Təxminən bir il əvvəl bu xüsusiyyəti təqdim edən Twitter-in hər hansı bir şərh olmadan səssiz-sədasız bir şəkildə bu xüsusiyyəti yox etməsi istifadəçilərini təəccübləndirib.
Twitter bir il əvvəl analiz xüsusiyyətini təqdim etmişdi. Analiz vasitəsi ilə birlikdə hesab sahibləri atdığı tweetlərlə əlaqədar məlumatlarına nəzarət edə bilirdi. Atdığı tweetlərin analiz nəticələrini öyrənir, neçə dəfə daxil olunduğunu və kimlər tərəfindən oxunduğunu görmə imkanını təmin edirdi. Twitter bu xüsusiyyəti yox etmiş olsa da, hələki tweetlərinizi analiz etməniz mümkündür. Lakin bir şərtlə ... Hesabınıza “Twitter Cards”ı yükləməyiniz lazımdır. Yüklədikdən sonra müraciət etmək və qəbul edilmək üçün gözləməyiniz də gərəkdir.
Twitter-in bir il əvvəl gətirdiyi bu xüsusiyyət üçün isə bu qədər çətinlik çəkməyinizə gərək yox idi. Yalnız hesabınızın ana səhifəsinə bir kod əlavə etməyiniz kifayət edirdi. Həmçinin köhnə vasitədə əldə edilən məlumatların hamısını “Twitter Cards” sizə təqdim edə bilmir. Köhnə xüsusiyyətdə tək-tək seçilmişlərə, retweet və cavabların sayını görə bilirdiniz. “Twitter Cards” ilə yalnız bunların hamısını "engagements" sayında toplanmış bir şəkildə görürsünüz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri