Yəqin ki özünüzü kompütersiz təsəvvür etmirsiniz. Amma bu təsəvvür insan fiziki cəhətdən özünü sağlam hiss edəndə hökm sürür. Bəs canımız zərər görəndə, səhhətimizdə problemlər yarananda necə? Sağlamlığın hər şeydən dəyərli olduğunu dərk edəndə necə, o zaman kompütersiz yaşaya bilməyəcəyimiz bizi çoxmu düşündürür?
\\\'Bloqosfer ölkə miqyasında keçirilən ilk ölkə miqyaslı tədbirdir. Burada bloqçular və yeni media nümayəndələrinin müxtəlif tərəflərini əks etdirən insanlar müxtəlif məsələləri müzakirə etdilər. Xeyli səmərəli müzakirələr oldu. Mənim ümumi qənaətim budur ki, bu tipli tədbirlər Azərbaycan internetinin inkişafına kömək edəcək\\\'.
"Əgər Azərbaycanın bloggerləri belə bir Forumda iştirak edirdisə, mütləq və mütləq Eminlə Adnanın məsələsi müzakirə edilməliydi. Hamı bilir ki, Eminlə Adnan öz bloqlarında tənqidi mövqedən çıxış etdiklərinə görə həbs olunublar. Mən orda olduğum müddətdə bu məsələnin müzakirə olunduğunu görmədim".
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev internetin dövlət tərəfindən idarə olunması ideyasından imtina edib. Bu cür bəyanatla RF Prezidenti Yaroslavlda keçirilən Dünya Siyasi Forumunda çıxış edib.
ünyanın ən böyük video paylaşım saytı olan YouTube-dən daha bir yenilik. 13 sentyabr tarixində YouTube-də canlı verilişin test yayımı olacaq. Test yayımın 4 partnyoru olacaq YouTube - Howcast, Next New Networks, Rocketboom və Young Hollywood. Yayımı izləmək üçün 4 partnyordan birinin səhifəsinə girmək kifayətdir.
12 sentyabr, Bloqosfer forumunun son günü idi və forum başa çatdı. Mövzu barədə sosial mediada kifayət qədər çox məlumat verməyə çalışdıq. Bloqosferin twitter-də rəsmi hashtag-ı #bloqosfer10 idi. Bu tag altında müzakirələrdən bəzi sitatlar və gedişat haqqında xronoloji ardıcıllıq barədə yazırdıq.
Ermənistan Gürcüstanı onu normal internetdən məhrum etməkdə suçlayır. Belə ki, sentyabrın 11-dən Ermənistandakı intğernet istifadəçilərinin bir hissəsi şəbəkəyə çıxış imkanından məhrum olub, qalan hissəsində isə məlumatların ötürülməsi sürəti əhəmiyyətli dərəcədə azalıb.
Mark Herdin atdığı addım aləmi qarışdırıb “Hewlett-Packard” (HP) korporasiyasının keçmiş rəhbəri Mark Herd “Oracle”ın Direktorlar Şurasına qəbul edilib və şirkətin prezidenti vəzifəsinə təyin edilib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, o, öz fəaliyyətinə dair “Oracle”ın baş icraçı direktoru Larri Ellisona hesabat verəcək.
ABŞ-ın Merilend ştatının sakini Karen Bet Yanq “Facebook” sosial şəbəkəsində səhifəsi bağlandığı üçün məhkəməyə üz tutub. Amerikalı xanım “Facebook”da 2010-cu ilin fevralında səhifə açıb və qısa müddətdə bu sosial şəbəkədə dost olub. Karen Bet Yanq burada onkoloji xəstəliklərlə mübarizə aparan qrup da yaradıb və sosial şəbəkənin digər istifadəçilərinin də bura qoşulmasına səy göstərib.
İstifadəçilər üçün pulsuz olacaq “Google TV” televiziya servisi ilin sonuna kimi ABŞ-da istifadəyə veriləcək. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu “Google” korporasiyasının rəhbəri Erik Şmidt bəyan edib.
"Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır. Hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir". Bu sözləri Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil rabitə nömrələrinin bir operatordan digərinə daşınması qaydalarının layihəsini gələn həftə təsdiq olunmaq üçün aidiyyatı qurumlara təqdim edəcək. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Azərbaycanlı istifadəçilər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir İnternet aləminin ən məşhur sosial şəbəkələrindən olan "Facebook" ölkələr üzrə rəsmi statistika hazırlayıb. Qaynar.info xəbər verir ki, hesabatda Azərbaycan 203720 istifadəçisi ilə 212 ölkə arasında 97-ci yerdə qərarlaşıb. Bunların 125 min 320 nəfəri kişi (62%), digər 75 min 400 şəxsi isə (32%) qadınlardır.
Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir:
Məlum olduğu kimi ölkə prezidenti İlham Əliyevin 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə Elektron Azərbaycan Dövlət Proqramı təsdiq edilib. Bununla bağlı və ölkədə İKT sektorunda mövcud vəziyyətlə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzün fikirlərini öyrəndik.
“bp” neft şirkəti iyun ayında “Google” internet-axtarış sistemində reklamını yerləşdirmək üçün 3,6 milyon dollar xərc çəkməli olub. Bir qədər öncə isə şirkətin xərcləri bir ay ərzində 57 min dollar təşkil etmişdi. “bp”nin reklamlara bu qədər xərc çəkməsinin səbəbi Meksika körfəzində baş verən hadisədən sonra öz imicini bərpa etmək istəyidir.
Azərbaycanın orbitə buraxılacaq ilk süni peykinin istehsalına başlanılıb. Bu barədə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, peykin hazırlanması üzrə işlər plana uyğun gedir. Nazir qeyd edib ki, artıq peykin buraxılması ilə bağlı bütün müqavilələr imzalanıb və kadr hazırlıqlarına başlanılıb: “İndi əsas məqsəd kadr hazırlığıdır, bazarların öyrənilməsi və rəqabət qabillyyətli olmasıdır”
Ölkəmizdə türk dilində yayımlanan heç bir KİV boşluğunu \\\"1news\\\" İnformasiya agentliyi doldurdu. Agentliyin yeni layihəsi olan www.1news.com.tr. oxucuları hər an operativ şəkildə Azərbaycanda və xaricdə baş verən ən son yeniliklərlə tanış edəcək, analitik müsahibələri, rəsmi xronikanı, mədəniyyət aləmindən məlumatları, siyasi informasiyaları və idman xəbərlərini türk dilində izləmək fürsəti verəcəkdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları