Xəbər verdiyimiz kimi, Sosial bloq yazıları-2 müsabiqəsinin qalibi Teymur Mərdəliyevin "Azad insan" yazısı olub. Xeberler.az portalı həmin bloq yazısını təqdim edir. Hər dəfə idman dərslərindən qayıdanda onu görürdüm. Hərəkətləri, əllərini yuması, dünya atlasına baxması məni cəlb edirdi. O, küçədə yaşayırdı. Taxta lövhə üzərində elə hey nə isə yazırdı. Mənim nəzərimdə o, dünyanın ən azad adamı idi.
Böyük Britaniyanın The Financial Times qəzeti Stiv Cobsu “İlin adamı” adına layiq görüb. Qəzet, Apple şirkətinin rəhbərini yüksək texnologiyalar sferasının ilk rok-ulduzu hesab edir.
Artıq dünyanın bütün aparıcı avtomobil istehsalçıları elektromobil və hibrid model istehsalına və ya layihələndirilməsi işinə girişib. Dünyada neft ehtiyatları tükəndikcə bu növ nəqliyyata tələbat da artır. Elə isə elektromobillərin üstün və çatışmayan cəhəti nələrdir? Mütəxəssislər bu avtomobillərin gələcəyini necə görürlər?
Azərbaycanın İKT sektorunun inkişafı ilə əlaqədar ölkə iqtisadiyyatında bəzi dəyişikliklər baş verəcək. Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasovun fikrincə, əsas istiqamətlərdən biri ölkədə internet iqtisadiyyatın qurulması olacaq. Bu, ölkədəki bütün xidmətlərin, o cümlədən bank xidmətləri və ticarətin internet vasitəsilə həyata keçirilməsini nəzərdə tutur: «Bu çox perspektivli istiqamətdir, Britaniyanın internetdən gəlirləri təkcə ötən il 220 mlrd. dollar təşkil edib».
Gələn il smartfon bazarında 8 faiz (11.4 milyard ədəd) artım müşahidə olunacaq.“Pyramid Research” analitik şirkəti belə bir proqnozla çıxış edib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Microsoft” cari ildə Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib.
Xeberler.az portalının məlumatına görə, Ermənistanın twitter.am saytı azərbaycanlı hakerlər tərəfindən ələ keçirilib. Hakerlərimiz sayta “Azerbaijan Defacers” (Azərbaycan dağıdıcıları), Three Azeris against Armenia! (3 Azərbaycanlı Ermənistana qarşı) sözlərini yazıblar. Həmçinin milli qəhrəman Mübariz İbrahimov, qəhrəman şəhid Fərid Əhmədov və Macarıstanda dustaq həyatı yaşayan Ramil Səfərov
İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, kampaniya çərçivəsində DNS Computers mağazalar şəbəkəsindən 3G Acer netbukunu alan hər bir abunəçi Azerfon-Vodafone-dan hədiyyə olaraq 3G SİMkart və 12 ay ərzində hər ay 500 MB internet trafiki əldə edəcək.
Bu ilin sonunadək Azərbaycanda internet istifadəçilərinin sayı ölkə əhalisinin 50%-nə çatacaq. Bunların 12%-i (hər 100 istifadəçidən 12-si) genişzolaqlı (ADSL) internet istifadəçisidir. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Ə.Abbasovun sözlərinə görə, bu göstəricilərin hər ikisinə görə Azərbaycan dünya üzrə orta göstəricini iki dəfə qabaqlayır.
“Google” korporasiyası Manhettendəki (ABŞ) nəhəng ofis binalarından birinə sahib olub. Bu barədə obyektin satıcılarından biri olan “Taconic Investment Partners” şirkəti açıqlama yayıb. Binanın digər satıcıları isə “Jamestown Properties” və “New York State Common Retirement Fund” şirkətləridir.
Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti uşaq yönümlü layihələrə dəstək verən “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramını davam etdirərək yeni bir layihəyə start verilib. Şirkətdən verilən məlumata görə, “İnkişaf və İştirak üçün İdman” adlanan bu layihənin əsas məqsədi internat məktəblərində yaşayan eşitmə qüsurlu uşaqların həyatını idman və oyunlar vasitəsilə dəyişməkdir.
Almaniyanın “Volkswagen” qrupu dünən 111 111 111-ci avtomobili istehsal edib. Bu nömrə ilə mavi “Golf GTİ” istehsal edilib. Bu rəqəm hər istehsalçının tarixində cəmi bir dəfə ola bilər. Bu il təqribən 7 milyon avtomobil satan şirkət dünya liderləri sırasına çıxmaq istəyir
Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Nazir Əli Abbasov “İnkişafın Azərbaycan modeli - Neftdən sonrakı inkişaf” kitabının təqdimatında bildirib ki, 2020-2025-ci illərdə ölkənin İKT gəlirləri neft gəlirlərini üstələməlidir.
Yaponiya vətəndaşı olan bir xanım “Google” şirkətini məhkəməyə verib. Xeberler.az portalının Lent.az-a istinadən verdiyi xəbərə görə,buna səbəb “Google”nin “Street View” şəbəkəsi vasitəsi ilə onu ağ paltarda küçə ilə gedərkən göstərməsidir.
“Microsoft” korporasiyası “Windows Phone 7” mobil əməliyyat sistemi ilə idarə olunan 1,5 milyon smartfonun satıldığını elan edib. Bu göstəricini şirkət satışa çıxarılma tarixindən iki ay sonra əldə edib.
Azərbaycanda rəqəmsal televiziya yayımına keçid prosesi tam başa çatandan sonra ölkə əhalisi heç bir əlavə qurğu və ya avadanlıqların köməyi olmadan onlarla yerli və xarici kanalları izləyə biləcək.
Dünyanın ən iri proqram təminatı istehsalçısının hazırladığı interaktiv elektron məktublar sistemində yeni servis vasitəsilə göndərilmiş və qəbul edilmiş bütün məktublar tam interaktiv şəkildə olacaq. Yetərincə funksionald və rahat təsir bağışlayan dizayna malik sistem veb-səhifələrə bənzəyir.
Azərbaycanın mobil rabitə operatoru Nar Mobile, "Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyasının ilk qaliblərini elan edib. 29 noyabr 2010-cu il tarixindən başlayaraq "Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyasında iştirak edən Nar Mobile abunəçiləri inanilmaz hədiyyələr - hər gün Nokia N97 Mini mobil telefonları, hər həftə 5 min manat və sonda əsas priz - 50 min manat nağd pul qazanmaq imkanlarını əldə edirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları