Previous Next
Bağla

Azərbaycanda uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatdırılıb

24-07-2024 12:25
Azərbaycanda uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatdırılıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən ümumilikdə 6 yeni telekommunikasiya operator və provayderi uçota alınıb.

Belə ki, “Aznet technologies” QSC, “Alnet”, “Profib”, “Volt internet”, “Sfera net” və “Caspian İT services” MMC-lərin müraciəti əsasında onların uçota alınması həyata keçirilib.

Həmçinin “Proksi fiber” və “Avirtel” MMC-lərin müraciətləri əsasında operator və internet provayder kimi fəaliyyətlərini dayandırmaları səbəbindən uçotları ləğv edilib. Bununla da uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatıb.

İKTA bir daha bəyan edir ki, uçota durmayan operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında bu link vasitəsilə autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durma qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.

Uçota alınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirir. Eləcə də genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunur. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayır.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024

Azərbaycanda üç provayderin uçotu ləğv olundu

25-01-2024

Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

02-06-2023

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

Azərbaycanda uçota alınan internet operator və provayderlərinin sayı açıqlanıb

03-06-2025

İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

16-02-2024

Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

10-08-2023

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

Azərbaycanda internet provayderi cərimələnib

23-01-2026

Azərbaycanda 129 operator və internet provayderin uçota alınması təmin edilib

21-07-2023

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

Azərbaycanda iki internet provayderi cərimələnib

15-03-2024

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA-da “Nokia” və “Huawei” nümayəndələri ilə görüş keçirilib

14-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə