“Twitter”də Azərbaycan Prezident Administrasiyasının səhifəsi açılıb

12-04-2011

Azərbaycan Prezidenti Administrasiyası “Twitter” sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. Səhifə www.twitter.com/AzerbaijanPA ünvanında yerləşir. Səhifədə Azərbaycan Prezidentinin gündəlik iş cədvəli, Prezident Administrasiyasının fəaliyyəti haqqında məlumat öz əksini tapacaq, Administrasiya rəhbərləri və şöbə müdirlərinin bütün bəyanat və şərhləri

Azərbaycanın rabitə operatoru CATEL xidmətlərin göstərilməsini bərpa edib

12-04-2011

CATEL şirkətinin bütün müştəriləri üçün xidmətlərdən istifadə imkanı tam bərpa olunub. Yeni xidmətlərin və texnologiyaların tətbiq edilməsi ilə əlaqədar olaraq, bir neçə gün ərzində davam edən texniki problemlər şirkətin mütəxəssislərinin gərgin işi nəticəsində aradan qaldırılıb. Trend-in məlumatına görə, bu barədə CATEL-in çərşənbə axşamı yaydığı məlumatda deyilir. Aprelin əvvəlində CATEL rabitə operatoru


Facebook reklamdan nə qədər qazanır?

12-04-2011

Facebook sosial şəbəkəsində reklamın qiyməti 40% bahalaşıb. Bunu «Efficient Frontier» təşkilatı açıqlayıb. Qurum ötən rüblə müqayisədə hazırda Facebook-da reklam qiymətlərinin 40% baha olduğunu bildirir. Qurumun proqnozuna görə, bu il Facebook sosial şəbəkəsində reklama xərclənən məbləğ 5 dəfədən artıq çoxalacaq və 4,05 milyard dollar təşkil edəcək. Qeyd edək ki, ötən

“Google” şirkəti öz “TV”sini işə salır

11-04-2011

“YouTube” xidmətinin sahibi olan Amerikanın “Google” şirkəti xidmətin yeni inkişiaf proqramı haqqında məlumat verib. Şirkət öz “TV”sini işə salır.


Brauzer bazarı ilə bağlı yeni məlumatlar təqdim olunub

09-04-2011

Məlumata əsasən, Internet Explorer 9 versiyasının təqdimatı Microsoft şirkətinin brauzer bazarındakı vəziyyətini yaxşılaşdırmayıb. Belə ki, hazırda Internet Explorer bazarın 55,9 %-ə nəzarət edir. 2010-ci ilin statistik məlumatına əsasən, bu brauzer bazarın 60,7 %-i əhatə edib.

Facebook-un mobil auditoriyası 250 milyona çatıb

09-04-2011

Facebook sosial şəbəkəsinin mobil istifadəçilərinin sayı bir ayda 250 milyon nəfərə çatıb. Bu haqda TechCrunch texnobloqunda bildirilib.


YouTube yeni inkişaf fazasına keçir

09-04-2011

Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, İnternet nəhəngi inkişaf strategiyasında yeni fazaya keçməklə Qlobal şəbəkədə son vaxtlar fəaliyyətlərini aktiv genişləndirən dünyanın iri televiziya şirkətləri ilə rəqabətini gücləndirmək fikrindədir.

Messinin “Facebook”səhifəsi rekord qırdı

08-04-2011

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi daha bir rekorda imza atıb. Futbolçu bu dəfə futbol meydanlarında deyil, “Facebook” sosial şəbəkəsində açdığı səhifə ilə virtual aləmdə rekord sahibi olub. Andres İnyesta, Jerar Pike və Kriştiano Ronaldo kimi məşhur futbolçulardan sonra “Facebook”a üzv olan Messi, bir saat ərzində 7 milyona yaxın heyranını bir araya gətirə bilib.


“İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?” mövzusunda treninq keçiriləcəkdir

08-04-2011

“WeBlog-2” layihəsi çərçivəsində növbəti təlim 13 aprel 2011 –ci il tarixində keçiriləcək. Xeberler.az-ın məlumatına görə, Təlimçi, informasiya texnologiyaları üzrə ekspert Əli Hacızadə iştirakçılara “İnformasiya müharibəsi dövründə bloglardan necə istifadə etməli?” mövzusunda treyninq keçəcəkdir.

Netсraft: şəbəkədə 312,7 milyon sayt fəaliyyət göstərir

07-04-2011

Netсraft analitik şirkətinin aprel ayının birinə təqdim etdiyi statistik məlumatlara əsasən Qlobal şəbəkədə təxminən 312,7 milyon sayt fəaliyyət göstərir.


Consumer Reports iPad 2-ni ən yaxşı planşet adlandırıb

07-04-2011

ABŞ-ın Consumer Reports nüfuzlu istehlakçı jurnalı iPad 2-ni bazarın ən yaxşı planşet kompüteri adlandırıb. Ekspertlər Apple, Dell, Motorola, Samsung və ViewSonic istehsallı 10 planşeti 17 kateqoriya üzrə dəyərləndirib.

«Odnoklassniki»də «Video» bölümü açıldı

07-04-2011

Qarşıdakı sutka ərzində bütün istifadəçilərin səhifəsində «Video» düyməsi peyda olacaq. Artıq o, istifadəçilərin təxminən yarısının səhifəsində var.


Dünyanın ən kiçik rəqəmsal foto-kamerası

04-04-2011

Xeberler.az portalı dünyanın ən kiçik rəqəmsal foto-kamerasının fotolarını təqdim edir.

Elektrik enerjisinə qənaət edən brauzer hansıdır?

04-04-2011

“Microsof” şirkəti “Internet Explorer” proqramının sonuncu versiyasını digər veb-brauzerlərə nisbətən elektrik enerjisini daha az sərf etdiyini diqqətə çatdırıb. Aparılan testlər nəticəsində Windows 7 əməliyyat sistemində 56 Vt/s həcmi ilə çalışan noutbuklarda enerji sərfiyyatı müvafiq olaraq: “Internet Explorer 9”da 3 saat 45 dəqiqə, “Mozilla Firefox”da isə 3 saat 35 dəqiqə sonra tükənib.


“Nokia” və “Apple” arasındakı məhkəmə bitmək bilmir

01-04-2011

Xeberler.az portalının verdiyi məlumata görə, “Nokia”nın 2009-cu ildə “Apple” şirkətinə qarşı açdığı patent məhkəməsi “Apple”nin lehinə nəticələnib. Məhkəməyə baxan hakimlər, “Apple”nin Nokianın patent hüququnu pozmadığını təsdiqləyib. “Nokia” şirkəti isə yenidən məhkəməyə müraciət edəcəyini açıqlayıb.

"Mozilla Firefox" brauzeri 50 milyon dəfə yüklənmə həddini keçdi

01-04-2011

İstifadəçilər "Mozilla Firefox-4" brauzerinin yeni versiyasını rəsmi realizə proqramından cəmi 10 gün sonra 50 milyon dəfə yüklədilər. "Firefox-4" 50 milyonluq yüklənmə həddini cümə günü gecə keçib (RİA Novosti).


31 Martla bağlı virtual aksiya keçirildi

31-03-2011

Bu gün - 31 mart 2011-ci il saat 15.00-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında 31 mart soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə tələbələr virtual aksiya həyata keçirildilər. Builki aksiya şərti olaraq, “Gənclər terror əleyhinə” adlandırılmışdı. Təşkilatın mətbuat

Genocide.az saytı yeniləndi

31-03-2011

“İrəli” Gənclik Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 83-cü il dönümünə həsr olunan tədbirlər silsiləsi ilə bağlı toplantı keçirilib. Qurumun baş katibi Rauf Mərdiyev soyqırım haqqında danışaraq, ermənilərin Bakıda və Azərbaycanın digər bölgələrdə törədilən qətliamlara diqqət yönəldib. O deyib ki, bu hadisələr nəticəsində 12 min azərbaycanlı






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə