AZƏRBAYCANDA BLOQÇULUQ

02-09-2010

"Şəxsən mənim özümdə bu dəqiqə tutub həbsə atacaqlar təşvişi yaradır. Məsələn, hər dəfə sərhədi keçəndə düşünürəm ki, tənqidlərə görə məni burda həbs edəcəklər. Çünki mənə xeyli zəng gəlir ki, tənqidi yazılarını yığışdır. Axı bloqçu siyasətşi deyil, sadəcə, öz fikirlərini, düşüncələrini ictimaiyyətlə bölüşən insandır".

Məktəbilər internetdən nə məqsədlə istifadə edir?

02-09-2010

Ölkəmizdə internet istifadəçilərinin sayı durmadan artır. İnternetə hər təbəqədən, hər nəsildən olan insanlar daxil olur. Bəziləri internetdən dost tapmaq üçün, bəziləri sevgili axtarmaq üçün, bəziləri özünü reklam etmək üçün istifadə edirlər. Bəs görəsən orta məktəb şagirdləri internetdən nə məqsədlə istifadə edirlər? Biz də bu suala cavab tapmaq məqsədilə üz tutduq paytaxtın bir neçə internet klubuna.


Bakıda yeni «Azercell Express»

02-09-2010

Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan «Azercell Telecom» şirkəti Bakıda yeni «Azercell Express» ofisini istifadəyə verib. Yeni ofis Yusif Səfərov küç. 9/16 ünvanında (yeni inşa edilmiş Ali Məhkəmənin yaxınlığında) yerləşir. «Azercell Express» ofislərində abonentlər telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə ala bilər.

'Facebook'dan ən çox istifadə edən ölkə hansıdır?

02-09-2010

Hazırda dünya miqyasında istifadəçilərin sayına görə digər saytları və sosial şəbəkələri geridə qoyan \"Facebook\" şəbəkənin rəsmi statistik hesabatını açıqlayıb. Qaynar.info xəbər verir ki, hesabatda 2010-cu ilin fevral ayından avqustun ayınadək olan nəticələr göstərilib. Beləliklə Facebook-dan ən çox istifadə edilən ölkələrin beşliyi belədir:


Çat həvəskarlarına bəd xəbər

02-09-2010

Çat həvəskarları hər an virus hücumuna məruz qala bilər İnternetdə müxtəlif çat (IM) proqramları vasitəsi ilə yayıla bilən yeni virus aşkarılanıb. “Kaspersky Lab” anti-virusunun aşkar etdiyi yeni virius ailəsi “Yahoo!Messenger”, “Skype”, “Paltalk Messenger”, “ICQ”, “Windows Live Messenger”, “Google Talk” və “XFire” istifadəçiləri üçün əsl təhlükə mənbəyinə çevirilib.

“Odnoklassiki” geri addım atdı

01-09-2010

“Odnoklassiki” sosial şəbəkəsinə qeydiyyat pulsuz olub. Şəbəkənin yaydığı press-relizdə qeyd olunub ki, bu addım rəqiblərlə daha səmərəli mübarizə aparmaq məqsədi ilə atılıb. Bundan sonra şəbəkədə yeni qeydiyyatdan keçənlər yenə öz mobil nömrələrini daxil edəcəklər. Amma qeydiyyat haqqında göndərilən SMS pulsuz olacaq.


Virtual dünyanın optimist və pessimist inkişaf yolları araşdırılıb

01-09-2010

“The Evolving Internet” (“İnkişaf edən internet”) hesabatı çərçivəsində “Cisco” şirkəti və “Monitor Group” təşkilatının mütəxəssisləri internetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırıblar. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ehtimal edilən tendensiyaların birinə əsasən Qlobal Şəbəkə sürətli ekspansiya xətti üzrə inkişaf etməkdə davam edəcək.

Qubadlı haqda sayt/blog istifadəyə verildi

01-09-2010

“İrəli” İctimai Birliyi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonu haqqında bloqu istifadəyə verib. Qeyd edək ki, bu günə qədər artıq Şuşa, Laçın, Ağdərə, Ağdam Füzuli və Cəbrayıl haqqında bloqlar istifadəyə verilib. İlin sonuna isə Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə veriləcək.


«Bloqçu jurnalist deyil?»

31-08-2010

Belə çıxır ki, jurnalistikanı başa vuran birisi və ya bir iqtisadçı özünə bloq yaradaraq, yaxud hansısa onlayn resursda müntəzəm olaraq informasiya-xəbər yayımına başlayır, bu, jurnalist hesab olunmur. Təsadüfi bir şəxs, yoldan ötən birisi hansısa qəzet redaksiyasına gəlir və redaktorla müqavilə bağlayaraq, işə başlayır, bu adam isə jurnalist hesab olunur. Belə yanaşma doğru deyil

31 avqust Bloq Günüdür

31-08-2010

Bu günü Dünya Bloqosferi Beynəlxalq Bloq Günü kimi qeyd edir. Hər bir bloqçu 31 avqustu öz peşə (maraq) günü hesab edə bilər. Bütün bayramlar kimi bu günün dən öz adət ənənələri var: bloqçu bu gündə aşağıdakıları etməlidir - 1. 5 yeni və maraqlı gələn bloq tapmalıyıq; 2. Həmin bloqlar haqqında kiçik bir yazı yazıb onlara keçid verməliyik; 3. Yazını mütləq elə məhz 31 avqustda post etməliyik;


Azərbaycanda Sosial internet ideyaları müsabiqəsi keçiriləcək

31-08-2010

Azərbaycanda cari ilin sentyabr ayının 18-19-unda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçiriləcək. Düşərgə Mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı tərəfindən təşkil olunacaq. Sosial Yeniliklər Düşərgəsi yeni ideyalar və rəqəmsal alətləri 48 saat ərzində bir araya gətirməklə sosial problemlərin həllinə yönəlmiş internet əsaslı yeniliklərin yaradılması məqsədilə təşkil edilir.

Milyon dollarlıq telefon

31-08-2010

Bundan əvvəl bir çox bahalı telefonlar satışa çıxarılıb. Amma maraqlısı odur ki, heç bir telefon bu qədər bahalı olmayıb. Bu sahədə olduqca yüksək təbəqəni hədəf seçən telefon istehsalçıları telefonların baha qiymətinə görə bir-birləri ilə qızğın yarışa giriblər. Ancaq "Gresso" adlı istehsalçı bu yarışa tamam başqa istiqamət verib. Belə ki, şirkət 1 milyon dollarlıq telefon hazırlayaraq hamının diqqət mərkəzinə düşüb.


Rəsmi İrəvan Azərbayсanın ərazi bütövlüyünü tanıyır

31-08-2010

Xarici İşlər Nazirliyinin rəsmi saytında Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın tərkibində göstərilib Xarici İşlər Nazirliyinin rəsmi saytında Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın tərkibində göstərilib Ermənistan Xarici İşlər Nazirliyi (XİN) işğal altında olan Dağlıq Qarabağın Azərbaycan ərazisi oluğunu təsdiq edib.

İnternetdə ən çox axtarılan söz hansıdır ?

30-08-2010

Bu həftə internetdə ən çox axtarılanlar siyahısında Hitler DNT ifadəsi yer alır. Belçikalı jurnalist Jan-Pol Mudresin tarixçi Mark Vermeerlə bərabər keçirdiyi təcrübənin nəticələri avropalıları çox maraqlandırıb. Onlar Hitlerin 39 qohumundan götürülmüş nümunələrin analizi nəticəsində qərara gəliblər ki, fürer özü soyqırımı törətdiyi millətin – yəhudilərin genlərini daşıyır.


‘Microsoft”un qurucusu internet nəhənglərini məhkəməyə verdi

30-08-2010

Pol Allen “Apple”, “Google”, “Facebook” və digər nəhəng internet-şirkətləri patent hüquqlarını pozmaqda ittiham edir “Microsoft” şirkətinin qurucusu, milyarder Pol Allen “Apple”, “Google”, “Facebook” və ABŞ-ın digər nəhəng internet-şirkətlərini məhkəməyə verib. Pol Allen internet-şirkətləri özünə məxsus “İnterval Research” firmasının patent hüquqlarını pozmaqda ittiham edir.

Bloqçulıarın və yeni media mütəxəssislərinin I forumu

29-08-2010

10-12 Sentyabr tarixində Xudat şəhəri Nabran qəsəbəsinda bloqçularin və yeni media mütəxəssislərinin I forumu – Bloqosfer 2010 təşkil olunacaq. Forumda yeni media nümayəndələri ilə yanaşı bu sahəyə marağı olan hərkəs (Dövlət, QHT, biznes nümayəndələri və s.) iştirak üçün müraciət edə bilər.


Google planşeti noyabrın 26-da satışa buraxılacaq

29-08-2010

Bu qurğu Chrome OS əməliyyat sistemi altında işləyəcək. “DownloadSquad” xəbər verir ki, 2010-cu ilin noyabr ayının 26-da Google özünün ilk planşetini buraxacaq. Bu qurğu Chrome OS əməliyyat sistemi altında işləyəcək və Amerika Verizon əlaqə rabitəsinin salonlarında satılacaq. Planşetin quraşdırması ilə əvvəllər Google Nexus One smartfonunu quraşdıran NTS korporasiyası məşğul olacaq.

Gözlər üçün ən təhlükəsiz kompüter şrifti hansıdır?

29-08-2010

ABŞ-ın Göz Erqonomikası Laboratoriyası mütəxəssisləri maraqlı nəticəyə gəliblər. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc-a bildiriblər ki, ABŞ-ın Göz Erqonomikası Laboratoriyası mütəxəssislərinin qənaətinə görə, gözlər üçün ən təhlükəsiz kompüter şrifti Verdanadır.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə