Previous Next
Bağla

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

28-06-2024 17:52
Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq sertifikatı əldə edib

 Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən  “Azercell Telekom” MMC növbəti dəfə ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılması standartına uyğunluq üzrə resertifikasiya mərhələsindən müvəffəqiyyətlə keçib. Keyfiyyət auditi “TÜV AUSTRIA AZƏRBAYCAN” MMC tərəfindən aparılıb.

Standart müştəri şikayətlərinin qeydə alınması, vaxtlı-vaxtında cavablandırılması və həll olunması prosesini qiymətləndirir. Uyğunluq sertifikatı müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir. Həmçinin müştərilərlə iş üzrə cavabdeh olan əməkdaşların professional inkişafı üçün lazımi şəraitin yaradılması da diqqət mərkəzində saxlanılır.

Azercell ilk dəfə bu sertifikatı 2011-ci ildə əldə edib. Xatırladaq ki, məhz Azercell ölkədə birinci 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini və onlayn müştəri xidmətlərini işə salıb. Abunəçilərinə rəqəmsal kanallar vasitəsilə də fasiləsiz xidmət göstərən lider mobil operator  Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformaları üzərindən də müştəri sorğularını cavablayır.

Eyni zamanda, ötən il şirkət müştəri xidmətləri sahəsində önəmli texnoloji yeniliyə də imza atıb. Azərbaycan dilində tam spektr xidməti göstərən süni zəka əsaslı ilk virtual assistenti – “Aicell”i istifadəyə verən Azercell abunəçi sorğularının daha operativ şəkildə emal edilməsinə nail olub.

Yuxarıda adı çəkilən tədbirlərin nəticəsi olaraq 2023-cü il ərzində Azercell-in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi 94,9%-ə çatıb ( dünya standartlarına əsasən 85%-dən yuxarı olan nəticə artıq çox yüksək göstərici kimi hesab olunur). 

Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də  012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün)  şəhər nömrələri vasitəsilə, həmçinin Kabinetim tətbiqi üzərindən onlayn əlaqə saxlamaq mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib

09-06-2026
Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94 faizi ötüb

Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94 faizi ötüb

25-01-2024
“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

02-06-2023
Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb

Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb

04-04-2025
Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

10-07-2024
3 ay ərzində 1 milyona yaxın sorğu!

3 ay ərzində 1 milyona yaxın sorğu!

22-04-2022
Azercell-in Əlaqə Mərkəzi ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

Azercell-in Əlaqə Mərkəzi ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

14-08-2025
Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020
“Azercell” yeni mükafata layiq görülüb

“Azercell” yeni mükafata layiq görülüb

02-03-2021
"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22-01-2021
Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020
Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü

16-01-2024
Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022
Azercell-dən növbəti uğur

Azercell-dən növbəti uğur

07-09-2017
Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib

15-12-2025
Azercell abunəçiləri arasında sorğu keçirib

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018
Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018
Azercell yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib

Azercell yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib

16-01-2019
Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022
Azercell Müştəri Xidmətləri  Gənclik Mall-da

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016
Azercell “AI Chat Bot” xidmətini təqdim edir

Azercell “AI Chat Bot” xidmətini təqdim edir

20-12-2024
Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

04-11-2021
Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

04-04-2024
Azercellin xidmət mərkəzləri xüsusi iş rejiminə keçib

Azercellin xidmət mərkəzləri xüsusi iş rejiminə keçib

16-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə