Google şirkəti Google Apps Premier Edition onlayn ofis dəsti kommersiya müştərilərinin könlünü ələ almağa çalışır. Google Apps şirkətinə xidmət edən aparatlara ziyan vuran üç qəzadan sonra, şirkət kommersiya müştərilərinə dəstdən istifadə üçün daha iki həftə əlavə vaxt verdi. Bundan başqa şirkət proqramın yeni versiyasını təqdim edəcəyini də söylədi. Bu sistem, istifadəçiləri servislə işləyən zaman yarana biləcək problemlərdən xəbərdar edəcək.
IDG News-un məlumatına görə, İntel şirkəti İntel Atom prosessoru əssında nettop adlanan ucuz kompüter hazırlayıb. Kompüter Hindistanın sifarişi ilə hazırlanıb və internetin populyarlaşması üçün nəzərdə tutulub. Qiyməti isə beş min hind rupisi – 115 dollar məbləğindədir.
Röytersin məlumatına görə, ölkə üzrə beşinci liqada olan “Ebbsflit Yunayted” ingilis futbol klubu hücumçu oyunçulardan birini satmaq təklifi alıb. Məşhur olmayan klub, 19 yaşlı futbolçusu Con Eykində 140 min funt sterlinq qiymət qoyub (170 min avrodan çox). Futbolçunun komandadan getməsi barədə qərarı isə myfootballclub.co.uk. saytının istifadəçiləri qəbul edəcəklər.
Financial Times-ın yazdığına görə, Microsoftun yeni Internet Explorer 8 brauzerinin şəxsi informasiyaların qorunması funksiyasını açması, onun Google kimi şirkətlərin reklam modelində əks olunmasına səbəb ola bilər. Internet Explorer 8 istifadəçilərə onların maraqlarını üzə çıxarmadan saytları izləmək imkanı verir. Hazırda saytlar reklamda yerləşdirilmək üçün istifadə olunur.
Müasir günümüzdə kompüterin başında o qədər vaxt keçiririk ki, təbii olaraq yemək və digər işlərimizi onun üstündə etməyə məcbur oluruq. Bu da klaviaturanın düymələri arasına müxtəlif tullantıların daxil olmasına səbəb olur.
Microsoft korporasiyası Internet Explorer 8.0 brauzerinin növbəti versiyasını təqdim etdi. Əsas yeniliklərdən Activities, WebSlices, Favorites Bar, Automatic Crash Recovery, eləcə də Improved Phishing Filter-i göstərmək olar. Activities seçilmiş materialı interaktiv rejimdə veb-səhifələrlə bağlamağa imkan verən interaktiv menyunu təqdim edir.
PC PRO-nun yazdığına görə, eBay internet-hərracında American Express, Natwest və Royal Bank of Scotland banklarının müştərilərinin milyona yaxın bank hesabı ilə özəl məlumatları olan kompüter satılıb. Kompüterdə adlar, ünvanlar, mobil telefon, bank hesabı, kredit kartları nömrələri, hətta müştərilərin imzaları var.
comScore şirkətinin analitikləri Çin Yay Olimpiya Oyunlarının rəsmi saytının izlənilməsi statistikasını veriblər. Beijing2008.cn saytı Olimpiyada haqqındakı informasiyaları beş dildə verir: çin, ingilis, fransız, ispan və ərəb dilləri. comScore-nin tədqiqatı göstərib ki, sayt olimpiyanın ilk on günündə 16 mln. yarım istifadəçini özünə cəlb edə bilib.
İntel və Yahoo şirkətləri IDF 2008 forumunda müasir televizorlara veb-saytları əks etdirmək imkanı verən proqram təminatı haqda xəbər verdi. Widget Channel sisteminin köməyi ilə tamaşaçılar xəbərləri, videoları izləyə, dostları ilə ünsiyyət qura bilərlər. Belə ki, internetlə işləmə verilişləri və filmləri izləyərkən də mümkündür.
BBC-nin verdiyi məlumata görə, üzərində hazırlıq işləri gedən Microsoft Internet Explorer brauzerinin səkkizinci versiyasında xüsusi saytlara daxil olma rejimi olacaq.Istifadəçilərin onlayn resurslarında olan izlərini məhv etmək üçün IE8-in tərkibinə potentləşdirilmiş Cleartracks və Inprivate texnologiyaları daxil olunub.Yeni rejimdə keş faylları, səhifələrə giriş yaddaşı, cookies faylları (bu fayllar saytın müxtəlif səhifələrinə daxil olan istifadəçi haqda məlumatları yaddaşda saxlayır) və istifadəçinin internetdə nə ilə məşğul olduğunu göstərən digər məlumatlar silinir.
American Airlines aviaşirkəti Aircell provayderinin Gogo servisi sayəsində öz müştərilərinə uçuş zamanı internetdən istifadə etmək xidmətini təqdim edib. Yeni xidmət bütün sərnişinlər üçün nəzərdə tutulub.
Azərbaycan Təhsil Nazirliyi ölkə prezidentinin bu yaxınlarda təsdiqlədiyi «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində gələn ildən ali təhsil müəssisələrinin İnternetlə təmininə başlayacaq.
Bu ilin sonuna kimi Azərbaycanda bütün orta təhsil məktəblərinin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək DATA Mərkəzi yaradılacaq. Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovun sözlərinə görə, mərkəz 2008-2012-ci illəri əhatə edəcək Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində təşkil olunur.
İnternetin inkişafı proqram təminatı sahəsində əsaslı dəyişikliklərlə nəticələnəcək. Bu barədə Microsoft-un müəssisi Bill Qeyts, şirkətin Asiya Tədqiqat Bölməsinin onilliyinə həsr olunmuş konfransda bəyan edib. Microsoft-un yaradıcısı əmindir ki, gələcəkdə istifadəçilər, güclü serverlərdə verilmiş məsələləri həll etmək imkanına malik uzaqlaşdırılmış proqram təminatı ilə işləyəcəklər. Bunun nəticəsində ucuz kompüterlərə tələbat artacaq ki bu kompüterlərdən yalnız internetə çıxış imkanı kimi istifadə olunacaq.
Cari ilin oktyabr ayında Şərqi Afrikaya ilk optik lif rabitə xətləri çəkiləcək. 15 000 kilometr uzunluğunda optik lif kabelinin çəkilməsi 600 milyon ABŞ dollarına başa gələcək. Bu məbləğin əsas hissəsinin Afrika investorları tərəfindən ödənilməsi nəzərdə tutulub. Hazırda bu regionun əhalisi İnternet şəbəkəsinə olduqca bahalı peyk rabitəsi vasitəsi ilə qoşulur.
Toshiba kompaniyası dünyada ilk dəfə XDE texnologiyası ilə işləyən DVD pleyer təqdim edib. Istehsalçı şirkətin dediyinə görə, yeni DVD digərləri ilə müqayisədə təkmilləşdirilmiş və daha keyfiyyətli təsvir verir. Qurğu avqust ayında 150 $ qiymətində bazara çıxarılmalıdır.
Almaniyanın ARD və ZDF teleradiokompaniyalarının tədqiqatına əsasən, 18 yaşdan yuxarı olan alman vətəndaşları fəal internet istifadəçiləridirlər. Yaşlı nəsil gündə təqribən 58 dəqiqə internetdən istifadə edirsə, gənclər ən azı 1 saat onlaynda olurlar. Bu da onların televiziya və radionu izlədikləri vaxtdan iki dəfə çoxdur.
Google kompaniyası Google Earth servisinə yeni Places funksiyasını əlavə edib. Onun mahiyyəti Wikipedia, Panoramio и YouTube resurslarının informasiyaları ilə topoqrafik göstəricilərin birlikdə verilməsindədir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları