübut hesab ediləcək. Podratçı və subpocratçı şirkətlər tərəfindən sertifikatın alınması prosesnin elektronlaşdırılması vergi ödəyicilərinin vaxt və inzibati xərclərinin əhəmiyyətli şəkildə azalmasına gətirəcək, sertifikatın verilməsi prosesinin sürətləndirilməsi, uçotun asanlıqla təşkil edilməsi, kağız dövriyyəsinin həcminin azaldılması və ƏDV bəyannaməsinin sadələşməsinə imkan verəcək. 

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.