Previous Next
Bağla

“Freedom House”: “Azərbaycanda internet senzurası hökm sürür”

18-04-2011 16:28
“Freedom House”: “Azərbaycanda internet senzurası hökm sürür”

“Freedom House” yeni hesabat yayıb; quruma görə, yüksək qiymətlər də İnternetə çıxışa əsas maneələr sırasındadır...

Vaşinqtonda yerləşən “Freedom House” təşkilatı dünyanın müxtəlif ölkələrində İnternet azadlığı ilə bağlı təhqiqat aparıb və aşkar edib ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda onlayn azadlığa təhlükələr artır.

“Azərbaycanda İnternetdən istifadə son illərdə sıçrayışla irəliləsə də, hakimiyyət bu vasitə üzərinə nəzarəti gücləndirməyə çalışıb. Buna baxmayaraq, İnternet üzərində nəzarət bir çox vətəndaşların xəbər mənbəyi olan çap və teleradio mediasına nisbətən daha az məhduddur” deyə, hesabatda bildirilir.

Hesabatda bəzi veb saytların blok edilməsi, hakimiyyətin onlayn ifadə azadlığını məhdudlaşdırmaq üçün ədliyyə sistemindən istifadə etməsi, 2009-cu ildə iki bloggerin həbs edilməsi xatırlanır. İnternetə giriş nəzərəçarpacaq dərəcədə artsa da, keyfiyyət aşağı olaraq qalır, bir çoxları hələ də dial-up (telefon xətti ilə qoşulma) xidmətindən istifadə edir - deyilir hesabatda. “3-cü nəsil mobil telefon üçün ilk lisenziya 2009-cu ilin ortalarında Vodafone-Azərbaycan şirkətinə verilib. Amma yüksək sürətli mobil internet üçün qiymətlər yüksək olaraq qalır”.

Hesabatda xatırladılır ki, Beynəlxalq Telekommunikasiya Birliyi 2010-cu ildə Azərbaycanda əhalinin 27 faizinin İnternetə çıxış imkanı olduğunu bildirib. Bu isə 2008-ci ildəki 14 faizə nisbətən mühüm artımdır. “Yüksək qiymətlər İnternetə çıxışa əsas maneə olaraq qalır, amma digər faktorlar - təhsil, kompüter biliklərinin olmaması, sosial-iqtisadi status və gender məsələləri də rol oynayır”. “Orta hesabla aylıq qiymətlər ADSL texnologiyası vasitəsilə 1 Mbps sürətli qeyri-məhdud giriş üçün 20-50 manat arasındadır”. “Ancaq Azərbaycan əhalisinin yalnız 12 faizinin kompüteri var. Bir çoxları kompüterdən yalnız işdə, məktəbdə, kiçik şəhərlərdə daha populyar olan internet kafelərdə istifadə edir”. “Bu qiymətlər bir neçə il əvvələ nisbətən daha aşağı olsa da, bir çox azərbaycanlılar üçün hələ də əlçatmazdır; burada aylıq maaş 304 manat təşkil edir. Nəticədə isə əhalinin yalnız 5.9 faizinin İnternet abunəsi imkanı var”.
“Freedom House”-un hesabatında rəsmi statistikaya əsasən deyilir ki, İnternet istifadəçilərinin 90 faizi, xüsusilə də Bakıdan kənarda yaşayanlar, sürəti 56 Kbps-dan artıq olmayan dial-up xətlərindən istifadə edir. İnkişaf etmiş veb proqramları, məsələn, Facebook və Tvitter kimi sosial şəbəkə saytlarından istifadə məhdud deyil. Sosial şəbəkə saytları əsasən hökuməti tənqid edən məzmunların yayılması üçün istifadə olunur. Qeydiyyatdan keçmiş Facebook istifadəçilərinin sayı 2010-cu ilin əvvəlindəki 105 mindən dekabr ayının sonunda 279 minədək çatıb. Müxtəlif demoqrafik qruplar arasında gənc, şəhərli kişilərin İnternetdən daha çox istifadə imkanları var. “Freedom House” deyir ki, Azərbaycanda 27 minə yaxın bloq var, onların çoxu Azərbaycan dilində yazılır: “Yalnız 1000 bloq ingilis, rus və digər dillərdə yazılır. Əli Novruzov, Arzu Qeybulla, İlqar Məmmədov kimi bloggerlər öz müstəqil fikirlərinə görə tanınırlar. Gənclər Azərbaycanda ən fəal bloggerlərdir və ilk senzorluq səyləri ilə də onlar qarşılaşıblar”. Ol! və AN gənclər hərəkatından olan iki gənc fəal - Emin Milli və Adnan Hacızadə 2009-cu ildə xuliqanlıq ittihamı ilə həbs olunsalar da, onların həbsinin əsas səbəbinin YouTube-da yaydıqları satirik video olduğu güman edilir - hesabatda deyilir. “Ən son halların birində - 2009-cu ilin əvvəlində tələbə Pərviz Əzimov imtahanlar zamanı korrupsiya ilə bağlı bloq yazdığı üçün Lənkəran Dövlət Universitetindən xaric olunmuşdu”.

/musavat.com/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AZƏRBAYCANDA ƏHALİNİN 12 FAİZİ İNTERNETƏ QOŞULA BİLİR

28-04-2011

"Freedom House" təmsilçisi: "Bloggerlər cinayətkar yox, qurbandırlar"

12-11-2010

Azərbaycan hakimiyyəti internetə nəzarət etməyə cəhd edir?

18-11-2010

Azərbaycan interneti qismən-azad ölkələr arasındadı

20-04-2011

Freedom House: Azərbaycanda internet qismən azaddır

25-09-2012

Azərbaycanda dial-up xidmətləri dayandırılacaq

03-09-2010

Nazir Əli Abbasov: «Azərbaycanın istənilən yaşayış məntəqəsinə istənilən keyfiyyətdə və sürətdə internet verilə bilər»

14-12-2010

Freedom House yenə də Azərbaycan internetini qismən azad hesab edib- Ekspert rəyi

04-11-2015

Kəndlərdə internetdən necə istifadə olunur?

05-04-2013

“Freedom House-un Azərbaycan interneti ilə bağlı dedikləri gülüncdür”

20-09-2016

Mac istifadəçilərinin sayı artır

28-10-2009

2010-cu ildə Qlobal şəbəkədə 107 trilyon email göndərilib

19-01-2011

Texnologiyaya ən sürətli uyğunlaşan ölkə...

24-11-2008

Azərbaycan əhalisinin yarısı internetdən istifadə edir

24-12-2010

Azərbaycanda internet qiymətlərindəki dəyişiklik hiss olunmayacaq dərəcədə cüzidir

08-12-2008

“Facebook” istifadəçilərinin sayı 600 milyona çatdı

15-01-2011

Sosial şəbəkələr elektron poçtdan güclü çıxdı

10-03-2009

İnternetə girişin orta sürəti bütün dünyada 14% azalıb

20-05-2012

"Halal internet"lə haram əməllər

28-04-2011

Azərbaycanda internetin əsas problemi nədir?

14-07-2012

Internet istifadəçilərinin sayı milyardı keçdi

26-01-2009

İnternet resursları Misirdə nümayişlərin gedişatına nə dərəcədə təsir edir?

07-02-2011

AZƏRBAYCANDA İNTERNET SƏHİFƏ BİZNESİ YAYILIR

12-01-2009

Ən sürətli Nortonlar!!!

04-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə