Bakcelldə qonaq olun

01-01-2011

Bakcell, yeni “Qonaq ol” xidmətini təqdim edir. İndi Siz, balansınız hətta sifır olsa belə, zəng edə bilərsiniz və bu zəng, zəng etdiyiniz abunəçi tərəfindən ödəniləcək. Digər abunəçinin hesabına zəng edirsinizsə Digər abunəçinin hesabına zəng etmək üçün telefonunuzda *151# və zəng edilən abunəçinin yeddi rəqəmli nömrəsi, # YES yığın. Gün ərzində digər abunəçinin hesabına 5 dəfə zəng etmək mümküdür. Əgər digər abunəçinin zəngini öz hesabınıza qəbul edirsinizsə

“Visions of Azerbaijan” jurnalının yeni internet portalı hazırlanıb

01-01-2011

İngilis dilli portalda Azərbaycan haqqında mühüm məlumatlarla birgə, ölkənin iqtisadiyyatı, tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti, mətbəxi haqqında bölmələr var.


«Aztelekom» gələn il beynəlxalq danışıq tariflərini azaltmaq istəyir

30-12-2010

«Aztelekom» İstehsalat Birliyi gələn il beynəlxalq danışıq tariflərini azaltmaq niyyətindədir.Bunu «Aztelekom»un rəhbəri Məhəmməd Məmmədov bildirib. M.Məmmədovun sözlərinə görə, artıq bu istiqamətdə Tarif Şurasına da müraciət olunub. “Həmçinin regionlar üzrə də ölkədaxili danışıq tariflərinin azaldılması nəzərdə tutulub. Tariflərin azaldılması ilə biz qiymətlərdə balanslaşma aparırıq”.

İnternetdən ən çox istifadə edən millətlər-SIYAHI

30-12-2010

Araşdırmalara görə, aylıq internetdə online olan millətlər içərisində, kanadalılar 68% ilə liderliyi əldən buraxmayıblar. Bu kateqoriyada növbəti yerləri fransalılar (62%), ingiltərəlilər (62%), almaniyalılar (60%), amerikalılar (59%), yaponiyalılar (57%) və italiyalılar (36%) tutub.


Kompüter oyunlarının satışı nə səbəbdən azalır?

30-12-2010

Sosial şəbəkələr və mobil telefonların bazara təsiri çox ciddiləşir. "USA Today"a istinadən verilən məlumata görə, "Newzoo" analitik şirkəti ilin əvvəlindən bəri ABŞ-da kompüter oyunlarının satışı ilə bağlı hesabatı dərc edib. Bu il ərzində oyun hazırlayan və istehsal edən şirkətlər sadəcə, Birləşmiş Ştatlarda 25 milyard dollar xalis gəlir əldə ediblər. Masaüstü kompüterlər üçün

2010-cu ilin kəşfləri

30-12-2010

2010-cu il o qədər elmi kəşflərlə yadda qaldı ki, hətta elmi-fantastika janrında yazanlar belə bu qədərini təsəvvür etməmişdi. ATASI KOMPYUTER OLAN İLK SÜNİ HÜCEYRƏ Bu ilin mayında ABŞ-da J.Craig Venter tamamilə insanların yaratdığı genlərin nəzarətində olan canlı süni hüceyrə yaratdıqlarını bəyan etdi:


Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 000-ə çatıb.

30-12-2010

Ötən həftə Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 000-ə çatıb. HP ProBook 4510s notbukunun sahibi Sumqayıt şəhər sakini, 27 saylı orta ümumtəhsil məktəbinin müəlliməsi Xalidə İsgəndərova olub. Layihənin tərəfdaşları 10 000-ci kompyuteri hədiyyə olaraq vermək qərarına gəlib.

"Samsung" "Blu-ray" pleyeri üzərində işləyir

30-12-2010

“Samsung” şirkəti dünyanın ən nazik “Blu-ray” pleyeri üzərində işlədiyini bəyan edib. Qalınlığı cəmi 23 mm olan qurğu həm adi, həm üçölçülü “Blu-ray” diskləri dəstəkləyir. Yeni pleyerin 2011-ci ilin yanvar ayının 6-dan 9-dək Las-Veqasda (ABŞ) keçiriləcək "CES 2011" sərgisində nümayiş etdiriləcəyi nəzərdə tutulub. Qeyd olunur ki, pleyer müstəqil şəkildə ikiölçülü təsviri 3D-yə çevirmək imkanı ilə təchiz olunacaq


Prezidentə "Jurnalistlərin dostu" mükafatı təqdim olunub

30-12-2010

Bu gün “Gülüstan” sarayında prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimi keçirilib. Tədbirdə bildirilib ki, RUH Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə

Azərbaycan Beynəlxalq Bankı Disput.az-da yazılanlara reaksiya verdi

30-12-2010

Azərbaycan Beynəlxalq Bankı bildirir ki, bir neçə gün bundan öncə ABB-yə aid olmayan bir istifadəçi tərəfindən www.disput.az saytında Bankın adından işə qəbul barədə elan yerləşdirilmişdir Azərbaycan Beynəlxalq Bankı vətəndaşların bu və ya digər formada Banka aid olmayan şəxslərlə əlaqə yaradıb, onlara vəd edilmiş müəyyən öhdəliklərin yerinə yetirilməsinə görə heç bir məsuliyyət daşımır.


Skype istifadəçilərinə kompensasiya ödəyəcək

29-12-2010

Skype rəhbərliyi bu günlərdə fəaliyyətində yaranmış problemlə əlaqədar istifadəçilərə kompensasiya ödəyəcəyini bəyan edib. Rusiya mətbuatı xəbər verir ki, bu, yalnız pullu xidmət göstərən akkaunt sahiblərinə aiddir. Şirkətin icraçı direktoru Toni Beyts bunun «Skype Credit» kuponları formasında həyata keçiriləcəyini desə də

Azərbaycanın növbəti kosmik rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək

29-12-2010

Azərbaycanın orbitə çıxaracağı növbəti rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək. Bunu rabitə və informasiya texnologiyları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının veb-saytına verdiyi müsahibədə bildirib. Nazirin sözlərinə görə, «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» prezident sərəncamı və Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə


Türk hakerlər Ermənistanın rəsmi saytını dağıtdılar

29-12-2010

ABŞ Nümayəndələr Palatasında "soyqırım" qanununun gündəmə gəlməsi üçün Nancy Pelosiyə təzyiq edən və NBA ulduzu Kobe Bryantın Türk Hava Yollarının reklam üzü olmaması üçün kampaniya reallaşdıran Erməni Milli Komitəsinin rəsmi saytı türk hakerlərin hədəfi olub. Erməni

«Azal Sığorta» şirkəti veb-saytını yeniləyib

29-12-2010

Azərbaycanın «Azal Sığorta» şirkəti rəsmi veb-saytını (www.azalsigorta.com) yeni tərtibatda təqdim edib. Şirkətin baş ofisindən «verilən məlumata görə, saytda şirkətin yaranma tarixi, təqdim etdiyi sığorta məhsulları (icbari və könüllü), maliyyə hesabatları və şirkətə aid xəbərlər yerləşdirilib. Saytda həmçinin təklif və şikayətlər bölməsi var, habelə sığortaya aid mövcud qaydalarla tanış olmaq mümkündür.


Azərbaycanda mühasibatlıq məcburi qaydada elektron formada aparılacaq

29-12-2010

Vergilər Nazirliyinin təşəbbüsü ilə ölkədə elektron auditin tətbiqi və bu məqsədlə mühasibatlığın tamamilə elektron formata keçməsi nəzərdə tutulur. Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib ki, artıq müəssisələrin mühasibat uçotu və hesabatlarının elektron formada aparılmasının məcburiliyi barədə qanunvericilikdə dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb.

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010

Vergilər Nazirliyi elektron ticarətdə əlavə dəyər vergisinin tətbiqi ilə bağlı qanunvericilik bazasının yaradılmasına hazırlaşır. “APA-ECONOMICS”in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib.


“Azercell”in “Onlar da hədiyyə gözləyirlər” layihəsi yekunlaşdı

29-12-2010

Şirkətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində 320 uşaq Yeni il bayramının sevincini yaşayıb. Belə ki, kimsəsi olmayan, valideyn himayəsindən məhrum olmuş uşaqları məhz özlərinin əvvəlcədən arzuladıqları hədiyyələri alıblar.

“Reytinq.info – Elektron Sorğu Mərkəzi” fəaliyyətə başladı

29-12-2010

“Azərbayt” – İnternet İstifadəçiləri Birliyinin yeni elektron sorğu mərkəzi fəaliyyətə başlayıb. Birliyin sədri Şahmar Bayramlının sözlərinə görə, mərkəzin yaradılmasında məqsəd ictimai-sosial araşdırmaların həyata keçirilməsi, mövcud problemlərin öyrənilməsi, müəyyən qurumların əhali qarşısında işinin daha məsuliyyətlə həyata keçirilməsinə təsir göstərilməsidir.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə