Nazir Əli Abbasov: «Azərbaycan internet-iqtisadiyyat qurmaq niyyətindədir»

25-12-2010

Azərbaycanın İKT sektorunun inkişafı ilə əlaqədar ölkə iqtisadiyyatında bəzi dəyişikliklər baş verəcək. Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasovun fikrincə, əsas istiqamətlərdən biri ölkədə internet iqtisadiyyatın qurulması olacaq. Bu, ölkədəki bütün xidmətlərin, o cümlədən bank xidmətləri və ticarətin internet vasitəsilə həyata keçirilməsini nəzərdə tutur: «Bu çox perspektivli istiqamətdir, Britaniyanın internetdən gəlirləri təkcə ötən il 220 mlrd. dollar təşkil edib».

2011-ci ildə mobil telefon bazarı 8 faizədək artacaq

25-12-2010

Gələn il smartfon bazarında 8 faiz (11.4 milyard ədəd) artım müşahidə olunacaq.“Pyramid Research” analitik şirkəti belə bir proqnozla çıxış edib.


“Microsoft” Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib

25-12-2010

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Microsoft” cari ildə Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib.

Azərbaycanlı hakerlər erməni saytını dağıtdılar

25-12-2010

Xeberler.az portalının məlumatına görə, Ermənistanın twitter.am saytı azərbaycanlı hakerlər tərəfindən ələ keçirilib. Hakerlərimiz sayta “Azerbaijan Defacers” (Azərbaycan dağıdıcıları), Three Azeris against Armenia! (3 Azərbaycanlı Ermənistana qarşı) sözlərini yazıblar. Həmçinin milli qəhrəman Mübariz İbrahimov, qəhrəman şəhid Fərid Əhmədov və Macarıstanda dustaq həyatı yaşayan Ramil Səfərov


Azərbaycan əhalisinin yarısı internetdən istifadə edir

24-12-2010

Bu ilin sonunadək Azərbaycanda internet istifadəçilərinin sayı ölkə əhalisinin 50%-nə çatacaq. Bunların 12%-i (hər 100 istifadəçidən 12-si) genişzolaqlı (ADSL) internet istifadəçisidir. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Ə.Abbasovun sözlərinə görə, bu göstəricilərin hər ikisinə görə Azərbaycan dünya üzrə orta göstəricini iki dəfə qabaqlayır.

“Google” 1,8 mlrd. dollarlıq yeni ofisi

24-12-2010

“Google” korporasiyası Manhettendəki (ABŞ) nəhəng ofis binalarından birinə sahib olub. Bu barədə obyektin satıcılarından biri olan “Taconic Investment Partners” şirkəti açıqlama yayıb. Binanın digər satıcıları isə “Jamestown Properties” və “New York State Common Retirement Fund” şirkətləridir.


“Google”ni məhkəməyə verdilər

23-12-2010

Yaponiya vətəndaşı olan bir xanım “Google” şirkətini məhkəməyə verib. Xeberler.az portalının Lent.az-a istinadən verdiyi xəbərə görə,buna səbəb “Google”nin “Street View” şəbəkəsi vasitəsi ilə onu ağ paltarda küçə ilə gedərkən göstərməsidir.

Lent.az mükafat aldı

22-12-2010

Dekabrın 21-də “Land Mark” Biznes Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin 2010-cu ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.


On-line səsvermə sabah dayandırılacaq

21-12-2010

Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirmək məqsədilə üçüncü ildir keçirilən “Bakı gecələri-2010” Estrada Mahnı Festivalının on-line səsverməsi dekabrın 21-də başa çatacaq.

Erməni porno-ulduzu Twitter-də təbliğata davam edir

21-12-2010

Erməni Diasporu qondarma soyqırım qanununun Amerika Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsinin gündəminə gətirmək üçün kampaniya başladıb. Kampaniyaya "ən çılpaq dəstək" isə ABŞ-da yaşayan erməni şou ulduzu Kim Kardashiandan gəlib. Soyqırım iddialarına dəstək olan erməni porno ulduz Kim Kardashian, bu dəfə Amerikan Professional Basketbol Liqasının əfsanəvi oyunçularından Kobe Bryantı Kobeyə qarşı Twitterdə kampaniyaya başlayıb.


Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradıldı

21-12-2010

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradılmışdı. Qrupun yaradılmasında məqsəd virtual məkanda aktiv olan insanları bir araya gətirmək, onların virtual həyatdan çıxıb real həyatda müzakirələr aparmasına nail olmaqdır. Dünən Azərbaycan İnsan Hüquqları Evində Demokratiya Hərəkatının ilk görüşü baş tutub.

Azadlığa çıxan bloqçular nə işlə məşğuldular?

21-12-2010

Bir müddət əvvəl şərti azadlığa buraxılan gənc bloqçular Adnan Hacızadə və Emin Milli necə reabilitasiya keçirlər? Hazırda nə işlə məşğuldurlar? 17 aylıq qapalı rejimdə yaşamaqdan sonrakı həyat onlara necə təsir edir? “Media forum” saytına danışan Adnan Hacızadə hazırda müalicə kursu keçdiyini və hələlik heç bir işlə məşğul olmadığını bildirib. O, əsəb sisteminin pozulmasından əziyyət çəkdiyini deyib: “Hazırda müalicəm davam edir, xeyli irəliləyiş var və özümü daha yaxşı hiss etməyə başlayıram”.


“Microsoft” interaktiv elektron məktublar hazırlayıb

21-12-2010

“Microsoft” korporasiyası “Windows Live Hotmail” poçt servisi üçün “Active View” adlı yeni elektron məktub platformasını istifadəyə verib.

Belarusda Facebook, Twitter və Gmailə giriş bağlanıb

20-12-2010

“Gmail”, “Yahoo!Mail” və s. poçt xidmətlərinə də giriş məhdudlaşdırılıb Belarusda vəziyyət olduqca gərginləşib. Hətta ölkənin heç bir yerindən “Facebook”, “Twitter”, “VKontakte”, “Odnoklassniki.ru” kimi sosial şəbəkələr, eləcə də “Gmail”, “Yahoo!Mail” və s. poçt xidmətlərinə giriş bağlanıb.


Google BMT-yə qarşı çıxdı

20-12-2010

Google korporasiyası BMT-nin interneti tənzimləyəcək fövqəlmilli orqanın yaradılmasına dair təşəbbüsünü tənqid edib. Müvafiq təklif BMT-də Braziliya nümayəndələri tərəfindən irəli sürülüb. Belə ki, braziliyalılar internetin tənzimlənməsi üzrə müvafiq kriterilərin işlənib hazırlanmasını həyata keçirəcək komissiyanın yaradılması təklifi ilə çıxış ediblər. Təklifdə əsasən ekstremal hallarda Qlobal Şəbəkənin nəzarət olunması nəzərdə tutulur,

Milli.Az xəbər portalı “İlin şirkəti” Milli Mükafatına layiq görülüb

20-12-2010

18 dekabrda "Gülüstan" sarayında nüfuzlu "İlin şirkəti" («Company of the Year») Milli Mükafatının 5-ci yubiley təqdimetmə mərasimi keçirilib. Mükafatın təqdim edilməsində məqsəd, iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələrə nail olmuş, Azərbaycan biznesinin müsbət imicinin formalaşmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasına və ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına kömək etmiş şirkətləri mükafatlandırmaqdan ibarətdir.


Google damardan bədəni gəzəcək

20-12-2010

Google, Body Browser xidməti ilə insanı, bədənində dolaşacaq.Yeni kəşf Google Earthın insan bədəninə uyğunlaşdırılmış versiyası olaraq hazırlanıb. Bu proqramda hansı bədən üzvü yazılarsa bədənin o nöqtəsi tapılır.

iPhone4 üçün yeni klaviatura

20-12-2010

“iPhone 4” istifadəçiləri artıq sensorlu ekranla yanaşı əlavə klaviatura ilə öz işlərini daha rahat həyata keçirə biləcək. “BoxWave Keyboard Buddy Case” klavyaturasını telefonun arxasına qoşaraq bluetooth vasitəsi ilə daha rahat telefondan istifadə etmək olar.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə