QKDK müvafiq tələbnaməni yerinə yetirmədiyinə görə “Baksell Ltd” MMC-nin inzibati məsuliyyətə cəlb olunması üzrə prosedura başlayıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK)mətbuat xidmətindən verilən məlumata görə “Bakcell Ltd” MMC tərəfindən “46 gün içində Mercedes-Benz qazan” adlı kampaniyanın təşkili və keçirilməsində lotereya əlamətləri aşkar edilib.
AzNetdə yeni layihə olan PDFJurnal-ın ilk sayı hazırdır. Bu jurnalda ən son texnologiya yenilikləri,sağlamlığımız haqqında, hekayələr, bir sözlə faydalı və maraqlı məlumatlar yerləşdirilib. Eyni zamanda burda gənclərin yazdığı hekayələr və Bizim Peşəkar bölməsində qabaqcıl gənclərlə müsahibə bölməsi də fəaliyyət göstərir. Jurnalın ilk sayında olan yazılar :
Apple neçə vaxtdır ki, "iPhone 4G üçün 7 iyunu gözləyin deyirdi. Nəhayət, həmin tarix gəlib çatdı və İPhone 4G təqdim olundu. Telefonun hazırlanmasından 1500-dən çox işçi çalışıb. Xatırladaq ki, İPhone 4G 24 İyunda satşa çıxarılacaq. 16 GB’lıq model kontraktlı olarak 199 dollar, 32 GB’lıq isə 299 dollar olacaq.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, elektron proqram və ixtisaslaşma seçimi haqqında elanı dərc edilib.
Proqramda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məqsədilə iclasda ən qısa müddətdə aidiyyəti dövlət idarələrinin məsul nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının yaradılması qərara alınıb.
Electronic Arts şirkəti Facebook üçün özel bir FIFA oyunu çıxaracağını bildirib. Sosial şəbəkçün çıxacaq oyunun adı FIFA Superstars olacaq. Oyun Playfish tərəfindən təkmilləşdiriləcək və Facebook istifadəçilərini təqdim olunacaq. EA Sports-un rəhbəri Peter Moore bu oyun sayəsində milyonlarla futbol fanatının Facebookda FIFA Dünya Kupası'nı qazanmaq için yarışacağını deyib.
AEGEE-Bakı Avropa Tələbələr Forumu tərəfindən Soros fondunun dəstəyi ilə 4-6 iyun tarixlərində Bakı Jurnalistika məktəbində keçirilən YazYay təlimi yekunlaşdı. Təlimdə 18 gənc iştirak edirdi. Məqsəd bloq yaratmaq və yazmaq istəyən, lakin bunun yollarını bilməyən, internetdən səmərəli istifadə etməyi öyrənməyi arzulayan gəncləri, tələbələri, gənc jurnalistləri maarifləndirmək idi.
Mobil telefonlar arıların populyasiyasının azalmasına gətirib çıxarır. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, bunu Hindistanın Pəncab Universiteti alimlərinin apardığı eksperimentin nəticələri göstərmişdir. Tədqiqatçılar ehtimal edirlər ki, həşəratlara zərər verən mobil telefon aparatlarının yaratdığı elektromaqnit şüalarıdır. Eksperiment zamanı alimlər 2 arı yuvasını müşahidə etmişlər.
7 – 10 iyun tarixlər ərzində Siz FİFA 2010 dünya çempionatında seçdiyiniz ölkə komandasının vurduğu hər 1 qol müqabilində şəbəkədaxili 2 dəqiqə danışmaq hüququ qazanırsınız. Seçdiyiniz komandanın çempionat müddətində vurduğu hər 1 qol qarşılığında şəbəkəiçi 2 dəqiqə bonus alacaqsınız.
Şirkətin qanunsuz olaraq şəxsi məlumatları ələ keçirdiyi ehtimal olunur. Avstraliya polisinə “Google” şirkətinin “Street View” xidməti ilə bağlı araşdırma aparmaq göstərişi verilib. Şirkət ölkənin telekommunikasiya haqqında qanunvericiliyi pozmaqda təqsirləndirlir.
