Previous Next
Bağla

Avropa İttifaqı Şurasının Prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

19-07-2021 09:41
Avropa İttifaqı Şurasının Prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

Ölkəmizə səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

Xeberler.az bildirir ki, görüş zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Nazir müxtəlif sahələrdə, eləcə də nəqliyyat, rabitə və yüksək texnologiyalar sektorunda əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Kosmik sahədən bəhs edən Rəşad Nəbiyev qeyd edib ki, “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peyklərinin Fransanın “Arianespace” şirkəti tərəfindən orbitə buraxılması Azərbaycanın avropalı tərəfdaşlarla əməkdaşlığa önəm verdiyinin bariz nümunəsidir. Nazir əlavə edib ki, “Azersky” – Yerin məsafədən müşahidəsi peyki 2014-cü ildə “Airbus Defence and Space” şirkətindən alınıb.

Rəşad Nəbiyev Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə EGNOS – Avropa Geostasionar Naviqasiya Xidmətinin genişləndirilməsində tərəfdaş olmasını yüksək qiymətləndirib.

Çıxışının sonunda 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresindən söz açan Rəşad Nəbiyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli həmin tədbirdə iştiraka dəvət edib.

Görüş çərçivəsində qonaqlara ölkəmizdə kosmik sahənin qurulması və inkişafı barədə təqdimat nümayiş olunub. “Azərkosmos”un missiyasının dünyada sülh və firavanlıq naminə qabaqcıl texnologiyalara əsaslanan peyk həlləri təqdim etmək olduğu, yerli və qlobal təşəbbüslərə dəstək məqsədilə yeni xidmətlər və həllər üzərində işlərin aparıldığı qonaqların diqqətinə çatdırılıb.

Qeyd edək ki, Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsinə dair işlər davam edir.

Sonda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin yerləşdirildiyi teleport stansiyası ilə tanış olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

24-07-2018

Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

04-08-2022

“Azərkosmos”a səfər

11-10-2018

İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək

18-03-2023

Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

21-02-2019

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

“Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur

15-06-2021

Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-07-2022

Rəşad Nəbiyev Brüsseldə Aİ-nin nəqliyyat komissarı ilə görüşüb

01-12-2022

Azərkosmos “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştiraka dəvət edir

17-06-2022

Avropa İttifaqı ilə rəqəmsal transformasiya üzrə mütəxəssislərin hazırlanması müzakirə olunub

01-12-2022

Nazir Rəşad Nəbiyev Avropa Parlamentinin Nəqliyyat və Turizm Komitəsinin sədr müavini ilə görüşüb

10-06-2022

Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

02-06-2022

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Azərbaycan növbəti peykini orbitə buraxır

03-08-2018

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanıb

18-07-2022

Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

07-05-2026

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05-11-2021

Parisdə Azərkosmos-un təqdimatı keçirilib

28-03-2019

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

26-01-2021

Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

17-09-2021

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə