Yerüstü Peyk İdarəetmə Mərkəzinə ekskursiya təşkil olunub

07-05-2019 / 10:24

Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyinin dəstəyi, ADPU Tələbə Gənclər Təşkilatı (TGT), Tarix və Coğrafiya fakültəsi (TCF) və Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) ADPU filialının birgə təşkilatçılığı ilə tələbələrin "Azərkosmos" ASC-nin Bakı ətrafında yerləşən Yerüstü Peyk İdarəetmə Mərkəzinə ekskursiyası təşkil edilib.

Xeberler.az bilidirir ki, ekskursiyada fakültənin ACC üzvü olan Coğrafiya müəllimliyi ixtisasının 30 tələbəsi, dekan müavini, ACC-nin vitse-prezidenti, dosent Mətanət Əsgərova, ADPU TGT sədr müavini Taleh Mirzəyev, fakültənin Ümumi Coğrafiya kafedrasının baş lobarantı Qənirə Cabbarova və həmin kafedranın müəllimi, ADPU-da tələbələrə "Coğrafi İnformasiya Sistemləri" fənnini tədris edən gənc mütəxəssis İlhamə Qəribova iştirak edib.

Ekskursiya çərçivəsində iştirakçılar "Azərkosmos ASC" -nin peşəkar bələdçiləri tərəfindən Yerüstü Peyk İdarəetmə Mərkəzinin inzibati binası, əməliyyat otağı, təlim və inkişaf mərkəzi, milli peyklərimizlə əlaqəni təmin edən peyk antenləri meydançası ilə tanış olub, onlara "Azərkosmos" ASC-nin kosmik bilik və bacarıqları təşviq edən sosial layihələri, peyk təsvirləri, rəqəmsal xəritələrin alınması və s. haqda geniş məlumatlar verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Daha sonra mərkəzin "Tusi zalı"nda əməkdaşlar tərəfindən iştirakçılar üçün Azərbaycanın kosmik sənayesi, Azərkosmos, kosmik peyk sistemləri və milli peyklərimiz haqda əhatəli təqdimat keçirilib.

Sonda dosent Mətanət xanım Əsgərova mərkəzin xatirə kitabına öz təəssüratlarını qeyd edib. Tələbələr və müəllimlər olduqca məhsuldar ekskursiyadan razı qalıb, belə tədbirlərin daha böyük çərçivələrdə reallaşdırılmasının vacibliyi vurğulanıb. Xatirə şəkli çəkdirilib.

Qeyd: həmçinin aşağıdakı videoda ekskursiyadan müxtəlif kadrlarla tanış ola bilərsiniz:  youtu.be/N_eSB3vnib8

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.