Yaşıl Dəhliz buraxılış sistemi üçün təhlükə varmı ?

29-01-2019 / 17:48

Fevralın 1-dən etibarən Azərbaycanın gömrük sistemində «Yaşıl Dəhliz» mexanizmi işə düşəcək. 

Xeberler.az bildirir ki, sözügedən məsələylə bağlı “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama verib. Ekspert ilk olaraq sistemin mahiyyətindən danışıb:

"“Yaşıl Dəhliz” sistemindən istifadəyə icazəsi olanların malları və nəqliyyat vasitələri gömrük buraxılış məntəqəsində fiziki baxışdan keçirilməyəcək. Yalnız kağız-kuğuza, sənədlərə baxıb, qeydiyyata alıb buraxacaqlar.  Yəni, təsəvvür edin ki , nəhəng bir TIR yaxınlaşır gömrük məntəqəsinə sadəcə pəncərədən bir neçə sənədi gömrük əməkdaşına verəcək və yoluna davam edəcək.

Kimlər bu statusu ala biləcək?

Bu statusa malik olmaq üçün, xarici ticarətçilər qanunvericiliyə riayət edəcəklərini öncədən bəyan etməklə DGK-ya müraciət etməlidirlər. Elekron müraciət sistemi də hazırlanıb. 3 ildə cəmi 53 xarici ticarət iştirakçısına belə səlahiyyət verilib. Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq olunub. Qaydalarda elə də çətin şərtlər müəyyən olunmayıb. DGK sahibkarın təqdim etdiyi məlumatlarda saxtakarlıqlar müəyyən etdikdə statusu onun əlindən ala bilir.

Düşünürəm ki, son dövrlərdə gömrük sistemində aparılan islahatlar baxmından, xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, ölkənin ixrac potensialını gücləndirmək, könüllü riayət mədəniyyətini formalaşdırmaq, gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirmək, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaq baxımından çox əhəmiyyətli bir sistemdir.

“Yaşıl Dəhliz” sistemi uğursuz ola bilərmi, hansı risklər var ?

Düşünürəm ki aşağıdakılar bu sistemin uğurlu fəaliyyətinə əngəllər yarada bilər :

1. Sərhəd buraxılış məntəqəsində hazırda 2 yoxlama pəncərəsi var : DGK və DSX. Əgər Dövlət Sərhəd Xidməti əvvəlki qaydada, paralel nəzarət mexanizmini həyata keçirəcəksə “Yaşıl Dəhliz” üçün QIRMIZI işıq yanması ehtimalı böyükdür . Çünki mövcud qanunvericilikdə DSX-nın paralel yoxlama aparmaq səlahiyyəti qeyd edilib.

2. “Yaşıl Dəhliz” –dən daimi istifadə statusu əldə edənin hansısa səbəbdən bu statusdan məhrum edildikdən sonra ümumiyyətlə adi xarici ticarət iştirakçısı statusunu itirməsi də sahibkarları bu sistemdən çəkindirə bilər. Məsələn, maraqlıdır ki, nə əcəb indiyədək cəmi 53 nəfər bu statusu qazanıb.

3. DGK-da bu sistemin tətbiqi, ümumiyyətlə DGK xidmətlərinin bir xeylisinin elektronlaşması xarici ticarət iştirakçılarından müəyyən İKT bacarıqlarıı tələb edir. Bu bacarıqlara sahib olmayanlar ya gərək əlavə xərc çəkib əməkdaşları işə götürsünlər, ya da öyrənsinlər . Əks halda bu sistem onlarlıq deyil.

4. Əgər bu statusa iddia edənlər üçün DGK-da ayrı-seçkilik siyasəti yaranarsa, gömrük-buraxılış məntəqələrində sui-istifadə və qeyri-peşəkarlıq olarsa, bu, sistemin uğuru üçün təhlükə yarada bilər."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.