Xeberler.az saytında Azərbaycanda İnternet qiymətlər sizi qane edirmi? sorğusu yekunlaşdı. Bugündən yeni sorğuya başlayırıq. Bildiyiniz ki, Azercell mobil operatoru bu yaxınlarda korporativ brendinin yenilənmiş görünüşünü təqdim etdi. Yeni brend birmənalı qarşılanmadı. Bəziləri əvvəlki loqonun daha ideal olduğunu düşünür, digər bir qisim isə yeni loqonun gözəl olduğunu iddia edir.
Xeberler.az saytında keçirilən sorğu sona çatdı. Əvvəla, sorğuda aktiv iştirak etdiyinizə görə hamınıza minnətdarıq. İndiki İnternet qiymətləri sizi qane edirmi? sualına 1300-dən çox səs gəlib. Sorğunun nəticəsinə görə, Azərbaycanda İnternetin qiyməti 769 nəfəri (55%) qane etmir.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, informasiya-kommunikasiya Texnologiyası (İKT) məhsulları və xidmətləri üzrə təsnifatların hazırlanması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrupu tərəfindən İKT xidmətləri üzrə milli təsnifatın ilkin layihəsi işlənib.
Artıq Facebookun sosial şəbəkəsi həyatımızın bir parçasına çevrilib. Bilindiyi kimi, insanlar həyatlarıyla bağlı bir çox məlumatı Facebookda paylaşırlar. Bu paylaşmanın mənfi və müsbət cəhətləri var. Facebook həmçinin ailədə münasibətlərin pozulmasına zəmin yaradır. Onlardan bəzilərini sizə çatdırırıq. İngiltərədə qısqanc ər, sosial İnternet saytı Facebookdakı ailə vəziyyətini subay göstərən arvadını öldürdüyü üçün ömür boyu həbsə məhkum olunub. 34 yaşındakı yük maşını sürücüsü Wayne Forrester həyat yoldaşıyla 15 illik bərabərliyi bitirməyə qərar verərək evdən ayrılıb.
NÖVBƏ GÖZLƏMƏK SERVİSİ: Uzun növbələrdə gözləməkdən yorulan bir amerikalının digər Amerikalılara hədiyəsi məhz, qeyri-adi servis şirkətini yaratmaq olub. Bu servis şirkəti növbədə gözləyən müştəriləri bu əziyyətdən xilas edir. Belə ki, növbədə duran vətəndaş həmin şirkətə zəng vurur və sifariş verir ki, onun yerində durmağa adam göndərsinlər. Həmin şəxs əraziyə gəlir, siz isə bu müddətdə istədiyiniz yerə gedirsiniz. Sıranız gələndə isə telefon zəngiylə sizi çağırırlar.
Təhsil Nazirliyini keçiridiyi Elektron Təhsil Müsabiqəsinin təşkilat komitəsi bildirib ki, Ekspertlərin və Münsiflərin qiymətləndirməsi əsasında Müsabiqənin Nominantları seçilib. Müsabiqəyə təqdim olunan 810 Layihədən cəmi 89 Layihə Müsabiqənin Nominantı seçilərək mübarizəni davam etdirmək imkanı qazanıblar . Təşkilat Komitəsinin qərarı ilə 1-ci Nominasiya üzrə 29 , 2-ci Nominasiya üzrə - 15 , 3-cü Nominasiya üzrə 28, 4-cü Nominasiya üzrə 7 və nəhayət 5-ci Nominasiya üzrə 10 Nominant yeri müəyyən olunub.
NEXUS şirətinin sosial şəbəkə üzvləri arasında keçirdiyi foto müsabiqə bitib. Facebook sosial şəbəkəsinin NEXUS səhifəsində keçirilən müsabiqədə istənilən mövzuda ola fotolar iştirak edirdi. Qaliblər finala vəsiqə qazanmış 15 nominant arasından seçilib. Bu dəfəki müsabiqədə qaydalara bəzi dəyişikliklər edilib. Belə ki, həlledici mərhələdə ən çox like edilən şəkillər yox, münsiflərin səsi həlledici olub.
Azərbaycanda ilk onlayn futbol proqnozu və oyunlar haqqında ətraflı məlumat verən sayt olan Proqnoz.az fəaliyyətə başlayıb. Saytın redaktoru Əli Məmmədovun xeberler.az-a verdiyi məlumat görə, saytın oyunlar bölməsi hərgün yenilənir və ora futbol qarşılaşmalarının əmsalları yazılır. Əmsallar marathonbet.ru saytına istinadən verilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları