Previous Next
Bağla

Yenə də paralel qeydiyyat və kağız sənədlər tələb olunacaqmı ?

20-07-2024 12:56
Yenə də paralel qeydiyyat və kağız sənədlər tələb olunacaqmı ?
Bu gün keçirilən birifnqdə bir daha vurğulandı ki, ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız rəqəmsal formada, ETN-nin portal.edu az platforması üzərindən olacaq.

Xatırladıram ki, indiyədək bu qeydiyyat prosesi 3 mərhələdə davam edirdi:

1. Mərkəzləşdirilmiş qaydada, ETN-nin Portal.edu.az platformasında qeydiyyat aparılırdı
2. Əksər universitetlər qeydiyyat üçün paralel olaraq özləri üçün kağız sənədlər tələb edirdilər
3. Bəzi universitetlər paralel olaraq özlərinin elektron resurslarında qeydiyyat tələb edirdilər

Bu proses 3 il olardı ki, bu formada davam edirdi.

Lakin bir neçə ay öncə Azərbaycan Texniki Universiteti paralelçilikdən və kağızdan imtina ilə bağlı təşəbbüslə çıxış edib.
AzTU İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsilə birgə bir neçə dəfə müzakirələr apararaq universitetə qeydiyyat məsələsində paralel qeydiyyatdan və kağız formada sənənd qəbulundan tam imtina edib.
Bununla bağlı rektorun müvafiq Əmri imzalanıb.

Bu gün İRİA və ETN rəsmiləri bütün digər universitetlərdən də belə adımların atılacağını gözlədiklərini bildirdilər. Hər iki qurumun bu istiqamətdəki səyləri təqdirəlayiqdir.
Xatırladıram ki, Portal.edu.az tam olaraq digər dövlət qurumlarına inteqrasiya olunub.
Qeydiyyat prosesi yetərincə sadələşdirilib. Sadəcə bir Fin kod daxil etməklə əksəriyyət məlumatlar avtomatik olaraq qeydə alınır.
Portal.edu.az  platformasının operatoru funksiyasını icra edən TSİİ universitetlərə APİ servisləri təqdim edir və bütün universitetlər qəbul olunanların bütün sənədlərini bu servislər üzərindən elektron formada əldə edə bilirlər.
TSİİ hətta universitetlərin öz daxillərində olan ayrı-ayrı şöbə və depatamntlərə də bu servislərdən istifadə inmakanları yaradır.

Qeydiyyat prosesinin tam rəqəmsallaşması və paralelçiliyin aradan qaldırılması rəqəmsal transformasiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Bununla da on minləlrlə vərtəndaşlar üçün daha rahat və asan imkanlar yaradılır, zaman itkisinə yol verilmir, şəffaflıq təmin olunur, həmçinin vətəndaşlar əlavə xərclərdən və əziyyətlərdən xilas olurlar.
Universitetlərin rəqəmsal transfromasiyası sürətlənir, universitet daxili proseslər tam rəqəmsallaşmaya keçir və s.

İndi necə olacaq?
Digər universitetlər paralel qeydiyyatdan, kağız daşıyıcılarda sənəd qəbulundan imtina edəcəklərmi?
Yenə də attestatlar, şəxsiyyət vəsiqə surətləri, diplomlar və s. kağız formada tələb olunacaqmı?

Hazırda magistrların qeydiyyat prosesi gedir. Bir azdan bakalavrlarrın da qeydiyyatı başlayacaq. Biz prosesi izləyirik.
Düşünürəm ki, İRİA və TSİİ -nin qeydiyyat prosesinin monitorinqini aparması da faydalı olardı.

Bu gün keçirilən brifinqdən sonra ümid edirəm k, heç bir universitet paralel qeydiyyat aparmayacaq və kağız sənədlər topalamayacaq.

Osman Gündüz
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

28-08-2025

Ekspert: Elektron sistem yaradılsa da, bəzi universitetlər tələbələrdən kağız formada sənədlər tələb edir

28-08-2024

Ekspert: Əksər Universitetlər kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər

10-09-2024

AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

05-07-2024

Tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

02-09-2024

Ekspert: Bəzi universitetlər qeydiyyat üçün Kəndirli qovluq, Yaşayış yerindən arayış tələb edir

29-08-2024

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına tam olaraq inteqrasiya olunmayıb

06-09-2021

Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb

23-08-2024

Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

23-07-2025

Magistraturaya elektron sənəd qəbulu başlayır

20-07-2023

Respublika fənn olimpiadalarına qeydiyyat başlanır

26-11-2024

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

17-09-2022

I sinfə qəbulla bağlı 43 931 elektron müraciət daxil olub

22-07-2022

Hansı universitet məzun günündə diplom verə bilir ?

20-06-2024

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19-07-2024

Müraciətlər operativ cavablandırılır

10-09-2018

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022

Magistratura səviyyəsinə elektron sənəd qəbuluna start verilir

14-07-2022

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017

BŞTİ I sinifə elektron qeydiyyatdan keçə bilməyənlərə müraciət edib

01-05-2025

Məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada aparılacaq

06-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə