Previous Next
Bağla
Avropa Radio və Avropa Tv yayımda

Avropa Radio və Avropa Tv yayımda

09-06-2010

Azərbaycanda yeni internet radio və internet televiziya fəaliyyətə başlayıb. Avropa radiosu və televiziyasının internet mekanında 7 həftə 24 saat dayanmadan yayımlanması nəzərdə tutulur. Radionun ünvanı www.avropa.az, televiziyanın isə www.avropa.tv -dir. Hazırda radioda futbol verilişlərinə üstünlük verilir. Daha sonra isə şou xarakterli verlişlərin yayımlanması da planlaşdırılır.

Azerfon-Vodafone sayca yeddinci Satış və Xidmət Mərkəzi fəaliyyətə başladı

Azerfon-Vodafone sayca yeddinci Satış və Xidmət Mərkəzi fəaliyyətə başladı

09-06-2010

Bu Mərkəzdə abunəçilər Azerfon-Vodafone şəbəkəsinə qoşulmaq, yüksək səviyyəli müştəri xidmətlərindən yararlanmaq və ya təqdim olunan geniş çeşidli xidmətlər və tarif planları haqqında ətraflı məlumatı əldə edə bilərlər.


Təhsil islahatlarına dair kitabın təqdimat mərasimi keçiriləcək

Təhsil islahatlarına dair kitabın təqdimat mərasimi keçiriləcək

09-06-2010

Üç mərhələdə həyata keçirilən proqramın yekunu olaraq eyni adlı kitabça hazırlanaraq nəşr edilmişdir.

Dövlət Komitəsi “Bakcell”in kampaniyasını dayandırdı

Dövlət Komitəsi “Bakcell”in kampaniyasını dayandırdı

09-06-2010

QKDK müvafiq tələbnaməni yerinə yetirmədiyinə görə “Baksell Ltd” MMC-nin inzibati məsuliyyətə cəlb olunması üzrə prosedura başlayıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK)mətbuat xidmətindən verilən məlumata görə “Bakcell Ltd” MMC tərəfindən “46 gün içində Mercedes-Benz qazan” adlı kampaniyanın təşkili və keçirilməsində lotereya əlamətləri aşkar edilib.


AzNetdə yeni layihə: PDFJurnal

AzNetdə yeni layihə: PDFJurnal

09-06-2010

AzNetdə yeni layihə olan PDFJurnal-ın ilk sayı hazırdır. Bu jurnalda ən son texnologiya yenilikləri,sağlamlığımız haqqında, hekayələr, bir sözlə faydalı və maraqlı məlumatlar yerləşdirilib. Eyni zamanda burda gənclərin yazdığı hekayələr və Bizim Peşəkar bölməsində qabaqcıl gənclərlə müsahibə bölməsi də fəaliyyət göstərir. Jurnalın ilk sayında olan yazılar :

Yeni iPhone 4G!

Yeni iPhone 4G!

08-06-2010

Apple neçə vaxtdır ki, "iPhone 4G üçün 7 iyunu gözləyin deyirdi. Nəhayət, həmin tarix gəlib çatdı və İPhone 4G təqdim olundu. Telefonun hazırlanmasından 1500-dən çox işçi çalışıb. Xatırladaq ki, İPhone 4G 24 İyunda satşa çıxarılacaq. 16 GB’lıq model kontraktlı olarak 199 dollar, 32 GB’lıq isə 299 dollar olacaq.


Magistratura qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün elektron proqram seçiminə start verilib

Magistratura qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün elektron proqram seçiminə start verilib

08-06-2010

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, elektron proqram və ixtisaslaşma seçimi haqqında elanı dərc edilib.

Elektron hökumətin formalaşmasına həsr olunmuş iclas keçirilib

Elektron hökumətin formalaşmasına həsr olunmuş iclas keçirilib

08-06-2010

Proqramda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məqsədilə iclasda ən qısa müddətdə aidiyyəti dövlət idarələrinin məsul nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının yaradılması qərara alınıb.


"Facebook"da nəhəng bir oyun

"Facebook"da nəhəng bir oyun

08-06-2010

Electronic Arts şirkəti Facebook üçün özel bir FIFA oyunu çıxaracağını bildirib. Sosial şəbəkçün çıxacaq oyunun adı FIFA Superstars olacaq. Oyun Playfish tərəfindən təkmilləşdiriləcək və Facebook istifadəçilərini təqdim olunacaq. EA Sports-un rəhbəri Peter Moore bu oyun sayəsində milyonlarla futbol fanatının Facebookda FIFA Dünya Kupası'nı qazanmaq için yarışacağını deyib.

"YazYay məktəbinin daha bir təlimi yekunlaşdı"

"YazYay məktəbinin daha bir təlimi yekunlaşdı"

08-06-2010

AEGEE-Bakı Avropa Tələbələr Forumu tərəfindən Soros fondunun dəstəyi ilə 4-6 iyun tarixlərində Bakı Jurnalistika məktəbində keçirilən YazYay təlimi yekunlaşdı. Təlimdə 18 gənc iştirak edirdi. Məqsəd bloq yaratmaq və yazmaq istəyən, lakin bunun yollarını bilməyən, internetdən səmərəli istifadə etməyi öyrənməyi arzulayan gəncləri, tələbələri, gənc jurnalistləri maarifləndirmək idi.


MOBİL TELEFONLAR ARILARI YOLUNDAN AZDIRIR

MOBİL TELEFONLAR ARILARI YOLUNDAN AZDIRIR

08-06-2010

Mobil telefonlar arıların populyasiyasının azalmasına gətirib çıxarır. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, bunu Hindistanın Pəncab Universiteti alimlərinin apardığı eksperimentin nəticələri göstərmişdir. Tədqiqatçılar ehtimal edirlər ki, həşəratlara zərər verən mobil telefon aparatlarının yaratdığı elektromaqnit şüalarıdır. Eksperiment zamanı alimlər 2 arı yuvasını müşahidə etmişlər.

Azercell abonentləri üçün "World Cup FIFA 2010”  kampaniyası keçirir

Azercell abonentləri üçün "World Cup FIFA 2010” kampaniyası keçirir

08-06-2010

7 – 10 iyun tarixlər ərzində Siz FİFA 2010 dünya çempionatında seçdiyiniz ölkə komandasının vurduğu hər 1 qol müqabilində şəbəkədaxili 2 dəqiqə danışmaq hüququ qazanırsınız. Seçdiyiniz komandanın çempionat müddətində vurduğu hər 1 qol qarşılığında şəbəkəiçi 2 dəqiqə bonus alacaqsınız.


Polis "Google"da yoxlamalar aparacaq

Polis "Google"da yoxlamalar aparacaq

07-06-2010

Şirkətin qanunsuz olaraq şəxsi məlumatları ələ keçirdiyi ehtimal olunur. Avstraliya polisinə “Google” şirkətinin “Street View” xidməti ilə bağlı araşdırma aparmaq göstərişi verilib. Şirkət ölkənin telekommunikasiya haqqında qanunvericiliyi pozmaqda təqsirləndirlir.

Azərbaycanda İnternet qiymətləri istifadəçiləri qane etmir

Azərbaycanda İnternet qiymətləri istifadəçiləri qane etmir

06-06-2010

Xeberler.az saytında Azərbaycanda İnternet qiymətlər sizi qane edirmi? sorğusu yekunlaşdı. Bugündən yeni sorğuya başlayırıq. Bildiyiniz ki, Azercell mobil operatoru bu yaxınlarda korporativ brendinin yenilənmiş görünüşünü təqdim etdi. Yeni brend birmənalı qarşılanmadı. Bəziləri əvvəlki loqonun daha ideal olduğunu düşünür, digər bir qisim isə yeni loqonun gözəl olduğunu iddia edir.


Azərbaycanda İnternet qiymətləri istifadəçiləri qane etmir

Azərbaycanda İnternet qiymətləri istifadəçiləri qane etmir

06-06-2010

Xeberler.az saytında keçirilən sorğu sona çatdı. Əvvəla, sorğuda aktiv iştirak etdiyinizə görə hamınıza minnətdarıq. İndiki İnternet qiymətləri sizi qane edirmi? sualına 1300-dən çox səs gəlib. Sorğunun nəticəsinə görə, Azərbaycanda İnternetin qiyməti 769 nəfəri (55%) qane etmir.

İKT xidmətləri üzrə milli təsnifatın layihəsi hazırlanıb

İKT xidmətləri üzrə milli təsnifatın layihəsi hazırlanıb

06-06-2010

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, informasiya-kommunikasiya Texnologiyası (İKT) məhsulları və xidmətləri üzrə təsnifatların hazırlanması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrupu tərəfindən İKT xidmətləri üzrə milli təsnifatın ilkin layihəsi işlənib.


Facebook hekayələri

Facebook hekayələri

06-06-2010

Artıq Facebookun sosial şəbəkəsi həyatımızın bir parçasına çevrilib. Bilindiyi kimi, insanlar həyatlarıyla bağlı bir çox məlumatı Facebookda paylaşırlar. Bu paylaşmanın mənfi və müsbət cəhətləri var. Facebook həmçinin ailədə münasibətlərin pozulmasına zəmin yaradır. Onlardan bəzilərini sizə çatdırırıq. İngiltərədə qısqanc ər, sosial İnternet saytı Facebookdakı ailə vəziyyətini subay göstərən arvadını öldürdüyü üçün ömür boyu həbsə məhkum olunub. 34 yaşındakı yük maşını sürücüsü Wayne Forrester həyat yoldaşıyla 15 illik bərabərliyi bitirməyə qərar verərək evdən ayrılıb.

Dünyanın ən qəribə servis xidmətləri

Dünyanın ən qəribə servis xidmətləri

06-06-2010

NÖVBƏ GÖZLƏMƏK SERVİSİ: Uzun növbələrdə gözləməkdən yorulan bir amerikalının digər Amerikalılara hədiyəsi məhz, qeyri-adi servis şirkətini yaratmaq olub. Bu servis şirkəti növbədə gözləyən müştəriləri bu əziyyətdən xilas edir. Belə ki, növbədə duran vətəndaş həmin şirkətə zəng vurur və sifariş verir ki, onun yerində durmağa adam göndərsinlər. Həmin şəxs əraziyə gəlir, siz isə bu müddətdə istədiyiniz yerə gedirsiniz. Sıranız gələndə isə telefon zəngiylə sizi çağırırlar.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə