Yerli şirkət “Cisco”nun ən yaxşı premyer-partnyoru seçilib

04-03-2013 / 11:15
BestComp Group” şirkəti “Cisco” şirktəinin MDB ölkələri üzrə ən yaxşı premyer-partnyoru seçilib. “BestComp Group” şirkətindən bildirilib ki, artıq neçə ildir ki, “Cisco” şirkəti ilə uğurlu əməkdaşlıq edilir.
Qeyd edək ki, “BestComp Group” şirkəti “Cisco” avadanlığının istifadəsi ilə mürəkkəb inteqrasiya layihələrinin həyata keçirilməsində geniş praktik təcrübəyə malikdir. Bu həllərin uğurlu inkişafına və yüksək satış səviyyəsinə təsir göstərən amillərdən biri şirkətin nüfuzlu səriştə və ixtisaslaşma səviyyəsinə malik olması, müştərilərin müsbət rəyləri, həmçinin mütəmadi həyata keçirilən birgə marketinq fəaliyyətləridir.
“Cisco” məhsulları bazarın müxtəlif sahələrində fəaliyyət göstərən korporativ müştərilər tərəfindən kompüter şəbəkələrinin yaradılması üçün istifadə edilir və bu əməyin məhsuldarlığının artırılmasına, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə və müəssisənin rəqabət qabiliyyətinin artırılmasına səbəb olur.
Məlumat üçün bildirək ki, 1995-c ildə yaradılan “BestComp Group” şirkəti Cənubi Qafqazda ən qabaqcıl İKT şirkətlərindən biridir. Dünyanın bir çox aparıcı şirkətləri ilə İKT sahəsində əməkdaşlıq edən “BestComp” şirkəti fəal distribüterlik, korporativ sifarişçilər üçün əhəmiyyətli biznes İKT həllərinin hazırlanması və tətbiqi, kommunikasiya şəbəkələrinin yaradılması, fasiləsiz enerji təchizatı sistemlərinin qurulması və kompüter texnikasının pərakəndə satışı ilə məşğuldur. ICTnews, Rəvan

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.