Previous Next
Bağla

Ətrafımızdakı radio ötürücülərin, mobil operatorların baza stansiyalarının sağlamlığa təsiri varmı?

28-06-2024 17:35
Ətrafımızdakı radio ötürücülərin, mobil operatorların baza stansiyalarının sağlamlığa təsiri varmı?
Azərbaycanda dövlət qurumu olaraq ilk dəfə İKTA elektromaqnit sahəsinin (EMS) insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb və bunu açıq formada dərc edib.

EMS, anlaşıqlı desək, bütün radioelektron vasitələri (baza stansiyaları, müxtəlif antenlər, ötürücülər və s.) tərəfindən ətraf mühitə yayılan elektromaqnit dalğalarının yaratdığı enerji şüalanmalarıdır.

İKTA -nın belə bir araşdırma aparması, beynəlxalq standartları və təcrübəni açıqlaması, müqayisələr aparması çox təqdirəlayiqdir.
Əvvəllər bu tip açıqlamalar ancaq müstəqil qurumlar və ekspertlər, media və vətəndaş cəmiyyəti tərəfindən olurdu.

Amma dərhal da qeyd edim ki, Azərbaycanla bu sahə ilə bağlı ciddi problemlər də var. İKTA Azərbaycandakı standatları , müqayisələri qeyd etsə də, real vəziyyətə elə də yer ayırmayıb. Görünür ki əllərində yetərli data olmayıb.
Gigiyena və Sanitar Epidemioloji Qurumun da mövcud Qaydalara uyğun olaraq radioelektron vasitələrə rəy verməsi prosesində şəffaflıq və hesabatlılıq yetərli hesab oluna bilməz.

Araşdırmada Azərbaycanda bu sahəyə nəzarətdə daha sərt yanaşma olduğu bildirilir. Şübhə etmirəm.

Amma reallıq odur ki, beynəlxalqdan fərqli olaraq bizdə hətta uşaq bağçasının, bərbərxananın, restoranların və şadlıq evlərinin, adi mağazaların də binalarının üstündə baza stansiyaları, ötürücülər tapmaq olar.
Elə ailələr tanıyıram ki, alyıq hansısa bir cüzi dolanışıq üçün həyətində nəhəng bir baza stansiyası quraşdırmağa icazə verib. Ən yaxın ətrafda da yaşayış var.

Görəsən Səhiyyə Nazirliyi, Sanitar qurum həmin həyətlərin ətrafında, həmin binaların ətrafında yaşayanlarda elektromaqnit şüalanmasının təsirini ölçübmü?
Düşünürəm ki gələcəkdə İKTA-nın bu sahədə tənzimləmə məsələrinə öz səlahiyyətləri çərçivəsində nəzarət etməsi də faydalı olardı .

İstənilən halda, texnologiyaların insan sağlamlığına təsiri baxımından İKTA-nın bu araşdırması çox diqqət cəlb edəndir və faydalıdır, həmçinin ictimai nəzarətin təşkili üçün də əhəmiyyətlidir.

Osman Gündüz
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

İKTA-nın müstəqil olmadığı halda bu formada reytinq cədvəlləri təqdim etməsi ədalətli deyil

24-01-2025

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024

“Operatorlar insan səhhəti üçün təhlükə yaratmır”- Nazirlikdən açıqlama

21-01-2015

İKTA-nın faydalı addımları və onu gözləyən risklər

12-06-2024

İKTA və Braziliya təcrübə mübadiləsi həyata keçirəcək

01-12-2025

Ekspert:Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər

25-04-2022

Mobil rabitə və mobil internetin keyfiyyəti pisləşib

16-01-2024

Provayderlər internet istifadəçilərin müqavilə şərtlərini məhdudlaşdıra bilməyəcəklər

17-02-2024

Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

02-07-2025

Mobil operatorların antenləri sağlamlığa zərərlidirmi?

18-01-2021

150 provayderi əhatə edən şikayət sistemi effektiv olacaqmı ?

27-11-2023

İKTA hesabat verib

09-04-2024

Milli domenin milli inzibatçısı kimdir, milli inzibatçı səlahiyyətini ona kim verib?

02-05-2024

İKTA-da İctimai Şura üzvləri ilə növbəti görüş keçirilib

02-04-2025

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

Uşaq xəstəxanasının, məktəblərin üzərində mobil ötürücülər

26-04-2008

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

25-06-2025

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022

Ekspert mobil operatorlara maraqlı təklif verdi

02-10-2020

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə