Previous Next
Bağla

Avtomatlaşdırılmış Risk Analiz Sisteminin hədəfləri açıqlanıb

31-01-2024 14:01
Avtomatlaşdırılmış Risk Analiz Sisteminin hədəfləri açıqlanıb

Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS) başlıca hədəfi sərhəd profilləri və rəsmiləşdirmə seqmentləri üzrə məlumatları qabaqcadan təhlil etməkdir.

Xeberler.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük inzibatçılığı baş idarəsinin Gömrük tənzimlənməsi idarəsinin rəisi Cəfər Quluzadə "Caspian Energy Club" və "Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası" İctimai Birliyinin təşkil etdiyi "CEO MeetUp Logistics & Trade" adlı tədbirdə bildirib.

"Digər hədəf gömrük nəzarəti formullarını seçmə üsulu ilə tətbiq etmək və optimal nəzarət formasını seçmək, könüllü riayət mədəniyyəti olan sahibkarlar, daşıyıcılar və digər iqtisadi operatorların gömrük yüklülüyünü onların üzərindən götürməkdir. Bu vaxt itkisinin qarşısını almaq, xərcləri qarşılamaq üçün sərfəlidir. Biz layihənin tətbiqinə bu il başlamışıq. İlkin nəticələr qənaətbəxşdir", - deyə o qeyd edib.

C.Quluzadə həmçinin logistika şirkətlərinə müraciət edib: "Mən burada logistika şirkətlərinin olmasını nəzərə alaraq, tranzit bəyanamələrininin qabaqcadan verilməsi ilə bağlı işin daha da genişləndirilməsini xahiş edirəm. Çünki risk-analiz sistemində tranzit bəyannamələrinin qabaqcadan verilməsi olduqca önəmlidir".

ARAS - məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən sistemdir. Burada xarici ticarət iştirakçılarının, daşıyıcıların, malların (nəqliyyat vasitələrinin) müvafiq indikatorlar üzrə risk profili müəyyən edilməklə onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru təyin edilir, mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı) və mal buraxılış qaydası risk mühərriki vasitəsilə müəyyən edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DGK sədri: Avtomatlaşdırılmış Risk Analizi Sistemi dekabrda istifadəyə veriləcək

20-11-2023

Poçt bağlamalarından büdcəyə aylıq yarım milyon manat vəsait daxil olur

28-11-2025

Yaşıl dəhliz-dən istifadə üçün 53 şirkət icazə alıb

29-01-2019

Qırmızı Körpü sərhəd-keçid məntəqəsində nə baş verib?

26-05-2017

Dövlət Gömrük Komitəsi və Caspian Energy Club-un birgə təşkilatçılığı ilə forum keçirilib

08-12-2023

Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib

01-03-2019

Gömrük Məcəlləsində rəqəmsallaşma və islahatlar genişlənir

01-05-2026

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirilib

05-11-2024

Dövlət Gömrük Komitəsi 3 yeni elektron xidmətin tətbiqinə başlayır

28-11-2019

Gömrükdə elektron xidmətlərin genişləndirilməsi haqqında Sərəncam verildi

04-03-2016

Azərbaycan və Estoniya gömrüyün rəqəmsallaşdırılmasını müzakirə edib

27-08-2025

“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib

18-04-2025

Yaşıl Dəhliz buraxılış sistemi üçün təhlükə varmı ?

29-01-2019

Qazaxıstan-Çin sərhədində “Ağıllı gömrük” pilot layihəsinə start verilib

23-07-2025

Ağırçəkili nəqliyyat vasitələrinə icazə “bir pəncərə”dən veriləcək

24-01-2023

Gömrük orqanlarında son islahatlar və nəticələr mövzusunda mətbuat konfransı keçirilib

13-09-2018

Xarici dövlətlərin nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədində kvotadan kənar verilməsi ləğv edilib

30-03-2023

Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

22-11-2023

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019

Multimodal daşımalarında vahid elektron bəyannamənin tətbiqinə keçidin əhəmiyyəti açıqlanıb

29-04-2026

Gömrük idarələrində elektron ödəmə terminalları quraşdırılıb

14-03-2019

Gömrük Komitəsi Mazımçay gömrük postuna mediatur təşkil etdi

20-11-2018

Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır

16-12-2025

DGK sədri: Müasir texnologiyalar gömrük orqanları üçün yeni imkanlar yaradır

20-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə