Facebook, artıq İnternet Explorer 6 dəstəkləməyəcək

28-08-2010

Gözləniləndən çox maraq görən chat xidməti ilə əlaqədar gələn şikayətlər Facebooku bezdirənə oxşayır. Facebook-un daimi istifadəçiləri onun chat sistemindən də aradabir yararlanıblar. Siz də Facebook istifadə edirsinizsə, yəqinki siz də rastlaşmısınız. Facebook chatı stabil deyil və ara-sıra istifadəçi sistemdən kənarlaşır.

AZƏRBAYCANDA İNTERNET BAHA VƏ KEYFİYYƏTSİZDİR

27-08-2010

İnternet istifadəçiləri artır, qiymət və keyfiyyət isə istifadəçiləri qane etmir. Son iki ildə ölkədə internetin qiməyi 7-8 dəfə ucuzlaşıb. Ancaq hələ də qonşulardakı səviyyəyə çatmayıb.


Diqqət! Parolunuz etibarsızdır

27-08-2010

Veb-saytlarda avtorizə üçün istifadə edilmiş uzunluğu 7 simvoldan az olan parollar yaxın gələcəkdə tamamilə etibarsız hesab ediləcəkdir. Bu zaman hətta rəqəmlərin, hərf və xüsusi işarələrin mürəkkəb kombinasiyası belə istisna olmayacaqdır.

Facebook demokratiyası

27-08-2010

Sosial şəbəkədə istəmədiyiniz hər kəsi şikayət etmək imkanına sahibsiniz, amma bir nəfər istisnadır Təhlükəsizlik problemləriylə tez-tez gündəmə gələn dünyanın ən böyük sosial şəbəkəsi facebook-da çox maraqlı bir kəşf olub. Normalda Facebookda hər hansısa istəmədiyin insanı şikayət edə və ya onu əngəlləyə bilərsən.


“Gmail” servisində elektron poçtu olanlara xoş xəbər

27-08-2010

“Google” şirkəti “Gmail” poçt servisində yeni funksiya təqdim edib. Xeberler.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, artıq “Gmail” servisində elektron poçtu olanlar kompüterin qarşısından durmadan stasionar və mobil telefon nömrələrinə zəng etmək mümkün olacaq.

“Facebook”da “ölüm qrupu” qurulub

27-08-2010

İnternetdəki “facebook” sosial şəbəkəsində qurulmuş bir qrupun üzvləri bir-bir öldürülür. 83 nəfərin adının yazıldığı “qara siyahı” Kolumbiyanın bir şəhərində insanları və polisi təşvişə salıb. Puerto Asis şəhərində yaşayan 83 nəfərin adı bir qrupda birləşdirilib və hər birinə “Ya bu şəhəri tərk edin, ya da öləcəksiniz” deyə məktublar göndərilib. Bu məktublar əvvəlcə xoş olmayan zarafat kimi başa düşülmüşdü.


Informasiya Texnologiyaları üzrə Federal Agentlik ləğv edilDI

27-08-2010

Rusiya prezidenti Dmitri Medvedev “İT sahəsində dövlət idarəçiliyin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda əsasən ölkədə İnformasiya Texnologiyaları üzrə Federal Agentlik ləğv edilib.

Facebookdan nə məqsədlə istifadə edirsiz?

25-08-2010

Azərbaycanın ən müstəqil İKT portalı olan XEBERLER.AZ bugündən yeni sorğuya start verir. Sorğunun sualı isə belədir: \"Facebookdan nə məqsədlə istifadə edirsiz?\" Əziz ziyarətçilər buyurun səs verin və şərhlərinizi yazın. Variantlar isə belədir:


GOOGLE-DAN YENİLİK

25-08-2010

Google axtarış sözü yazılan anda nəticələri göstərən yeni və sürətli bir texnologiyanı sınaqdan keçirir. Google-dan axtarışı sürətləndirəcək yeni addım… Dünyanın ən çox istifadə olunan axtarış sistemi Google, axtarılan söz yazılan kimi nəticələri göstərən yeni və sürətli bir sistemi sınaqdan keçirir. İstifadəçilər bu sistem sayəsində \\\"axtar\\\" düyməsinə basmadan, axtaracağı sözlə bağlı alternativləri həmin an görə bilir. Google axtarılan söz hələ yazılarkən alternativ nəticələri göstərməyə və yazdıqca onunla bağlı nəticələri göstərməyə imkan verən bir sistemi hazırlayır.

Mozilla Firefox 4 Beta 4-ü yayımladı

25-08-2010

Mozilla Firefox 4 Beta 4-ü yayınladı. Bir neçə saat əvvəl Mozillanın Firefox Beta 4-ü yayımlamalı olduğunu, lakin bir sıra problemlərlə bağlı olaraq yayınlamayacağı xəbərləri yayılsa da, Firefox 4 Beta 4 rəsmi olaraq Mozillanın saytında yayımlandı. Bu versiyanın nə qədər uğurlu olub-olmayacağını zaman göstərəcək.


Mühazirələr onlayn rejimdə yayımlanacaq

24-08-2010

Azərbaycanın Gəncə Dövlət Universitetində yeni dərs ilindən etibarən oxunan mühazirələri internet üzərindən izləmək mümkün olacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, auditoriyalarda quraşdırılmış kameralar vasitəsilə müəllimlərin dərs prosesi onlayn rejimdə internet üzərindən yayımlanacaq və bunun sayəsində həmin proseslə dünyanın bütün nöqtələrindən tanış olmaq mümkün olacaq.

Facebooka ən çox hansı ölkədən daxil olurlar?

24-08-2010

Trafik ölçmə saytı olan Pingdom aylıq ziyarətçi sayına görə Facebooka ən çox hansı ölkədən girildiyini açıqlayıb. Bu reytinqdə gözləndiyi kimi birinci yer ABŞ-dır. Birləşmiş ştatlardan Facebooka bir ay ərzində 130 milyon ziyarətçi daxil olur. Bu 30% trafik edir.


TÜRKPA-nın saytı hazırlanıb

24-08-2010

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) rəsmi saytı fəaliyyətə başlayacaq. Qurumun Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 25 avqust tarixində Milli Məclisdə yerləşən TÜRKPA-nın ofisində saytın təqdimatı olacaq.

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010

01 sentyabr tarixdən etibarən Delta Telekom şirkəti tərəfindən Provayderlərə satılan internetin qiymətində ciddi endirimlər edilib.


XEBERLER.AZ yeni serverdə

24-08-2010

Azərbaycanın ən müstəqil, obyektiv, qərəzsiz İKT portalı olan XEBERLER.AZ bu gündən yeni serverdə fəaliyyət göstərəcək. Bu addım saytımıza daha tez və daha rahat daxil olmanız üçün nəzərdə tutulub. Hər zaman maraqlı xəbərləri ilə sizləri sevindirən XEBERLER.AZ-dan daha bir yenilik

Milli domen adlarının sayı açıqlanıb

24-08-2010

Azərbaycan internet məkanında iyul ayı ərzində 258 yeni *.az domen adı qeydiyyatdan keçib.


Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verildi

23-08-2010

Azərbaycanın “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verib. Sayt/bloqlar http://myfuzuli.wordpress.com və http://myjabrail.wordpress.com internet ünvanlarında yerləşdirilib

İnternetdə ən maraqlı axtarışlar onluğu

23-08-2010

Keçən həftə Avropa və Amerikada insanların maraq dairəsində nələr olub? İnternetdə ən maraqlı axtarışlar onluğunda biləcəksiniz. Eks prezidentin qızı bankirlə evlənib. Ötən həftə qərbdə ən çox axtarılan isim Çelsi Klinton olub. Çelsi Amerikanın eks prezidentdi Bill Klinton və hazırki dövlət katibi Hilari Klintonun qızıdır






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə