Previous Next
Bağla

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024 15:20
Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 14 avqust tarixdə internet bazarında tariflərin yüksəlməsilə bağlı Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başladığını bildirmişdi.
 
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib.
 
Ekspertin sözlərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  bütün provayderlərin eyni anda 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənməsini vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması və "kartel sövdələşməsi" olaraq dəyərləndirmişdi:
 
"Az qala 2 ay olur ki, Antiinhisar araşdırmalar başladıb. İndiyədək qurumdan bu araşdırmanın yekunu haqqında açıqlama verilməyib. Görünən dağa bələdçi lazım olmaz deyiblər. Sadə bir problem, aşkar bir vəziyyətdir. Təbii inhisarçı olan Aztelekom minimal tarifləri qaldırıb və əhaliyə seçim yeri qoymayıb".
 
Osman Gündüz bildirirb ki, ilin günün bu vaxtında, uyğun tarif seçimi olmadığından minlərlə vətəndaşın internetdən imtina etməsi, "şərikli internet" axtarması utandırıcı bir vəziyyətdir .Yox əgər Antiinhisar inhisarçının öhdəsindən gələ bilmirsə, bunu sadəcə etiraf etmək də cəmiyyətə bir töhfə olardı.
 
Qeyd edək ki, bir müddət öncə Prezidentin fərmanı ilə İqtisadiyyat Nazirliyi tabeliyində olan Antiinhisarın statusu dəyişdirilərək Prezident yanında fəaliyyət göstərəcək quruma çevrilib.
 
Ekspert qeyd edib ki, yuxarılara da məlumdur ki, əvvəlki statusda olan qurum inhisarçılarla vuruşa bilməyəcək:
 
"Prezident tabeliyinə keçən yeni Antiinhisarın yeni rəhbərliyini həm "seçimin məhdudlaşdırılması və kartel sövdələşməsi" ətrafında, həm də Baktelekom və Aztelekom kimi iki inhisarçının birləşərək "vahid bir Aztelekom qurumunun yaradılması" ətrafında Aztelekomla ciddi bir "vuruşma" gözləyir. Hər ay 25 milyon gəlir götürərək getdikcə güclənən bir inhisarçı ilə mübarizə aparmaq da çətin olacaq".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

02-10-2025

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025

Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

14-08-2024

Ekspert: Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcək?

13-02-2025

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025

"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

18-01-2024

Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq

14-08-2024

Ekspert: Pensiyaçı da, 5-10 min maaş alan da internetə eyni qiyməti ödəyir

25-09-2025

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023

İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

08-06-2018

8 provayder müraciət etdi-"Aztelekom" və "BakıTelekom" haqqında iş qaldırıldı

10-02-2023

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

07-12-2022

AzTelekom-da FETÖ əməliyyatı keçirilməsi xəbərinə münasibət

10-08-2023

Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"u cərimələyib

06-07-2023

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edilib

12-02-2025

İstehlakçılar və sahibkarlıq subyektləri sabit telefon xidmətinə qoşulmaq üçün nə etməlidir?

04-10-2023

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024

Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

10-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə