Virtual və real səsvermənin NƏTİCƏLƏRİ

03-11-2015 / 11:50

Məlum olduğu kimi, noyabrın 1-də Milli Məclisə  seçkilər keçirilib.

Parlament seçkiləri ilə bağlı Xeberler.az “Seçki və İKT” layihəsinə start vermişdi. Bu layihə çərçivəsində seçkilərdə İKT-nin tətbiqi, deputatlığa namizədlərin sosial mediadan istifadəsi və deputatlığa namizədlərin gələcək fəaliyyətləri ilə bağlı yazılar verilib.

Xeberler.az həmçinin istifadəçilərin İnternet mühitində deputatlığa namizədlərə münasibətlərini öyrənmək məqsədilə virtual səsvermə də təşkil edib.

Bu məqsədlə Xeberler.az-ın Virtual Səsvermə sistemi yaradılıb.

Virtual Səsvermə sistemi seçkiqabağı təşviqat başlayan gündən işə salınıb və  bu müddət ərzində istifadəçilər deputatlığa namizədlərə səs verərək öz münasibətlərini bildiriblər. Real səsvermədən fərqli olaraq burada istifadəçilər üçün uyğun dairədə olmaq məhdudiyyəti tətbiq edilməyib.

Virtual Səsvermə sistemi qısa müddətdə internet ictimaiyyətinin, deputatlığa namizədlərin və onların seçki qərargahlarının diqqətini cəlb edib. Ölkədə seçicilərin fəallığının artırılmasında, seçki mühitinin canlanmasında Virtual Səsvermə sistemi müsbət rol oynayıb. 

Seçkiqabağı təşviqat müddətində təxminən 117 min istifadəçi Virtual Səsvermədə səs verib.

Bu müddət ərzində xeyli sayda deputatlığa namizədlər, onların seçki qərargahları və adi istifadəçilər virtual səsvermə sisteminin linklərini paylaşmaqla istifadəçiləri namizədlərə səs verməyə çağırıblar.

Hazırda Virtual Səsvermə sistemində seçkilərin nəticələri yerləşdirilib.

Virtual Səsvermə Sisteminin nəticələri ilə Mərkəzi Seçki Komissiyasının nəticələrinin müqayisəsi zamanı məlum olub ki,  cəmi 67 dairə üzrə nəticələr  üst-üstə düşüb. Digər dairələrdə isə Virtual Səsvermənin nəticələrinə görə fərqli namizədlər üstünlük səs əldə edib.

Xeberler.az olaraq Virtual səsvermə sistemininin nəticələrinə əsasən ən çox səs toplayan beş dairəni təqdim edirik:

118 saylı Ağdam şəhər seçki dairəsi Abbasova Gülnar Hadi -96,86 faiz
62 saylı Saatlı şəhər seçki dairəsi Amaşov Əflatun Əhməd -94,33 faiz
97 saylı Goranboy –Ağdam- Tərtər şəhər seçki dairəsi Vəliyev Ağalar İsrəfil -94,19 faiz
20 saylı Nərimanov ikinci seçki dairəsi Əliyev Adil Abış - 92,82 faiz
14 saylı Xəzər seçki dairəsi Əliyeva Mehriban Arif – 91 faiz

Mərkəzi Seçki Komissiyasının nəticələrinə əsasən ən çox səs toplayan beş deputatlığa namizədi təqdim edirik:

14 saylı Xəzər seçki dairəsi Əliyeva Mehriban Arif -96,7 faiz
1 saylı Şərur-Sədərək seçki dairəsi Talıbov Vasif Yusif -89,4 faiz
123 saylı Kəlbəcər seçki dairəsi Qurbanov Cavid Qənbər -85,1 faiz
45 saylı Abşeron seçki dairəsi Əsədov Oqtay Sabir -84,2 faiz
4 saylı Naxçıvan şəhər seçki dairəsi İbrahimov Eldar Rza -83,6 faiz



Virtual Səsvermə sisteminin nəticələrinə əsasən uğur qazanan, lakin sistem üzrə ən az səs verilən 5 deputatlığa namizədləri  təqdim edirik:

11 saylı Qaradağ seçki dairəsi Nəcəfli Akif İldırım -35,97 faiz
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi Möhbalıyev Səttar Suliddin -32,11 faiz
4 saylı Naxçıvan şəhər seçki dairəsi İbrahimov Eldar Rza -32,7 faiz
10 saylı Binəqədi üçüncü seçki dairəsi Musayev Madər Əliəsgər -31,47 faiz
13 saylı Xəzər-Pirallahı seçki dairəsi Əkbərov Qoşqar Mikayıl -30,66 faiz

MSK –nın nəticələrinə əsasən qalib gələn lakin ən az səs toplayan 5 deputatlığa namziədləri  təqdim edirik:

111 saylı Zaqatala-Balakən seçki dairəsi Əliyeva Kamilə Əliağa -50,5 faiz
122 saylı Xankəndi seçki dairəsi Qasımova Flora Qasım -49,9 faiz
35 saylı Xətai üçüncü seçki dairəsi Əlizadə Araz Məmməd Mübariz -47.3 faiz
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi Quliyev Musa İsa -47,3 faiz
31 saylı Suraxanı ikinci seçki dairəsi Quliyev Fərəc İbrahim -38,6 faiz


Virtual Səsvermə sisteminin mütəxəssisləri bildiriblər ki, seçkiqabağı təşviqat müddətində müxtəlif texniki-texnoloji vasitələrdən istifadə etməklə  sistemə və səsverməyə müdaxiləyə cəhdlər də olub. Bu cəhdlərin qarşısını almaq üçün müəyyən tədbirlər görülüb. (Ətraflı burada)

Seçkiqabağı təşviqat müddətində Virtual Səsvermənin  gedişi ilə bağlı istifadəçilərin, deputatlığa namizədlərin və ekspertlərin də münasibətləri Xeberler.az oxucularının diqqətinə çatdırılıb.

Mütəxəssis və ekspertlər Virtual Səsvermə sisteminin əhəmiyyətini yüksək qiymətləndirsələr də bu səsvermənin  açıq bir şəbəkə həyata keçirilməsi səbəbindən real nəticələrlə müqayisədə fərqli ola biləcəyini də vurğulayıblar.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.