«AZEL» şirkəti «Cisco»nun yeni həllərinin təqdimatını keçirib

09-02-2009 / 17:41

Azərbaycanın «AZEL» və ABŞ-ın «Cisco Systems» şirkətləri Bakıda birgə seminar keçirib.

«AZEL»in Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, seminar «Cisco»nun müasir müəssisələr üçün nəzərdə tutulmuş yeni texnoloji həllərinin təqdimatına həsr olunub. Tədbir «Cisco Systems» şirkətinin premyer tərəfdaşı olan və onun texnologiyalarının tətbiqi üzrə layihələr həyata keçirən «AZEL»in dəstəyi ilə keçirilib. Seminarda bir sıra dövlət müəssisələri və bank sektorunun nümayəndələri iştirak ediblər.

Tədbirdə «Cisco»nun sistem mühəndisi Fuad Mayılov məlumatların işlənilməsi mərkəzlərində (Data Center) mühafizə şəbəkələri (SAN) üçün yeni texnologiyanı təqdim edib. Yeni texnologiya virtual maşınlar mühitində SAN-ların funksiyalarını genişləndirmək və məlumatların təhlükəsizliyini yüksəltmək, onların idarə etməsini asanlaşdırmaq, şəbəkələrin həcmliliyini və məhsuldarlığını artırmaq üçün sifarişçilərə kömək məqsədi ilə işlənilib.

Seminar çərçivəsində çıxış edən sifarişçilərlə iş üzrə menecer Aqşin Süleymanov iştirakçıları vahid şəklə salınmış kommunikasiyalar üçün «Cisco» həllərinin yeni portfeli ilə tanış edib.
«Cisco»nun bu həllinin yeni versiyası - «Unified Communications System 7.0» - istənilən müəssisədə rabitənin effektivliyini artırmaq üçün, xüsusi ilə işlənilmiş video və məlumatlardan, səsin ötürülməsi üçün əlavələrin və məhsulların toplusundan ibarətdir. «Unified Communications» əlavəsinin istifadəsi biznes prosesləri optimallaşdırmağa, ilk növbədə lazım olam resursa qoşulmağa, gəlirliliyi artırmağa imkan verir.

Sonda sistem mühəndisi Teymur Ağayev «Cisco»nun iş stansiyalarının və noutbukların qorunması, virus hücumlarının aşkar edilməsi və qarşısının alınması üzrə həllər haqqında ətraflı məlumat verib.  
 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə