Previous Next
Bağla

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024 17:48
Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti  müsbət cavablandırıb

2024-cü ilin iyun-sentyabr aylarında Radiotezliklər üzrə Dövlət Komissiyasına 17 müraciət daxil olub.

Onlardan 6-sı radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 3-ü simsiz giriş şəbəkələri, 1-i gəmilərdə istifadə edilən radio avadanlıqlar, 4-ü GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi üçün radiotezliklərin ayrılması, 3-ü hüquqi şəxsin adında dəyişikliklə əlaqədar olub.

Xeberler.az bildirir ki, bundan başqa, Dövlət Komissiyasının müvafiq qərarları ilə əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq imtina edən 3 hüquqi şəxs üçün Dövlət Komissiyasının tezlik ayrılması barədə qərarları ləğv edilib. Ümumilikdə 7 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb.

Beləliklə, Dövlət Komissiyasının iclasında 17 müraciət müsbət cavablandırılıb və müvafiq qərarlar verilib.

Həmçinin Dövlət Komissiyasının iclasında Ümumavropa Poçt və Telekommunikasiya Administrasiyalarının Konfransının Elektron Kommunikasiya Komitəsinin (20) 01 nömrəli qərarı (ECC Decision (20) 01) və beynəlxalq təcrübə nəzərə alınaraq “Radio Lokal Şəbəkələr (RLAN) daxil olmaqla, Simsiz Giriş Sistemlərinin (WAS) 5945-6425 MHs radiotezlik zolağından istifadə şərtləri” təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 may tarixli 2622 nömrəli Sərəncamına əsasən yaradılmış Radiotezliklər üzrə Dövlət Komissiyası radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyinin artırılması məqsədilə radiotezlik spektrinin bölünməsi və ayrılması sahəsində vahid siyasəti hazırlayır, həyata keçirir, həmçinin beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası radioxidmət idarələrinin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı işləri təşkil edir.

Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları”na əsasən, respublika ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər yazılı formada Komissiyaya müraciət etməlidirlər.

Əsasnaməyə uyğun olaraq Dövlət Komissiyası nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılıb. Katibliyin funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bilavasitə və tabeli qurumları vasitəsilə həyata keçirir. Katiblik Dövlət Komissiyası iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçün radiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırma aparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin hazırlanması, iclasların təşkili, nəticələrinin protokollaşdırılması və kargüzarlıq işlərini icra edir.

Radiospektr idarəçiliyini həyata keçirən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) İdarə Heyətinin sədri, eyni zamanda Dövlət Komissiyası Katibliyinin rəhbəri funksiyasını yerinə yetirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026

Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025

Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiya veriləcək

28-12-2023

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib

18-01-2022

“Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiqlənib

18-12-2021

Əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirildi

13-07-2022

Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

31-07-2023

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

06-11-2009

Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

18-12-2021

Radiotezliklər üzrə Dövlət Komissiyası 12 müəssisə və təşkilata yeni tezliklər ayırıb

31-08-2009

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023

Ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq

10-02-2023

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb

05-05-2021

Telefonların IMEI nömrəsinin dəyişdirilməsi ilə bağlı qadağalar təsdiqləndi

27-12-2022

Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

19-10-2018

Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

24-11-2023

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024

Radiotezliklərdən istifadə hansı halda məhdudlaşdırılacaq?

10-11-2022

Verilən xüsusi icazələrin sayı açıqlanıb

20-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə