Previous Next
Bağla

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

08-10-2024 15:14
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyat elan edir.

Xeberler.az məlumat verir ki, təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə ödənişsiz formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olunanlara “Technion” İnstitutunun akademik heyəti və tədris metodologiyasına əsasən dərslər keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər davam edəcək.

Proqram çərçivəsində 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə). Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

Qeydiyyat üçün son tarix noyabrın 8-dir.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən bu günə qədər 180 nəfər məzun olub. Onlar artıq həm dövlət qurumlarında, həm özəl sektorda çalışaraq mərkəzi uğurla təmsil edirlər. Hazırda isə seçilmiş digər 60 nəfərin tədrisi davam edir. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, məlumatlandırma, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı istiqamətində də təlimlər keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

22-04-2025

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

07-04-2025

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

02-05-2023

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

06-05-2026

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

18-08-2022

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

28-03-2023

Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

10-02-2026

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023

Kibertəhlükəsizlik Mərkəzinin dördüncü “Məzun Günü” keçirilib

30-01-2025

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07-10-2025

Kibertəhlükəsizlik mütəxəssisləri üçün “Purple team” təlimlərinə start verilib

01-10-2024

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

31-10-2023

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə