Previous Next
Bağla

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018 12:06
İİTKM BP ilə anlaşma memorandumu imzaladı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və BP Azərbaycan şirkəti arasında ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verilməsi məqsədi ilə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və BP Azərbaycanın xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.

Xeberler.az  bildirir ki, memorandum ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək, dövlət-özəl sektorun inkişaf potensialını gücləndirmək, sosial və dayanıqlı inkişaf üzrə məqsədlərə nail olmaq üçün qarşılıqlı birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı imzalanan anlaşma memorandumunun əhəmiyyətində danışaraq bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı imzalanan anlaşma memorandumunun əhəmiyyətində danışaraq bildirib ki, bu əməkdaşlıqda əsas məqsəd Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” ideyasına xidmət etməkdir:

“BP ölkəmizin uzunmüddətli tərəfdaşı kimi təkcə neft strategiyasının həyata keçirilməsində deyil, həm də postneft dövrünün quruculuğunda iştirak edir. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin BP iləM əməkdaşlığı qeyri-neft sektorunun inkişafına Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, EnterpriseAzerbaijan.com və Bir Pəncərə İxraca Dəstək Mərkəzi vasitəsilə daha çox töhfə verməsinə zəmindir. Yeni qurum kimi İİTKM-in institutsional inkişafında, innovativ yanaşma və beynəlxalq təcrübənin tətbiqində BP ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə əlavə edib ki, BP şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində iqtisadiyyatın güclənməsinə və böyüməsinə,dünyanın digər ölkələri ilə yeni kommersiya əlaqələrinin qurulmasına, ən əsası Azərbaycanın dünyanın böyük enerji təchizatçılarından biri kimi öz rolunu qoruyub saxlamasına və Avropa ilə daha səmərəli enerji əlaqələrinin qurmasına yardım etməklə ölkənin gələcək inkişafına öz töhfəsini verib:

“Bugünkü memorandumun imzalanması bizim gələcəkdə dəyərli əməkdaşlıq qurmaq istəyimizin bariz nümunəsidir. Azərbaycanın layiqli korporativ vətəndaşı kimi BP həmişə ölkədə iqtisadiyyatın və biznesin inkişafına və diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz daim cəmiyyətə müsbət təsir göstərməyin yollarını axtarırıq və fəaliyyət göstərdiyimiz icmalarla dayanıqlı və müsbət əlaqələr qurmağa çalışırıq.”

Qeyd edək ki, memorandumun imza mərasimindən öncə BP Azərbaycan nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar. Daha sonra onlara Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, www.enterpriseazerbaijan.com portalı barədə geniş məlumatlar təqdim edilib. BP Azərbaycan şirkətinin nümayəndələri isə bildiriblər ki, Azərbaycanın regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi iqtisadi islahatların həyata keçirilməsi sahəsində atılan strateji addımların nəticəsində mümkün olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021

Azexport.az 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişi alıb

16-01-2023

Azərbaycan e-ticarət sahəsində xarici əlaqələri möhkəmləndirir

19-10-2017

Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

04-03-2022

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib

18-04-2019

Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

16-01-2023

Monitoring.az portalının təqdimatı keçirilib

25-10-2019

İqtisadi İslahatların Təhlili Mərkəzi Microsoft Azərbaycan-la memorandum imzaladı-Foto

16-01-2017

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025

İİTKM-ə yeni rəhbər təyinatı olub

13-12-2019

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025

www.azerp.az portalının təqdimatı olub

10-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə