Previous Next
Bağla

Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

14-08-2024 18:43
Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

Son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur.

Belə ki, internet provayderləri tərəfindən nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənəcəyi məlum olub. Nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur.

Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur.

Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqabət Məcəlləsinin layihəsi təqdim edilib

24-05-2022

Ekspert: Təbii inhisarçı "Aztelekom" internetin minimal tariflərini qaldırıb əhaliyə isə seçim yeri qoymayıb

08-10-2024

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024

Elektron Rəqabət İnformasiya Sisteminin üstünlükləri nələrdir?

14-11-2024

Dövlət Xidməti: “İnternetin keyfiyyətinə biz nəzarət etmirik”

29-07-2022

8 provayder müraciət etdi-"Aztelekom" və "BakıTelekom" haqqında iş qaldırıldı

10-02-2023

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

“Aztelekom” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Özəl internet xidmətləri təminatçıları ilə müzakirələr aparılıb

07-10-2022

Mobil telefon cihazları bazarında fəaliyyət göstərən şirkətlərlə əlaqədar qərar qəbul olunub

07-07-2022

Dövlət Xidməti "Aztelekom"un üzərinə öhdəliklər qoyub

22-02-2022

Dövlət Xidmətinin internet saytında baxılacaq işlərə dair məlumatlar yerləşdirilib

22-02-2022

Mobil telefon cihazları bazarında araşdırmalar davam etdirilir

21-06-2022

Bu şirkətlər SMS-in qiymətində güzəştlə bağlı ayrı-seçkiliyə yol verib

09-12-2022

GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır

06-07-2022

"İnternet portallarında qanunsuz idman mərc oyunları reklam edilir"

16-02-2023

Mobil telefon bazarında fəaliyyətdə olan bir neçə təsərrüfat subyekti barəsində qərarlar qəbul edilib

08-04-2022

"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

07-12-2022

“15 Avqust Tarif Şoku” qanunvericiliyin hansı tələblərini pozub? - Ekspert

02-10-2025

Dövlət Xidməti “haqsız rəqabətə” görə iş qaldırdı

14-05-2022

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

Dövlət Xidməti mobil telefon cihazları bazarında araşdırmalar aparır

07-04-2022

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə