Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018 / 14:33

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndə heyətini qəbul edib. İİTKM-də keçirilən görüş zamanı tərəflər iqtisadiyyatın şaxələndirilməsi sahəsində ABŞ və Azərbaycan arasında əməkdaşlığı müzakirə ediblər.

Xeberler.az  bildirir ki, V.Qasımlı son illər Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatlar barədə ətraflı məlumatlar təqdim edərək əlavə edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi monitorinq və qiymətləndirmə institutunu inkişaf etdirməklə “yaxşı idarəetmə”yə öz töhfəsini verir. Məhz islahatların nəticəsində Azərbaycan dünyada ən islahatçı ölkə statusunu qazanıb, ölkədə makroiqtisadi sabitlik və iqtisadi artım təmin edilib. V.Qasımlı həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az, Enterpriseazerbaijan.com, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağından ibarət ekosistemi barədə qonaqları məlumatlandırıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru Caydev Sinkx təmsil etdiyi qurum tərəfindən qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını, yerli biznes mühitinin yaxşılaşdırılması üçün bundan sonra da mümkün töhfə verəcəklərini bildirib. C.Sinkx qeyd edib ki, ABŞ investisiyalarının Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına cəlb edilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə əməkdaşlıq etməyə hazırdılar. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzini ziyarət edərək sahibkarlar üçün yaradılan əlverişli şəraitlə tanış olublar.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.