Previous Next
Bağla

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015 16:25
Yay məktəbinin tələbələri Azərkosmos-da olub

AMEA Şamaxı Astrofizika Rəsədxanası, Qafqaz Universiteti, TUSİ BOHM Planetarium və “Azərkosmos” ASC-nin təşkilatçılığı ilə mayın 29-dan iyunun 1-nə qədər  Pirqulu qəsəbəsi – Şamaxı Astrofizika Rəsədxanasında Tələbələrarası I Astronomiya Yay Məktəbi (TAYM-1) fəaliyyətə başlayıb.

Xəbərlər-in verdiyi məlumata görə, ölkədaxili 8 Universitetdən seçilən 40 tələbə üçün Azərbaycan və qonşu ölkələrdən dəvət edilən elm adamları tərəfindən 6 təlim keçirilib. Təlim proqramına əsasən, bu müddət ərzində teleskoplar vasitəsilə müşahidələr, elmi-intellektual müzakirə və yarışlar, eləcə də Pirqulu dövlət qoruğuna ekskursiyalar təşkil olunub.

Şamaxı Rəsədxanasının Direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, Əyyub Quliyevin məlumatına görə, belə bir yay məktəbi tələbələrin fundamental elmlərə qarşı marağının artmasına, habelə Astronomiya elminin təbliğinə ciddi təkan verəcək.

Yay məktəbinin tələbələri Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər  ediblər. Tələbələrə Azərkosmos, Azerspace-1 peyki və onun texniki xüsusiyyətləri, Azersky peykinin tətbiq sahələri və növbəti peyk layihələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, görüşdə Azərbaycan üçün kosmik sənayenin inkişafının əhəmiyyətindən də bəhs olunub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azerspace-1 peykinin şəkilləri teleskop ilə çəkiləcək

16-04-2016

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026

Növbəti Kosmos Yay festifalı keçirilib

27-08-2019

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

11-03-2025

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024

Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

15-04-2019

Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq edəcək

21-05-2015

Respublikada olan astronomik cihazlar modernləşdirilir

29-06-2016

Tələbələrin kosmik sahəyə marağı artırılır

22-10-2015

“Azərkosmos”a səfər

11-10-2018

Akademik Arif Paşayev və Saqdeyev Azərkosmos-a səfər edib

03-07-2015

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02-04-2025

Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı müzakirələr keçirilib

07-06-2018

Belarusun rəsmiləri “Azərkosmos”da - Fotolar

02-04-2015

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

16-04-2025

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

Azərbaycan və Qazaxıstan mütəxəssisləri birgə layihələr hazırlayacaq

20-10-2015

Azərkosmos ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər

13-10-2018

Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

24-07-2018

“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

26-09-2024

Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

29-07-2022

Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

16-04-2018

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə