Previous Next
Bağla

Gömrük sistemində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib

22-04-2019 12:10
Gömrük sistemində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Doing Business hesabatının “Sərhəddə Ticarət” adlı göstəricisi üzrə gömrük sistemində görülən işlər, həyata keçirilən yeniliklərlə bağlı mətbuat konfransı keçirilib.

Xeberler.az  bildirir ki, İİTKM-in departament rəhbəri Nicat Hacızadə Prezident İlham Əliyevin biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə ümumi məlumatlar təqdim edib.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev çıxış edərək gömrük sistemində son dövrlərdə tətbiq edilən yeniliklərlə bağlı məlumat verib. Komitə sədrinin müavini bildirib ki, ötən il 185 ölkə ilə ticarət əlaqələri qurulub və xarici ticarət iştirakçılarının sayı 25 123 olub ki, bu da 2017-ci illə müqayisədə 156 % artım deməkdir. Bunlardan 7392-si hüquqi, 17731-i fiziki şəxslərdir. 2017-ci ilə nisbətən ötən il bu rəqəm hüquqi şəxslər üçün 122 %, fiziki şəxslər üçün isə 176 faiz artıb.

“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqindən sonra idxal-ixrac əməliyyatları zamanı daşınan yüklərin miqdarında da ciddi artım müşahidə edilib. Belə ki, 2018-ci ilin 1 fevral-15 aprel tarixlərində qeyri-neft sektoru üzrə daşınan yüklərin miqdarı ixracda 67 min, idxalda 177 min ton təşkil edirdisə, cari ilin müvafiq dövründə bu rəqəm ixracda 130 min, idxalda 207 min tona yüksəlib.

İ.Babayev onu da bildirib ki, DGK yaxın vaxtlarda 2-ci islahatlar paketini həyata keçirəcək ki, bu da beynəlxalq ticarətin və sərhədkeçmə proseslərinin daha da asanlaşmasına, şəffaflığın tam təmin olunmasına münbit şərait yaradacaq. Komitə sədrinin müavini vurğulayıb ki, indiyə qədər gömrük orqanları vətəndaş-məmur təmasını minimuma endirməyi hədəfləyirdisə 2-ci islahatlar paketinin icrası zamanı əsas məqsədlərdən biri gömrük sistemində vətəndaş-məmur təmasının tamamilə ləğv edilməsi, bütün əməliyyatların elektron qaydada gömrük orqanına gəlmədən həyata keçirilməsidir.

Daha sonra gömrük orqanları qarşısında müəyyənləşdirilən vəzifələrin icrası ilə bağlı ticarətin asanlaşdırılması, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə və sənədləşmə proseslərinə sərf edilən vaxtın və vəsaitin azaldılması, “Yaşıl dəhliz” buraxılış sistemi, gömrük əməliyyatlarının elektronlaşdırılmasına dair təqdimat nümayiş etdirilib. Təqdimatı Dövlət Gömrük Komitəsinin şöbə rəisi Rövşən Namazov edib.

Bildirilib ki, son illərdə beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı minimuma endirilib. Eyni zamanda, xarici ticarət əməliyyatları zamanı tələb olunan sənədlərin sayı azaldılıb. Bu rəqəm idxalda 3-ə, ixracda isə 2-yə endirilib.

Təqdimatda Prezident İlham Əliyevin 21 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, bu il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemilə bağlı da məlumat verilib. Bildirilib ki, sistemdən istifadə etmək məqsədilə daxil olan 500-dən çox müraciətdən 282-si müsbət cavablandırılıb, digər müraciətlərə isə baxılır. Artıq ixarcda 123, idxalda isə 159 şəxs sistemdən istifadə edir. Bu sistem istifadəçilərə gömrük-buraxılış məntəqəsindən hər hansı gömrük nəzarəti tətbiq edilmədən mal və nəqliyyat vasitələrini birbaşa öz anbarlarına aparmağa, ixrac zamanı isə gömrük əməkdaşının iştirakı olmadan mallarını yükləyərək nəqliyyat vasitəsinə müvafiq gömrük təminatını vuraraq ölkədən çıxarmağa imkan verir. Sistemdəki bütün əməliyyatlar internetə çıxış imkanı olan istənilən məkanda elektron qaydada həyata keçirilir.

Diqqətə çatdırılıb ki, sərhədkeçmə prosesinin asan və sürətli şəkildə həyata keçirilməsini təmin edən yeniliklərdən biri də “bir inspektor - bir nəqliyyat vasitəsi” layihəsidir. Bu layihə real vaxt ərzində gömrük-buraxılış məntəqəsindən keçən nəqliyyat vasitələrinin sayının bir neçə dəfə artırılmasına şərait yaradıb ki, bu da ticarətin sürətləndirilməsi üçün mühüm amillərdən hesab edilir.

Daha sonra bildirilib ki, gömrük sistemində informasiya texnologiyaları sahəsindəki ən son yeniliklərin tətbiq edilməsi nəticəsində artıq gömrük orqanları tamamilə kağızsız texnologiyalar əsasında fəaliyyət göstərir. Xarici ticarət iştirakçıları ilə münasibətdə də bütün gömrük əməliyyatları, o cümlədən gömrük ödənişləri elektron qaydada həyata keçirilir.

Təqdimatda “Elektron hökumət” portalı vasitəsilə təqdim edilən gömrük xidmətləri, onlardan istifadə qaydaları barədə də məlumat verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib

01-03-2019

Yaşıl dəhliz buraxılış sisteminin tətbiqi ilə bağlı növbəti seminar keçirilib

25-01-2019

Şəffaf uçot sisteminin qurulması ilə bağlı məsələlər müzakirə edilib

26-01-2019

İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib

12-09-2018

Gömrükdə elektron xidmətlərin genişləndirilməsi haqqında Sərəncam verildi

04-03-2016

Yaşıl dəhliz-dən istifadə üçün 53 şirkət icazə alıb

29-01-2019

Cavad Qasımov: Yaşıl dəhliz buraxılış sistemi üzrə 241 müraciət daxil olub

05-04-2019

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olundu

31-01-2019

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

Avtomobilin gömrükdə rəsmiləşdirilməsi prosesi asanlaşdı

29-09-2022

Yaşıl Dəhliz buraxılış sistemi üçün təhlükə varmı ?

29-01-2019

DGK və Huawei Tech. Azerbaijan niyyət protokolu imzalayıb

12-09-2019

Azərbaycan və Estoniya gömrüyün rəqəmsallaşdırılmasını müzakirə edib

27-08-2025

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

Dövlət Gömrük Komitəsində yeni elektron xidmət istifadəyə verildi

12-04-2016

Gömrük orqanlarında son islahatlar və nəticələr mövzusunda mətbuat konfransı keçirilib

13-09-2018

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

Yeni elektron xidmətin təqdimatı keçirilib-Foto

11-01-2023

Səfər Mehdiyev: Azərbaycanda gömrük prosedurları xeyli sadələşdiriləcək

29-01-2019

Səfər Mehdiyev: İndiyədək 100-dən çox şirkət Yaşıl dəhliz sisteminin iştirakçısı olub

18-02-2019

Gömrük Komitəsi Mazımçay gömrük postuna mediatur təşkil etdi

20-11-2018

Gömrük Məcəlləsində rəqəmsallaşma və islahatlar genişlənir

01-05-2026

Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirilib

05-11-2024

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun iclası keçirilib

25-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə