Previous Next
Bağla

CATEL İSTEHLAKÇILARIN HÜQUQLARINI POZMAQDA DAVAM EDİR

18-04-2011 18:54
CATEL İSTEHLAKÇILARIN HÜQUQLARINI POZMAQDA DAVAM EDİR

Aprelin 1-dən etibarən CATEL şirkətinin (“Fonex” operatoru) ölkə üzrə şəbəkəsində ciddi problem yaranıb. “Yeni Müsavat”a müraciət edən şirkət abunəçilərinin sözlərinə görə, bir müddətdir ki, öz telefonlarından istifadə edə bilmirlər: “CATEL-in rəsmi satış yerlərinə gedib telefonu geri qaytarmaq istəsək də götürmürlər. Şirkətə də zəng edirik, deyirlər bu gün, ya da sabah işləyəcək. Konkret açıqlama verən yoxdur”. Rəsmi dilerlərlə işləyən satıcılar isə bu telefonların satılmadığından şikayətlənirlər. CATEL abunəçiləri bu xidmət operatorunun bir müddətdir işləməməsini bilavasitə mitinqlərlə əlaqələndirirlər və bunu informasiya azadlığının məhdudlaşdırılması kimi qiymətləndirirlər.

Digər bir məlumata görə, CATEL-in fəaliyyətindəki problem texniki nasazlıqla bağlı deyil. Bu, şirkətə edilən təzyiqlərlə bağlıdır.

Qeyd edək ki, hazırda CATEL-in 140 mindən çox abunəçisi var. Deməli, istənilən halda istehlakçıların hüquqları pozulur. Şirkətlə dəfələrlə əlaqə saxlayıb problemin nə ilə əlaqədar olduğunu soruşduqda isə “bu, sırf texniki problemlə bağlıdır” cavabını alırıq.

“CATEL MMC”-nin operatoru Yunis İmanov musavat.com saytına açıqlamasında bildirib ki, şirkət hələ də texniki problemi aradan qaldırmayıb: “Şirkətin avadanlıqları sıradan çıxıb. Artıq problemin böyük hissəsi aradan qaldırılıb. Şirkətin fəaliyyətində yaranan problem gələn həftə öz həllini tapacaq. Abunəçilər narahat olmasınlar. Problemin başqa bir şeylə əlaqəsi yoxdur. Yenə deyirəm ki, qüsur texniki qəza nəticəsində yaranıb. Bu da həllini tapacaq”.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən də şirkətdən verilən açıqlamanı təsdiqlədilər. Bildirdilər ki, şirkətin fəaliyyətində texniki problem yaranıb.

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, CATEL istehlakçıların hüquqlarını pozur: “İstehsalçı hüquqlarının müdafiəsi haqqında” qanunun müvafiq maddəsinə əsasən istehlakçı onun tələbatını ödəməyən məhsulu geri qaytara bilər. Əgər CATEL istifadəçiləri narazıdırlarsa, aldıqları malı geri qaytarmaqda tam haqlıdırlar".

Şirkətin operatoru isə bildirdi ki, istehlakçılara dəymiş zərər ödəniləcək: “İstehlakçılara dəyən zərərin əvəzində onlara pulsuz günlər veriləcək. Biz mesaj vasitəsilə də abunəçilərə bu barədə məlumat vermişik”.

Məlumat üçün bildirək ki, CATEL şirkəti WLL abunəçilərinə FH-SDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə SDMA standartı ilə rabitə xidmətləri göstərir. CATEL Azərbaycanda müştərilərə telefon, faksimil, İSDN, internet və data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsini qurub. CATEL şirkəti 4 nominalda - 2 AZN, 5 AZN, 10 AZN və 20 AZN qiymətində ödəmə kartlarını təklif edir. //musavat.com

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Catel istehlakçıların hüquqlarını pozur

18-04-2011

CATEL abonentlərini 150 manat ziyana salıb

01-05-2011

Nazir “Catel”dən danışdı

03-05-2011

“CATEL” şirkəti yeni marketinq kampaniyasına başlayıb

10-02-2009

Hakerlər «Catel» şirkətinin veb-saytını dağıdıblar

20-02-2009

Catel şirkəti Azərbaycanda 5G şəbəkəsi quracaq

11-10-2019

«Catel» EV-DO texnologiyasını tətbiq etməyi planlaşdırır

10-03-2009

Catel onlayn-ödəmə sistemini tətbiq edir

21-09-2010

"CATEL" iddialara cavab verdi!

26-04-2011

Catel istifadəçilərinə web SMS xidmətini təqdim edib

09-12-2009

Azərbaycanın aparıcı CDMA operatoru endirim kampaniyasının vaxtını daha bir ay uzadıb

09-01-2009

CATEL ilin sonuna kimi bütün ölkə ərazisini əhatə edəcək

03-03-2009

CATEL Rabitə və İnformasiya nazirliyini məhkəməyə verib?

04-05-2011

“Catel”in taleyi necə olacaq?

07-05-2011

«Catel» və «Azercell» abunəçiləri bir-birinə SMS göndərmək imkanı qazanıb

24-02-2009

Catel yeni baza stansiyası quraşdırıb

13-06-2010

Azərbaycanın rabitə operatoru CATEL xidmətlərin göstərilməsini bərpa edib

12-04-2011

"CATEL" ölkə ərazisində niyə işləmir?

01-04-2011

“Bakcell” kontur “yeyir”?

08-10-2008

“FONEX” güzəşt kampaniyası keçirir

04-12-2008

Bakcell-in şəbəkəsində problemlər yaranıb

01-09-2009

Azeurotel-in özəlləşdirilməsi başa çatır.

12-12-2008

Lənkəranın telefon rabitəsində problem yaranıb

09-02-2018

Gələn ildən mobil telefon nömrələrimizi «daşıya» biləcəyik

25-11-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə