Microsoft Pioneer şirkəti ilə lisenziyalı müqavilə imazalayıb. Müqavilənin şərtlərinə görə şirkətlər patentləşmiş texnologiyalarını bir-birlərinə həvalə edəcəklər. Bu ilk növbədə GPS naviqasiya sistemləri və televizorlara aiddir.
İngiltərə mətbuatının yazdığına görə Microsoftun sahibi, dünyanın ən varlı adamlarından olan Bill Qeyts Nyukasl Yunayted klubunu almaq fikrindədir.
Texnalogiya jurnalı olan “Stuff”ın hər il keçirdiyi ilin cihazı mükafatlarında, böyük oxucu kütləsinin səsini qazanan cib telefonu ilə müsiqi və videosu olan iPhone 3G “diqqət mərkəzində olan bir cib telefonunun daha sürətli, daha ağıllı versiyası” kimi nümayiş edildi.
Cray və Microsoft şirkəti yüksək səmərə tələb edən istifadəçilər üçün əlverişli qiymətə klasterlər təqdim ediblər. Cray CX1 kompüterləri 8 bleyd-serverə qədər və 16 ikinüvəli və ya dördnüvəli İntel Xeon prosessorları ilə konfiqurasiya oluna bilər.
The Wall Street Journal-ın yazdığına görə, Android platformasında olan ilk mobil telefon 199 dollara satılacaq. Onu 23 sentyabrda Tayvan korporasiyası NTS buraxacaq. ABŞ-da telefon, T-Mobile ilə müqavilə əsasında satılacaq.
Ən yaxşı internet Yaponiyada, Avropada isə Niderland və İsveçdədir. Bu nəticələri internet sürətini və keyfiyyətini dünyanın bütün qitələrində yoxlayan Oksford və İspaniyada Ovyedo universitetlərində əldə ediblər. «Vedomosti» qəzetinin yazdığına görə, Speedtest.net tədqiqatı Cisco Systems Amerika telekommunikasiya təchizatı istehsalçısının sifarişi ilə həyata keçirilib.
Nielsen Online tədqiqat şrkətinin məlumatına görə, Google, Chrome brauzerini təqdim etdikdən bir həftə sonra iki mln. amerikalının marağına səbəb olub. Sentyabrın 1-dən 7-nə qədər olan tarixdə Thank You səhifəsinə 1,9 mln. ABŞ istifadəçisi baş çəkib.
BBC News-un xəbər verdiyinə görə, pulsuz Bədii onlayn arxivinə 14 məşhur XX əsr Amerika şairinin səsi əlavə olunub. Artıq istifadəçilər şeirlərə Qvendolin Bruks, Teodor Rotke, Ted Kuzer, Robert Pinski, Yosef Komyunkaa, Filip Levin kimi Amerika müəlliflərinin ifasında qulaq asa bilərlər.
“Qrinpis” təşkilatı kompüter və digər texniki avadanlıqlar istehsalçılarının ətraf mühitə qayğı göstərmələri ilə bağlı doqquzuncu reytinqini elan etdi. Reytinqdə fin mobil telefonlar istehsalçısı Nokia 10 baldan yeddisini toplayaraq birinci yeri tutub.
Amazon onlayn xidmətinə məxsus imdb.com saytı öz istifadəçilərinə film və televiziya şoularına pulsuz baxma imkanı verəcək. Reuters agentliyinin məlumatına görə, resurs 6000 adda film, klassik kino lentlər və seriallardan epizodlar təklif edəcək. Bundan başqa sayt televiziyada hələ efirə çıxmamış yeni seriallardan epizodlar da təqdim edəcək.
Yahoo daha da inkişaf etmək və güclənmək məqsədilə keçən həftə Kaliforniyadakı Sannivalda 300-ə yaxın hakeri bir yerə yığıb.
Hewlett-Packard şirkəti alışılmamış diaqonalda olan, 16 və 18 düymlük displeyli iki noutbuk buraxmağa hazırlaşır. HDX16 modeli 1366 х 768 pikselə imkanı olan displeylə təchiz olunub.
ooVoo - xüsusi texnologiyalarla qurulmuş, İnternetdə istifadəçilərə videokonfrans yaratmaq imkanı verən proqram təminatıdır. Burada həm təkbətək, həm də bir neçə insanla söhbət etmək olar.
«Napbook» adlı yeni çantalar əslində yastıqdır. Amma içinə dizüstü kompüterinizi qoya bilərsiniz. Həm rəngi, həm də dizaynı ilə seçilən yeni çantalar rahatlığı ilə də fərqlənir.
ABŞ-da böyük kompüter şəbəkələrinin satışı ilə məşğul olan supermarketlərin sahibi Best Buy mağazalar şəbəkəsi Napster musiqi xidmətini satın alma haqda müqavilə bağladı. Naster xidməti 1999-cu ildə fayl mübadiləsi şəbəkəsi kimi açılmışdı. Lakin səsyazma mərkəzləri tərəfindən təziqlərə görə bağlanmağa məcbur qalmışdı.
Walt Disney qanunsuz fayl mübadiləsi aparan internet istifadəçilərinin cazalandırılmasını istəyir.Şirkətin yüksək vəzifəli rəsmisi provayderlərdən qanunsuz fayl transferi edən istifadəçilərə qadağa qoyulmasını vacib sayır.
Sony Ericsson şirkətinin qeyri-rəsmi bloqundakı məlumata görə, şəkilləri internetdə erkən yayılan W707 Alicia modeli satışa çıxmayacaq. Bunun səbəbi, onun xarici görünüş və xarakteristika baxımından W980i modelinə çox bənzəməsidir.
Mozilla, xüsusi rejim funksiyasını Firefox 3.1-in ilk beta versiyasında tətbiq etməyə hazırlaşır. Bu rejim daha əvvəl Google Chrome və İnternet Explorer 8-in ikinci beta versiyasında da həyata keçirilmişdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları